Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) İlk sidik qan plazmasından hansı tərkibinə görə fərqlənir?



Yüklə 2,58 Mb.
səhifə4/27
tarix29.05.2018
ölçüsü2,58 Mb.
#51986
1   2   3   4   5   6   7   8   9   ...   27

111) İlk sidik qan plazmasından hansı tərkibinə görə fərqlənir?
A) Zülalın olmasına görə

B) Hormonun olmamasına görə

C) Mineral maddələrə görə

D) Şəkərin olmamağına görə

E) Zülalın olmamağına görə
İlk sidik öz tərkib hissəsinə (onun maye hissəsi) görə qanın plazmasına bənzəyir, lakin ondan zülal maddəsinin olmaması ilə fərqlənir. İlk süzülmüş sidiyin miqdarı qanın süzülmə təzyiqi ilə əlaqədar olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 8-9
112) Sidiyin miqdarı hansı qabla təyin edilir?
A) Ölçülü silindrlə

B) Ölçülü kolba ilə

C) Pipetka ilə

D) Erlenmeyer kolbası ilə

E) Kimyəvi sınaq şüşəsi ilə
Sidiyin miqdarını təyin etmək üçün laboratoriyaya gətirilmiş sidik ölçülü silindrə tökülür (köpüklənməmək şərti ilə) həcmi ml-lə hesablanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11
113) Sidiyin təşkil və ifraz olunmasında hansı endokrin vəzlər iştirak edir?
A) Hipofiz vəzi, böyrəküstü vəz

B) Limfa vəziləri

C) Mədəaltı vəzi, hipofiz vəz

D) Timus vəzi, limfa vəzləri

E) Böyrəküstü vəzi, qalxanabənzər vəz
Sidiyin ixrac edilməsinin nizamlanması tamamilə mürəkkəb proses olmaqla, əsasən burada mərkəzi sinir sistemi, onun ali şöbələri və endokrin vəzilərinin ifraz etdiyi antidiuretik hormon (hipofizin arxa payı), parat-hormon (paratiroid vəzilər) aldesteron (böyrəküstü vəzin qabıq maddəsinin hormonu) iştirak edir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 10
114) Normada qəbul olunan mayenin neçə % -i sidiklə ifraz olunur?
A) 30-40% -i

B) 50-55%-i

C) 80-90%-i

D) 20-30%-i

E) 60-80%
Sutka ərzində hər bir şəxs normada 1000-2000 ml sidik ifraz edir. Yəni qəbul edilən mayenin 60-80%-i ifraz olunur. Müəyyən vaxtda ifraz olunan sidik –diurez adlanır. Ümumiyyətlə, bir sutka ərzində ifraz olunan sidiyin miqdarı çox böyük dəyişikliyə uğrayır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 16
115) Andreyev üsulu ilə sidikdə reaksiyanı təyin etdikdə hansı indikatordan istifadə olunur?
A) Natrii alizarinsulfon

B) Dimetilamidozabenzol

C) Amidopirin

D) Brom-timol abısı

E) Fenoftalein
Andreyev üsulu ilə sidiyin pH təyin etdikdə 1% brom-timol abısının spirtdə məhlulundan istifadə olun ur. Bu indiqator turş mühitdə sarı, zəif turşda – qonur, neytralda – açıq yaşıl, qələvi mühitdə - tünd yaşıl rəng verir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 sən 13
116) Keton cismiciklərinə hansı aiddir?
A) Yağ turşusu

B) Neytral yağlar

C) Aminosirkə turşusu

D) Sirkə turşusu

E) Aseton, Betta-oksiyağ turşusu
Sidikdə keton cisimciklərinin (asetonun) olmasına ketonuriya deyilir. Keton cisimciklərinə oksiyaf turşusu, asetosirkə turşusu və aseton daxildir. Bu məhsullar, amin turşuların və yağların tam oksidləşməməsi nəticəsində əmələ gəlir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 sən 22 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 21
117) Sidikdə zülalı hansı üsulla təyin emək olar?
A) Fuşe sınağı

B) Lanq sınağı

C) Sulfosalisil sınağı

D) Haynes-Akimov sınağı

E) Rozin sınağı
Sidikdə zülalın təyini – sulfosalisil sınağı, ekspres və Hellerin həlqəvi sınağı, Roberts-Stolnikov-Brandberq üsulu ilə aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 16-17 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 20-25
118) Sidikdə leykositlərin keyfiyyət xüsusiyyətini hansı üsulla təyin etmək olar?
A) Romanovski-Himza

B) Subravital boyanma (safroninlə)

C) Qırmızı neytral

D) Sudan III-lə

E) Təxmini üsul
Sidikdə bəzən şəkli dəyişmiş leykositlər olur, bunlara Şternheymer-Melbini hüceyrələri deyilir. Bu hüceyrələr adi leykositdən 2-3 dəfə böyük olub xüsusi boyaqla dəqiqləşdirilir. Şternheymer-Melbini hüceyrələrinin olması pielit və pielonefrit üçün xarakterikdir. Bu hüceyrələr subrovital boyanma üsulu ilə aşkar edilir (safroninlə).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 49-50
119) Sutkalıq diurez hansı xəstəliklərdə 3-4 litrə qədər ola bilər?
A) Xroniki nefrit

B) Kəskin piyelonefrit

C) Kəskin nefrit

D) Şəkərli diabet

E) Xroniki piyilonefrit
Patoloji hallarda sidiyin gündəlik miqdarı artır – bu poliuriya adlanır. Şəkərli diabet xəstəliyində sutkalıq sidik 3-4 l-ə qədər olur. Sidiyin rəngi açıq sarı, su kimi şəffaf olur. Poliuriya olmasına baxmayaraq xüsusi çəki 1,025-dən çox olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 27
120) Hansı xəstəlikdə sidik rəngsiz su kimi olur?
A) Xroniki nefrit

B) Şəkərli diabet

C) Kəskin nefritdə

D) Pielonefrit

E) Nefrotik sindrom
Şəkərli diabet xəstəliyində sutkalıq sidik 3-4 l-ə qədər olur. Sidiyin rəngi açıq sarı, su kimi olur. Poliuriya olmasına baxmayaraq xüsusi çəkisi 1,025-dən çoxdur. Şəkərsiz diabet zamanı da poliuriya ilə yanaşı sidiyin xüsusi çəkisi 1,002-1,004 olur. Rəngi solğun sarı, rəngsiz olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 27 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 16-17
121) Hansı xəstəlikdə sidiyin rəngi tünd, nəcisin rəngi açıq olur?
A) Şəkərli diabet

B) Kəskin viruslu hepatit

C) Xroniki tonzillit

D) Hemolitik anemiya

E) Kəskin nefrit
Qanda düz bilirubinin miqdarı çoxalırsa (viruslu hepatit, mexaniki sarılıq zamanı) sidikdə ifraz olunur. Bu vaxt sidiyin rəngi “pivə” rəngində olur. Sidikdə öd piqmentləri parenximatoz sarılıqda, mexaniki sarılıqda olur. Viruslu hepatitdə, mexaniki sarılıqda nəcisin rəngi açıq, ağımtıl-bozumtul (axolik) olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 23 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 21-22, 72
122) Hansı xəstəlik zamanı sidiyin rəngi ət suyunu xatırladır?
A) Hemolitik anemiya

B) Parinximatoz sarılıq

C) Kəskin nefrit, kəskin qlomerulonefrit

D) Şəkərli diabet

E) Mexaniki sarılıq
Sidiyin çəhrayı və qırmızı rəngdə olması onun tərkibində qanın olmasını göstərir. Əgər sidiyə təzə qan qarışarsa, sidiyin rəngi al qırmızı rəngdə olur (yuyulmuş ət suyu kimi).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 26
123) Hansı xəstəlik zamanı sidikdə leykositlərin miqdarı daha çox olur?
A) Vərəm

B) Kəskin appendisit

C) Anemiya

D) Sistit, pielonefrit

E) Mexaniki sarılıq
Normal halda leykositlər görmə sahəsində qadınlarda 1-3, kişilərdə 0-2 ədəd görünür. Sidiklə leykositlərin ifraz olunmasına leykosituriya və ya piuriya deyilir. Belə hal böyrək və sidik ixrac edən yolların iltihabı zamanı müşahidə edilir. Leykosituriya, (piuriya) pielonefritdə, böyrək vərəmində, pielitdə, sistitdə, uretritdə təsadüf edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 27
124) Hansı xəstəlik zamanı sidikdə eritrositlərin miqdarı çoxalır?
A) Post hemorragik anemiya

B) Mexaniki sarılıq

C) Parinximatoz sarılıq

D) Uretrit, hepatit B

E) Kəskin nefrit, kəskin qlomerulonefrit
Böyrəklə əlaqədar olan hemoturiya, böyrəyin orqanik tədələnməsində (kəskin və xroniki nefritdə, nefroz-nefritdə, hemorragik diatezlərdə yaman işlərdə və ilaxır) müşahidə olunur. Böyrəkdən xaric hematuriya isə sidik kisəsinin, böyrək ləyəninin, sidik axarlarının xəstəliklərində, travma zamanı müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 31 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 26
125) Sidikdə hüceyrəvi elementlər hansı üsullarla aşkar edilir?
A) Mikroskopik

B) Turşu damızdırmaqla

C) Hellerin həlqəvi sınağı

D) Qızdırmaqla

E) Filtirdən süzməklə
Sidikdə hüceyrəvi elementləri təyin etmək üçün mikroskopik müayinə aparılır. Sidik çöküntüsünün mikroskopik tədqiqi böyrək və sidik çıxaran yolların xəstəliklərində böyük əhəmiyyətə malikdir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 28 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 41, 22, 24
126) Hansı halda sidikdə silindirə daha çox rast gəlinir?
A) Şəkərli diabet

B) Nefrotik sindrom

C) Şəkərsiz diabet

D) Sinir sindromu

E) Anemik sindrom
Silindlər uzunsov, zülal maddəsindən təşkil olunmuş, böyrək kanalcıqlarında əmələ gələn bir növ cisimciklərdir. Silindrlərə tez-tez zülal olan sidikdə rast gəlmək olur.

Nefrotik sindrom zamanı sidiyin mikroskopiyasında leykosit, az miqdarda eritrosit (2-3 əd.g/s) və müxtəlif növ silindlərə - hialin, danəli, mumabənzər silindlər təsadüf olunur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 31 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 26
127) Funksional proteinuriya hansı halda olur?
A) Kanalcıq zədələnməsində

B) Yumaqcıq zədələnməsində

C) Fiziki, psixi gərginlikdə

D) Böyrək durğunluğunda

E) Nikfuriyada
Sidikdə zülalın olmasına proteinuriya deyilir. Proteinuriya 2 qrupa bölünür.


  1. Böyrəkdən xaric 2. Böyrəyin iştirakı ilə əmələ gələn proteinuriya

Böyrəyin iştirakı ilə gedən proteinuriya 2 qrupa bölünür.

  1. Funksional proteinuriya 2. Orqanik proteinuriya

Funksional proteinuriya böyrək kapilyarlarının keçiricilik qabiliyyətinin pozulmasında – fiziki gərginlikdə kəskin emosiyalardan sonra müşahidə edilir, müvəqqəti xarakter daşıyır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 15 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 18-19
128) Sidikdə zülal keyfiyyətcə hansı üsulla təyin edilir:
A) 30%-li sulfosalisil turşusu ilə

B) Haynes reaktivi ilə

C) Fuşe reaktivi ilə

D) 20%-li sulfosalisil turşusu ilə

E) 10%-li qələvi ilə
Normal sidikdə zülal olmur və zülalın olması patoloji hallarda olur. Sidikdə müşahidə olunan zülal plazmanın, albumin və qlobulin qarışığından ibarətdir. Sidikdə zülal keyfiyyətcə 20%-li sulfosalisil turşusu ilə aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 15, 16 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 20
129) Sidik isti yerdə qaldıqda qoxusu necə olur?
A) Sirkə tirşusu

B) Ammonyak

C) Aseton

D) Gül qoxusu

E) Alma qoxusu
Normada sidiyin özünə məxsus qoxusu var, lakin bakterial parçalanma (sidik isti yerdə saxlandıqda, sistit xəstəliyində) zamanı sidikdə ammonyak iyi gəlir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 13 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 15
130) Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?
A) Dizuriya

B) Oliqouriya

C) Poliuriya

D) Anuriya

E) Nikturiya
Normada sidiyin miqdarı gecələr gündüzə nisbətən az olur. Gecələr sidiyin miqdarının çoxalması ürəyin dekompensasiyasının pozğunluğunda, hipertoniyada, kəskin nefrit və başqa ürək xəstəliklərində müşahidə edilə bilər. Gecələr sidiyin miqdarının çoxalması nikturiya adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 14
131) Neçiporenko üsulu ilə hansı sidik müayinə edilir?
A) 1 sutka ərzində toplanan sidik

B) 1 dəfəlik ifraz olunan sidiyin orta payı

C) 5 saat ərzində toplanan sidik

D) 12 saat ərzində toplanan sidik

E) 3 saat ərzində toplanan sidik
Sidik çöküntüsündə hüceyrəvi elementlərin miqdarca təyini bir neçə üsulla aparılır. Sidikdə olan formalı elementlər hesablama kamerasında sayılır. Neçiporenko üsulunu aparmaq üçün xəstəyə steril qab verilir və xəstəyə səhər sidiyinin orta payını toplamaq tapşırılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 34 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 43-44
132) Hemolitik sarılıqda sidikdə aşağıdakılardan hansı olur?
A) Bilirubinuriya

B) Qlükozuriya

C) Ketonuriya

D) Proteinuriya

E) Urobilinuriya
Sidikdə normal halda cüzi miqdar urobilin olur ki, bu da müxtəlif üsullarla yoxlandıqda aşkar edilmir. Ona görə də normal halda sidikdə urobilinin olmaması qəbul edilmişdir. Urobilinin sidikdə çoxalması urobilinuriya adlanır. Hemalitik sarılıqda, və qaraciyər serrozunun ağırlaşmasında sidikdə urobilinin miqdarı çoxalır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 23 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 21-22
133) Görmə sahəsində normada sidik çöküntüsündə olan elementlər hansıdır?
A) Erotrositlər 5-10 ədəd

B) Tək-tək böyrək epiteli

C) Leykosit topalarla

D) Leykosit 1-3 ədəd, epitel 1-3 ədəd

E) Tək-tək silindirlər
Sidik çöküntüsündə olan elementlər eritrositlər, leykositlər, silindrlər və epitel hüceyrələridir. Normal halda görmə sahəsində qadınlarda 1-3, kişilərdə 0-2 ədəd leykosit, 1-3 ədəd yastı epitel hüceyrəsi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30, 33 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 22, 24
134) Gündəlik sidiyin miqdarının çoxalması necə adlanır?
A) Nikturiya

B) Poliuriya

C) Anuriya

D) Dizuriya

E) Oliqouriya
Sidiyin sutkalıq miqdarı artması poliuriya adlanır. Poliuriya aşağıdakı səbəblərdən ola bilər. Fizioloji, yəni çoxlu maye qəbul etdikdə, əsəb gərginliklərində, patoloji – şəkərli və şəkərsiz diabet xəstəliyində, böyrəyin müxtəlif çatışmamazlığında və s. olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 11 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 14
135) Hematuriya zamanı sidikdə hansı dəyişiklik müşahidə olunur?
A) Yağlar olur

B) Sidikdə eritrosit çox olur

C) Urat duzları olur

D) Sidikdə bilirubin olur

E) Leykosit olur
Normal halda eritrositlərə təsadüf edilməməlidir. Eritrositlər sidiyə, uretradan, sidik kisəsindən, sidik axarlarından, böyrək ləyənindən düşə bilər. Sidikdə eritrositlər ifraz olunursa buna eritrosituriya və ya hematuriya deyilir. Hematuriyalar böyrəklə əlaqədar və böyrəkdən xaric ola bilər.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30, 31 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 24
136) Sidikdə bilirubin olduqda rəngi necə olur?
A) Tünd çay və pivə rəngində

B) Göy rəngində

C) Ət suyu rəngində

D) Süd rəngində

E) Çəhrayı rəngdə
Qaraciyər və öd yollarının xəstəliklərində sidikdə öd piqmentləri – düz bilirubin və biliverdin müşahidə edilir. Qanda düz bilirubinin miqdarı çoxalırsa (viruslu hepatit, mexaniki sarılıq zamanı) sidikdə ifraz olunur. Bu vaxt sidiyin rəngi “pivə” rəngində olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 23 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 22
137) Sidikdə uratlar hansı reaktivlə həll olur?
A) Qələvi damızdırmaqla

B) 5%-li sirkə turşusu ilə

C) Spirt əlavə etməklə

D) Larionova reaktivi ilə

E) Haynes reaktivi ilə
Sidikdə urat duzları əsasən sidik turşusunu natrium, kalium, maqnezium duzlarından ibarət olur. Urat duzları qırmızı-bozumtul qum şəkilli olub bəzən preparatın görmə sahəsini tutur. Onu həll etmək üçün qızdırmaq və ya qələvi damızdırmaq lazımdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 15
138) İzostenuriya nədir?
A) Gecə diurezinin gündüz diurezindən çox ifraz olunmasıdır

B) Daimi olaraq xüsusi çəkisi dəyişməyən sidiyin ifraz olunmasıdır

C) Sutka ərzində sidiyin xüsusi çəkisinin xeyli interval arasında dəyişməsidir

D) Sidiyin çox ifraz olunmasıdır

E) Daimi olaraq sidiyin xüsusi çəkisinin yüksək ifraz olunmasıdır
İzostenuriya – daimi olaraq xüsusi çəkisi dəyişməyən sidiyin ifraz olunmasıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 Səh 151
139) Sidikdə yağlar olduqda sidik necə şəffaflaşdırılır?
A) Sentrafuqadan keçirməklə

B) Süzməklə

C) Efir damızdırmaqla

D) Qızdırmaqla

E) Qələvi damızdırmaqla
Sidikdə yağlar olduqda efir damızdırılan zaman şəffaflaşır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 12 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 15
140) Sidikdə şəkər keyfiyyətcə hansı reaktivlə aşkar edilir?
A) Larionova reaktivi

B) Filtirdən keçirdikdə

C) Selena reaktivi

D) Haynes Akimov reaktivi

E) 20%-li sulfosalisil turşusu
Normal sidikdə cüzi miqdarda şəkər mövcuddur, lakin onu göstərilən reaktivlə aşkar etmək olmur. Ona görə də sidikdə normal halda şəkərin olmaması qəbul edilmişdir. Sidikdə şəkərin ifraz olunmasına qlükozuriya deyilir. Sidikdə şəkərin keyfiyyətcə təyini Haynes-Akimov reaktivi ilə aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 18 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 24
141) Sidikdə keton cisimcikləri hansı halda aşkar olunur?
A) Emosional gərginlikdə

B) Soyuq suda çimdikdə

C) Sidik uzun müddət istidə qaldıqda

D) Şəkərli diabetin ağır formasında

E) Fiziki gərginlikdə
Bir çox patoloji halda, məsələn: şəkərli diabet xəstəliyində insulin ifrazı azalır, nəticədə qaraciyərdə qlükogen ehtiyatı azalır və toxumalarda enerji qıtlığı yaranır. Bu vaxt zülal və yağlar axıra qədər parçalanmır, qanda oksidləşməmiş zülal və yağ maddəsinin məhsulları – keton cisimcikləri toplanır və ketonuriya müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 22 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 21, 38
142) Ketonuruya zamanı Lanq sınağında hansı reaktivlərdən istifadə olunur?
A) Buzlu sirkə turşusu, Natrium nitroprusid, ammonyak

B) Natrium nitroprusid, ammonyak

C) NaOH, buzlu sirkə turşusu

D) Buzlu sirkə turşusu, Natrium nitroprusid

E) NaOH, HCl, ammonyak
Qələvi mühitində keton cisimciyi, nitroprusidlə birləşərək, qırmızı-bənövşəyi rəng verir. Sidikdə şəkər olduqda aseton-keton təyin edilir. Lanq sınağında buzlu sirkə turşusu natrium nitroprusid ammonyakdan istifadə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 22 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 38
143) Hansı xəstəlik üçün sidikdə “aktiv” leykositlər - Şterinheymer Melbini cisminin olması xarakterikdir?
A) Talassimiya

B) Pielonefrit, pielit

C) Posthemorragik anemiya

D) Hemofiliya

E) Hemolitik anemiya
Sidikdə bəzən şəkli dəyişmiş leykositlər olur, bunlara Şternheymer-Melbini hüceyrələri deyilir. Bu hüceyrələr adi leykositdən 2-3 dəfə böyük olub xüsusi boyaqla dəqiqləşdirilir. Şternheymer-Melbini hüceyrələrinin olması pielit və pielonefrit üçün xarakterikdir. Bu hüceyrələr subrovital boyanma üsulu ilə aşkar edilir (safroninlə).
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 49-50
144) “Aktiv” leykositləri aşkar etmək üçün hansı sidik müayinə edilir?
A) İfraz olduqdan 3 saat sonra

B) 3 saat ərzində toplanan sidik

C) 5 saatlıq sidik

D) Sutkalıq sidik

E) Təzə və səhər sidiyi
Sidikdə bəzən şəkli dəyişmiş leykositlər olur, bunlara Şternheymer-Melbini hüceyrələri deyilir. Bu hüceyrələr subrovital (canlı ikən) boyanma üsulu ilə aşkar edilir (safroninlə). Təzə səhər ifraz olunan sidik toplanır və müayinə edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 30 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 49-50
145) Haynes Akimov reaktivi hansı qarışıqdan ibarətdir?
A) NaOH, qliserin, KOH, H2SO4

B) CuSO4, qliserin, HCl

C) CuSO4, NaOH, qliserin

D) CuSO4, qliserin, sirkə turşusu

E) Qliserin, NaOH, HCl
Haynes –Akimov reaktivi: 1. 13,3 q kimyəvi təmiz mis sulfat 400 ml suda həll edilir. 2. Digər bir qabda 50 q natrium hidroksid 400 ml suda həll edilir. 3. Üçüncü bir qabda 15 q qliserini 200 ml distillə suyunda həll edirlər. Sonra birinci və ikinci qabdakı məhlulu qarışdıraraq 3-cü məhlulu yavaş-yavaş qarışdıra-qarışdıra əlavə edirik, bu vaxt hazır reaktiv göy rəngdə olur. Haynes-Akimov reaktivi uzun müddət saxlanıla bilər. Sidikdə şəkərin keyfiyyətcə təyini Haynes-Akimov reaktivi ilə aparılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 18, 19 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 28


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin