Lənkəran Dövlət Universiteti “Təsdiq edirəm:” Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor



Yüklə 32,71 Kb.
səhifə2/7
tarix02.04.2023
ölçüsü32,71 Kb.
#124723
1   2   3   4   5   6   7
II 2 Bronlaşdırma sistemləri qiyabi

6. Fənnin məqsədi: Burada əsas məqsəd– turizm və otelçilik sahəsində yüksək ixtisaslı kadrları hazırlamaq və gələcəkdə tələbələrin ixtisas sahələrinə uyğun proqramlarla işləmək qabiliyyətini aşılamaqdan ibarətdir.
7.Kursun nəticələri: “Bronlaşdırma sistemləri” fənninin öyrənilməsi tələbələrə imkan verəcəkdir ki, onlar otelçilik biznesinin ayrı-ayrılıqda təşkil edən elementləri ilə yaxından tanış olsunlar. Tələbələr bu fənnin tədrisi nəticəsində proqramdan irəli gələn mövzularla tanış olduqca mehmanxana təsərüfatının və köməkçi sahələr haqqında bilgilər əldə edəcək, eyni zamanda onlarda işgüzar təfəkkür formalaşacaqdır.
8. Davamiyyətə qoyulan tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı 20%-dən artıq olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.
9. Qiymətləndirmə: Tələbənin biliyi 100 ballıq sistemlə qiymətləndirilir: 50 bal semestr dövründə (o cümlədən 20 bal məşğələ dərslərində fəaliyyətə, 30 bal isə kollokviumun nəticələrinə görə verilir), 50 bal isə imtahanın nəticələrinə görə (hər bir bilet 5 sualdan ibarət olmaqla 10 balla qiymətləndirilir) toplanılır.Seminar ərzində minimum 1 dəfə kollokvium keçiriləcəkdir. Tələbə kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur. Qiymətləndirmə meyarları aşağıdakılardan ibarətdir:
- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan az olmamalıdır. Əks tədqirdə tələbənin imtahan göstəriciləri semestr dövründə tədris fəaliyyəti nəticəsində toplandığı bala əlavə olunur. Tələbənin yekun qiyməti imtahana qədər və imtahanda toplanmış ballar cəmlənməklə aşağıdakı kimi qiymətləndirilir:
A – «əla» – 91-100 bal;
B – «çox yaxşı» – 81-90 bal;
C – «yaxşı» – 71-80 bal;
D – «kafi» – 61-70 bal;
E – «qənaətbəxş» – 51-60 bal;
F – «qeyri-kafi» – 51 baldan az.
Yekun qiyməti qeyri-kafi olan tələbə kursu bitirməmiş sayılır və o, növbəti ildə dərslərdə iştirak etmək şərtilə müvafiq fənn üzrə yenidən imtahan verməlidir.

Yüklə 32,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin