Layihələr və layihələrin idarə edilməsi Layihə iştirakçıları və onların funksiyaları



Yüklə 44,13 Kb.
səhifə3/12
tarix04.09.2022
ölçüsü44,13 Kb.
#117688
1   2   3   4   5   6   7   8   9   ...   12
Layihədə kommunikasiyalarin idarə olunmasi

Layihənin idarə edilməsi dedikdə, layihənin bütün aspektlərinin planlaşdırılması, təşkili, monitorinqi və onlara nəzarət başa düşülür. Eyni zamanda müəyyən müddət, dəyər çərçivəsində və yüksək keyfiyyətlə layihənin məqsədinə nail olmaq üçün layihə iştirakçılarının əsaslandırmaları başa düşülür. Buraya idarə olunan işlər çoxluğu və layihəyə rəhbərlik edən, idarə edən və nəticələri qiymətləndirən təşkilatlar da daxildirlər.
Layihələrin idarə edilməsində dörd əsas fakt mövcuddur.

  • layihənin predmet sahəsinin idarə edilməsi;

  • keyfiyyətin idarə edilməsi;

  • müddətin idarə edilməsi;

  • dəyərin idarə edilməsi.

Bundan başqa, dörd digər inteqrasiya funksiyası da mövcuddur:

  • riskin idarə edilməsi;

  • işçi heyətinin idarə edilməsi;

  • müqavilə və layihə təminatının idarə edilməsi;

  • əlaqələrin və məlumat rabitəsinin idarə edilməsi.

Yuxarıdakı səkkiz funksyanın fərqləndirilməsi bunla özünü doğruldur ki, onların əsasında layihəni qiymətləndirmə meyarlarının aşağıdakı ən vacib əlamətləri aydınlaşdırılır:

  • texniki baxımdan icra olunma (layihənin predmet sahəsi və keyfiyyəti ilə özünü doğruldur);

  • rəqabətə davamlılıq keyfiyyət, müddət və dəyərləri özünü doğruldur);

  • işin həcmi (müddət və dəgər);

  • həyat qabiliyyəti (layihənin predmet sahəsi, dəyərli və risklə özünü doğruldur);

  • layihənin həyata keçirilməsinin səmərəliyi (iştirak edən şəxsi heyət, kommunikasiya və ünsiyyət vasitələri, maddi-texniki təminat sistemi ilə özünü doğruldur).

Layihənin keyfiyyətinin idarə edilməsi funksiyaları layihənin bütün həyat dövrünü, onun bütün element və detallarını əhatə edir:



  • layihə, təşkilati və idarəetmə qərarları;

  • istifadə olunan materiallar, avadanlıq, xammal və s.;

  • layihə icra olunarkən görülən işlərin keyfiyyəti;

  • layihə üzrə alınan nəticələrin keyfiyyeti.

Keyfiyyətin idarə edilməsi layihənin nəticələri ilə bağlı olan tələb və standartları yerinə yetirməklə həyata keçirmək olar. Keyfiyyətin idarə edilməsinin üsul və texniki cəhətləri müxtəlifdir. Layihənin idarə edilməsinin bu vacib funksiyası haqqında dolğun təsəvvür yaradan keyfiyyətin idarə edilməsi aşağıdakı sxemdə verilmişdir.


Keyfiyyət məhsulu və ya xidməti xarakterizə edən müəyyənləşdirilmiş tələblərə cavab verən parametrlər çoxluğudur.
Keyflyyətə nəzarət dedikdə, keyfiyyət sahəsində aparılan siyasət, habelə məqsəd və cavabdehlik sistemini müəyyənləşdirən bütün fəaliyyət növləri nəzərdə tutulur. Keyfiyyətə nəzarət sistemi keyfiyyətin planlaşdırılması, keyfiyyətə nəzarət, zəmanət və keyfiyyətin yaxşılaşdırılması kimi vasitələrlə həyata keçirilir.
Keyfiyyətə nəzarət sistemi keyfiyyətə nəzarəti həyata keçirmək üçün tələb olunan təşkilati struktur, texnoloji proses, əməliyyatlar və ehtiyatlardan ibarətdir.
Bir qayda olaraq keyfiyyətə nəzarət prosesinin üç fərqli mərhələsi mövcuddur:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin