Laboratoriya işi №2 Havanın elektrik möhkəmliyinin təyini İşin məqsədi



Yüklə 148,17 Kb.
səhifə2/3
tarix02.06.2023
ölçüsü148,17 Kb.
#127594
1   2   3
2.Havanın elektrik möhkəmliyinin təyini

Qurğunun quruluşu

Havada deşilmə hadisəsini tədqiq etmək üçün istifadə olunan qurğunun elektrik sxemi şəkil 1-də göstərilmişdir (Aİİ-70 qurğusu). Qurğunun əsas hissəsi yüksək gərginlik transformatorudur (T). T-transformatoru gərginlik tənzimləyicisindən (GT) qidalanır. T-transformatorunun ikinci dolağının bir ucu yerlə əlaqələndirilmişdir. Təcrübə aparılan zaman təhlükəsizliyi təmin etmək üçün yüksək gərginlik altında olan hissələr yerlə əlaqələndirilmiş metal tordan ibarət çəpərin içərisində yerləşdirilmişdir.
Çəpərin qapısı xüsusi blok-kontakta malikdir. Qapı açıq olan Mftian qurğu şəbəkədən açılmış olur. Qapı örtüldükdən sonra qurğunu 220 V gərginlikli şəbəkəyə qoşmaq lazımdır. Bu zaman cihazın (Aİİ-70) üzərindəki yaşıl lampa yanır. A-avtomatik açarı, yüksək gərginliyi nümunəyə tətbiq etmək üçündür. Bu açar qoşulan anda cihazın üzərindəki qırmızı lampa yanır. GT-nin dəstəyini saat əqrəbi istiqamətində səlist fırlatmaqla T-transformatorunun dolaqlarındakı gərginlik yüksəldilir. Nümunəyə tətbiq olunmuş gərginlik kV -kilovoltmetri vasitəsilə ölçülür. Nümunə deşilən anda A-açarı avtomatik olaraq açılır və nümunə gərginlikdən azad olur. Elektrodlardan biri T-transformatorunun ikinci tərəf dolağının bir ucuna, digər isə yerlə birləşdirilir.


Şəkil 1. Havanın elektrik möhkəmliyini təyin etmək üçün istifadə olunan qurğunun elektrik sxemi.
GT-gərginlik transformatoru; YGT-yüksək gərginlik transformatoru; BK-blok kontakt; Yİ-yaşıl işıq; Qİ-qtrmızı işıq; AT-avtotransformator.
3. İşin aparılması qaydası
İşə başlamazdan əvvəl qurğunun elektrik sxemii və iş prinsipi ilə ətraflı tanış olmalı. Təcrübə insan həyatı üçün təhlükəli olan yüksək gərginlikdə aparıldığına görə təhlükəsizlik texnikası qaydalarına ciddi əməl etmək lazımdır.
Çəpərin içərisində adam olan zaman çəpərin qapısını bağlamaq qəti qadağandır. İşə ancaq müəllimin icazəsindən sonra başlamaq lazımdır. İşi aparan zaman rezin əlcəklərdən və yarımboğaz rezin ayaqqabılardan istifadə olunmalıdır. İş aşağıdakı ardıcıllıqla aparılır:
1. Qurğunu dövrədən açdıqdan sonra çəpərin içərisinə daxil olub elektrodları qurğunun yüksək gərginlik sıxaclarına birləşdirməli. Çəpərdən çıxıb qapını kip bağlamalı və qurğunu şəbəkəyə qoşmalı. Bu zaman yaşıl lampa yanmalıdır.
2. A-avtomatik açarını vurmaqla gərginlik eleklrodlara verilir. Bu halda qırmızı lampa yanmamalıdır.
3. GT-tənzimləyicisiuin dəstəyini saat əqrəbi istiqamətində fırlatmaqla gərginliyi 1-2 kV/san sürətilə elektrodlar arasındakı hava məsafəsi deşilənə qədər səlist artırmalı, hava deşilən anda KV-kilovoltmetrinin maksimal şkala üzrə göstərişini 2№-li cədvəldə qeyd etməli.
4. Gərginlik tənzimləyicisinin dəstəyini əks tərəfə fırladıb başlanğıc vəziyyətə gətirdikdən sonra qurğunu şəbəkədən açıb, çəpərin içərisinə daxil olub, elektrodlar arasındakı məsafəni dəyişməli. Hər məsafə üçün təcrübəni 3 dəfə aparmalı.

Cədvəl 2.





Elektrodla- rın forması

Elektrodlar arasındakı məsafə, m

Deşilmə gərginliyinin qiyməti, V

Hesabat

U1

U2

U3

Uor=Udeş

Edeş V/m




























Yüklə 148,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin