Layihənin bir çox tərifi vardır:
Layihə məhdud vaxt, büdcə, keyfiyyət və digər xüsusi şərtlər çərçivəsində müəyyən şəxs və ya təşkilat tərəfindən məqsədə çatmasını təmin edən əlaqəli işlər kompleksidir.
Layihə elə bir tədbirdir ki, burada insan, material və maliyyə ehtiyatları əsasında məhdud vaxt və büdcə şəraitində nadir işlər kompleksi yerinə yetirilir. Layihələrdə zaman keçdikcə müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri aparılaraq standart həyat dövrünü yaratmış olurlar.
Layihə başlanma və başa çatma tarixlərinə malik olan əlaqələndirilmiş nadir işlər kompleksidir. Layihə məhdud dəyərlə və gözlənilən nəticələrlə müəyyən iş qrafiki daxilində məqsədə nail olmaq üçün ayrıca şəxs və ya təşkilatlar tərəfindən idarə edilir.
Layihə yenilik, mürəkkəblik, qanunvericilik, predmetlərin qovşağında olmaq və iş bölgüsü cəhətləri ilə xarakterizə olunur.
Layihələr növlərə (investisiya, tədqiqat, təşkilati, informasiya texnologiyası və s.) və müxtəlif daxili və xarici meyarlara görə bir-birindən fərqlənirlər.
Layihənin strukturu bir neçə səviyyələrə parçalanaraq müxtəlif aspeklərdə təsvir edilir. Bundan başqa layihələrin idarə edilməsi üçün onun ana strukruru əsasında bir neçə digər struktur modellər qurulur.
Struktur modellər dekompozisiya prinsipinə görə bir-birindən fərqlənirlər. Bunlardan daha geniş yayılmış modellər aşağıdakılardır;
• icraedici struktur;
• funksional struktur;
• qarışıq struktur.
İcraedici struktur modellər funksiyaların yerinə yetirilməsi prinsipinə əsasən qurulmuşdur və adətən layihənin ilk mərhələlərində müəyyənləşdirilir və layihənin ümumi görünüşünü təsvir edir.
Layihenin strukturunun qurulmasında bir neçə prinsiplər mövcuddur:
1. Struktur model layihəni yerinə yetirimək üçün nəzərdə tutulan işlər çoxluğudur. Bu çoxluq daha çox layihənin dekompozisiya ierarxiyasının aşağı səviyyəsini əhatə edir. Qərb ölkələrində bu modellerə - Work Break-down Strukture(WBS)adlanır.
2. Layihenin miqyasından, mürəkkəbliyindən asılı olaraq onun strukturunun ierarxiya səviyyəsinin sayı müxtəlif olur. Adətən, ierarxiya 6 səviyyədən 8 səviyyəyə qədər olur. Lakin, bir neçə ümumi qaydalara əsasən layihənin dekompozisiya olunmuş struktur modelinin (WBS) yuxarı səviyyəsi onun funksiyalarını, aşağı səviyyəsi isə sadəcə olaraq işləri təsvir edir. Layihənin ümumi srurktur modeli aşağıdakı kimi təsvir edir.
• Ümumi proqram - layihənin digər layihələr içərisində rolunu və yerini müəyyənləşdirir.
• “Layihə - Ümumi tapşırıq - Tapşırıqlar” səviyyəsi layihənin funksional hissəsini xarakterizə edir.
• “İşlər kompleksi - İş” səviyyəsi isə işlərin yerinə yetirilməsinə aiddir və bu səviyyədən layihə rəhbəri işlərin yerinə yetirilməsi haqqında məlumat alır.
Layihələrin idare edilməsində strukturlaşma prinsipi əsas yer tutur, məsələn:
• məqsədlər strukturu
• qiymətlər strukturu
• risk elementlərinin strukturu
• məsuliyyet bölgüsü strukturu
• şəbəkə modelləri strukturu.