keyfiyyətə zəmanət (KZ) işlərin keyfiyyətli yerinə yetirilməsini əvvəlcədən müəyyənləşdirmək üçün texnoloji prosesslərə və sənədlərə olan tələblərdir;
keyfiyyətə nəzarət (KN) yerinə yetirilən işlərin və onların nəticələrinin keyfiyyət səviyyəsini qiymətləndirən metod və vasitələrdən ibarətdir;
keyfiyyətə ümumi nəzarət (KÜN) təşkilatın keyfiyyəti diqqət mərkəzində saxlamaq şərti ilə onun idarə edilməsi metodudur. Bu istehlakçıların ehtiyaclarını ödəmək yolu ilə satış sahəsində uzun müddətli uğur qazanmağa təminat verir və əməkdaşlara məqsədlərinə çatmaq üçün şərait yaradır. Bu iş məhsulun yaxud xidmətin daima təkmilləşməsi prinsipi istiqamətində qurulur.
Keyfiyyətə nəzarət üzrə aparılan bütün işlər layihələrin idarə edilməsi sahəsinin bir bölməsidir və bu işin yerinə yetirilməsinə görə komanda üzvlərinin hər biri məsuliyyət daşıyır.
Keyfiyyətin təmin edilməsinin ümumi prinsipləri
Keyfiyyətin təmin edilməsi (idareetmə aspektləri)
Keyfıyyətin idarə edilməsi funksiyalarmm inteqrasiyası
Məhsul (istehsalın strategiyası, layihə qərarlarının təhlili, dəyərin təhlili, alıcıların münasibəti)
Məhsuldan istifadə etmək (bazarın təhlili, qanunvericilik tənzimləyiciləri)
Dəyərin idarə edilməsi Dəyər faktoru layihənin həyata keçirilməsi və onun nəticələrinin dəyərləndirilməsi prosesində əsas göstəricilərdən biridir, bu səbəbdən dəyər layihələrin idarə edilməsində əsas obyektlərdən biri sayılır.
Dəyərin idarə edilməsi funksiyalarına layihə ilə bağlı çəkilən xərclər üzrə smetanın, maliyyələşdirmə və büdcə mənbələrinin müəyyənləşdirilməsi, pul axınının planlaşdırılması, gəlir və mənfəətin proqnozlaşdırılması, xərcə və pul vəsaitinin daxil olmasına nəzarət və xərclərin artımı ilə əlaqədar qərarların qəbul edilməsi daxildir. Bütün bunlar PMI USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemdə öz əksini tapmışdır
Dəyərin idarə edilməsinin başlıca vəzifəsi layihənin büdcə çərçivəsinə riayət olunması və onun həyata keçirilməsi nəticəsində nəzərdə tutulan gəlirin əldə edilməsidir. Qeyri-sabit iqtisadiyyatın hökm sürdüyü şəraitdə layihə üzrə yatırılan investisiyanın səmərəliyinin təyin edilməsi metodları dəyərin idarə edilməsinin əsasında durmalıdır.