Lev Tolstoy



Yüklə 186,99 Kb.
səhifə4/5
tarix20.01.2017
ölçüsü186,99 Kb.
#833
1   2   3   4   5

Ən fövqəladə şəkildə isə, əsas məsələlərdən yayınma və onları təhrif etmə, özünü, müasir dövrdə fəlsəfə adlandırılan elmdə gəstərir. Düşünmək olar ki, bir məsələ var ki, fəlsəfə onun üzərində dayanmalıdır: “mən nə edim?” sualı. Bu suala xristian xalqlarının tarixində çoxlu sayda, lazımsız əlavələrlə də olsa belə, cəvablar var idi; bu cavabları Spinoza da vermişdir, özünün “Praktik düşüncənin tənqidi” kitabında Kantda vermişdir, Şopenqauerdə və xüsusilə də Russo vermişdir. Lakin son zamanlarda, mövcud olan hər şeyin səmərəlıyini və məntiqliyini qəbul edən Heqelin dövründən başlayaraq, “mən nə edim?” sualı arxa plana keçir və fəlsəfə bütün diqqətini mövcudiyyətin tədqiqinə və onu əvvəlcədən düşünülmüş nəzəriyyəyə uyğunlaşdırmağa yönəldir. Bu birinci(ilk) eniş pilləsidir. Insan düşüncəsini bir qədər də aşağı endirən ikinci pillə mövcudiyyət uğrunda mübarizəni, yalnız ona görə ki, bu mübarizəni heyvan və bitkilərdə müşahidə etmək mümkündür, əsas qanun kimi qəbul edilməsidir. Bu qanuna əsasən hesab edilir ki, zəiflərin məhvi elə bir qanundur ki, ona mane olmaq lazım deyil. Nəhayət üçüncü pillə gəlir və burada da rihi xəstə Niçşenin, heç bir bütöv və məntiqli şey təşkil etməyən, əxlaqsız, heç nəyə əsaslanmayan fikirlərin toplusundan ibarət olan uşaq orijinallığı, qabaqçıl adamlar tərəfindən fəlsəfə elminin son nailiyyəti kimi qəbul edilir. “Nə etmək?” sualına cavab olaraq, artıq açıq aydın, başqalarının həyatına fikir vermədən, öz kefin üçün yaşa – deyilir.

Əgər xristian bəşəriyyətinin bizim dövrdə çatdığı dəhşətli kütlük və vəhşiliyinə şübhə edən olsa, o zaman, ruhanilər tərəfindənmüdafiyə edilən və bütün başçılar tərəfindən qəhramanlıq kimi qəbul edilən sonuncu bur və çin cinayətlərini bir kənara qoysaq, tək elə Niçşenin yazılarının misli görünməmiş müvəffəqiyyəti, artıq bu şübhələr üçün heç bir yer qoymur. Allahlıq iddiasına mübtəla olmuş, diribaş, lakin dardüşüncəli və ruhən xəstə bir almanın mənasız, ən kobut surətdə effekt əldə etməyə yönəlmiş yazıları ortaya çıxır. Bu yazıların nə istedad, nə də ciddilik baxımından oxucu kütləsinin diqqətini cəlb etməyə heç bir haqqı yoxdur. Bu cür yazılar nəinki Kantın, Yumun, Leybnisin dövründə, hətta 50 il bundan əvvəl nəinki heç bir diqqəti cəlb etməzdilər, hətta işıq üzü görə bilməzdilər. Bizim dövrdə isə savadlı adlanan bütün bəşəriyyət cənab Niçşenin sayıqlamasına heyran edir, ona etiraz edir yaxud izahlar verir və onun əsərləri bütün dillərdə və saysiz-hesabsiz nüsxədə dərc edilir.

Turgenev yaxşı deyirdi ki, əks ümumi yerlər var və onlar, özlərinə diqqəti cəlb etməyi arzulayan qabiliyyətsiz insanlar tərəfindən tez-tez məharətlə istifadə edilirlər. Məsələn, hamı bilir ki, su yaşdır, və birdən kimsə tam ciddi şəkildə deyir ki, su qurudur, – buz yox, su – qurudur və əminliklə deyilən bu cür fikir özünə diqqəti cəlb edir.

Eynilə, hamı bilir ki, ləyaqət – ehtirasları özünə tabe etməkdə, fədakarlıqdadır(самоотречение). Bunu, Niçşe xəyalən mübarizə apardığı, tək xristianlıq demir, bu bütün bəşəriyyət brəhmanizmdə, buddizmdə, konfusianlıqda, qədim fars dinində yetişdiyi əbədi ali qanundur. Lakin birdən kimsə peyda olur və elan edir ki, o əmin olub ki, fədakarlıq, həlimlik(mülayimlik), mütilik, məhəbbət – bunlar hamısı bəşəriyyəti məhv edən insan eybləridir (bütün başqa dinləri unudaraq, oyalnız xristianlığı nəzərdə tutur). Məlum məsələdir ki, belə fikir əvvəlcə insanı çaşdırır. Lakin bir qədər düşünərək və bu cür anlaşılmaz müddəanın heç bir sübutunu yazıda tapmayaraq, hər bir dərrakəli insan belə kitabı kənara atmalıdır və təəcüblənməlidir ki, bizim dövrdə elə bir səfehlik, axmaqlıq yoxdur ki, öz naşirini tapmasın. Lakin Niçşenin kitabları ilə bu baş vermir. Yalançı ziyalıların əksəriyyəti fövqəlbəşəriyyət haqda nəzəriyyəni ciddi şəkildə təhlil edir, onun müəllifini isə böyük filosof, Dekartın, Leybnisin, Kantın davamçısı hesab edirlər.

Hər şey isə ona görə baş verir ki, müasir dövrün yalançı ziyalılarının heyvani həyatını məhdudlaşdıran və məzəmmət edən xeyrhaqlıq, onun əsası(nı təşkil edən) – fədakarlıq(самоотречение), məhəbbət haqda xatırlatmalar onların əksəriyyətində nifrət hissi oyadır və, əksinə, öz həyatlarında rəhbər tutduqları eqoizmi, amansızlığı, öz xoşbəxtliyini və əzəmətini başqa insanların həyatı bahasına qurmağı, hətta başdansovma, rabitəsiz, qarışıq şəkildə ifadə edən təlim ərast gəlmək onları sevindirir.

XII
Isa fariseyləri və kitab əhlini ona görə təqsirləndirirdi ki, onlar səma səltənətinin açarlarını götürüblər və nə özləri içəri girmirlər nə də başqalarını buraxırlar.

Eyni şeyi hal hazırda bizim dövrün savadlı kitab əhli edir: bu insanlar da bizim dövrə məxsus açarları götürüblər – lakin səma səltənətinin deyil, maarifçiliyin açarlarını götürüblər və nə özləri girmirlər, nə də başqalarını buraxırlar. Kahinlər, ruhanilər hər cür yalan və gipnoz vasitəsi ilə insanlara təlqin ediblər ki, guya xristianlıq bütün insanların bərabərliyini təbliğ edən və buna görə bütün müasir bütpərəst həyat tərzini alt-üst edən təlim yox, əksinə, bu həyat tərzini müdafiyə edən, insanları, ulduzlar kimi, biri birindən seçməyi təyin edən, hər bir hakimiyyətin Allah tərəfindən olduğunu qəbul etməyə və ona sözsüz tabe olmağa göstəriş verən bir təlimdir, ümimiyyətlə, guya o məzlum insanlara təlqin edir ki, onların bu cür acınacaqlı vəziyyəti – Allahdandır və onlar buna sakit və müticasına dözməli və öz zülmkarlarına tabe olmalıdırlar, ona baxmayaraq ki, bu zülmkarlar nəyinki sakit və müti olmaya bilərlər, hətta başqalarını işğal edərək, onları öyrətməli və cəzalandırmalıdırlar – imperatorlar, krallar, papalar, yepiskoplar və hər cür dünyavi və ruhani hakimiyyət nümayəndələri kimi – və şan-şöhrət və cah-cəlal içində yaşamalıdırlar və bütün bu var-dövlətlə onları tabeliklərində olan insanlar təmin etməlidirlər. Digər tərəfdən, xalqı yaşadığı zülm və əsarətdən qurtarmağa qadir olan və bunu arzuladığını bəyan edən, hipnozdan azad olmuş yeganə insanlar, alimlər, bu məqsədə catmaq üçün lazım olan şeyi etmək əvəzinə təmamilə əks şeyi edirlər və düşünürlər ki, bununla xalqa xidmət edirlər.

Düşünmək olar ki, bu insanlar xalqa hökmranlıq edən(öz əsarətində saxlayan) insanların ilk növbədə nə ilə narahat olduqlarına ən səthi nəzər salmaqla, xalqların nə ilə hərəkətə gəldiklərini və məlum vəziyyətdə nə ilə saxlanıldıqlarını başa düşə bilərdilər və bütün güclərini bu hərəkətverici qüvvəyə yönəltməliidilər, lakin onlar nəinki bunu etmirlər, əksinə bunu təmamilə lazımsiz hesab edirlər.

Bu insanlar elə bil ki, bunu görmək istəmirlər və var gücləri ilə, əksər hallarda tam səmimiyyətlə xalq üçün ən müxtəlif işlər görərək, ona hər şeydən əvvəl lazım olan yeganə işi görmürlər. Lakin bütün ixtiyar sahiblərinin xalqlara hökmranlıq edərək, istifadə etdikləri bu hərəkətverici qüvvəni hansı çalışqanlıqla qorumaqlarına baxmaq kifayət edir ki, başa düşəsən, xalqı istismardan azad etmək üçün bütün səyləri nəyə yönəltmək lazımdır.

Türk soltanı nəyi qoruyur və nəyi əldən verməməyə çalışır? Nəyə görə rus imperatoru, hər hansı bir şəhərə gələrək, ilk növbədə müqəddəs qalıqları yaxud ikonaları ziyarət edir? Nəyə görə alman imperatoru, özünü zahirən mədəni göstərməyinə baxmayaraq, bütün nitqlərində, yeri gəldi gəlmədi, Allah haqda, İsa haqda, dinin, andın müqəddəsliyi haqda və s. danışır? Məhz ona görə ki, onların hamısı yaxşı bilirlər ki, onların hakımıyyəti qoşunun hesabına mümkündür, qoşun isə, qoşunun mövcud olmasının mümkünlüyü – yalnız din hesabına mümkündür. Əgər dövlətli insanlar xüsusilə dindar olurlarsa və özlərini yalandan mömin göstərir, kilsəyə gedir və şənbə gününü gözləyirlərsə, bunların hamısını onlar başlıca olaraq ona görə edirlər ki, özünü qoruma instinkti onlara pıçıldayır ki, onların cəmiyyətdə tutduqları müstəsna üstün vəziyyət etiqad etdikləri dinlə bağlıdır.

Bütün bu insanlar hakimiyyətlərinin dini yalan hesabına necə mövcud olduğunu əksər hallarda anlamırlar, lakin özünü qoruma hissi, onların zəif yerinin harada olduğunu, yəni mövcud vəziyyətlərinin nəyin hesabına mümkün olduğunu, onlara göstərir və onlar ilk növbədə onu qoruyurlar. Bu insanlar hər zaman müəyyən çərçivədə sosialist, hətta inqilabi təbliğata icazə veriblər və verirlər; dini əsaslara toxunmağa isə heç zaman yol verməzlər. Buna görə əgər dövrümüzün qabaqcıl adamları – alimlər, liberallar, sosialistlər, ingilabşılar, anarxistlər – tarix və psixologiyadan xalqların nə ilə hərəkətə gəldiklərini başa düşə bilmirlərsə, onda onlar bu əyani təcrübə nəticəsində əmin ola bilərlər ki, bu xalqları hərəkətə gətirən qüvvə maddi şərait yox, yalnız dindir.

Lakin, təəcüb doğuran odur ki, xalqın həyat şəraitini çox dəqiq öyrənən və anlayan, dövrümüzün qabaqcıl adamları, alimlər göz önündə olan (belə aydın) həqiqəti görmürlər. Əgər bu cür hərəkət edən insanlar, azlıq arasında öz əlverişli vəziyyətlərini əldən verməmək üçün xalqı, bilərəkdən, dini cahillik içərisində saxlayırlarsa, onda bu dəhşətli, iyrənc bir yalandır. Bu cür hərəkət edən insanlar həmin o riyakar insanlardır ki, bütün insanlar içərisində ən çox onları, hətta insanlardan yalnız onları, İsa pisləyirdi, çünki heç bir yaramaz və zalım insan bu insanlar qədər bəşər həyatına bədbəxtliklər gətirməyib və gətirmir.

Yox əgər bu insanlar səmimidirlərsə, onda bu qəribə ağılsızlığın yeganə izahı yalnız odur ki, kütlə yalançı din təlqininin təsiri altında olduğu kimi, dövrümüzün bu yalançı(dırnaqarası) maariflənmiş insanları da, yalançı din təlqininin təsiri altındadırlar. Bu isə həmin o elmdir ki, hər zaman olduğu kimi, indi də bəşər həyatının şax damarı olan dinin, artıq ona(bəşəriyyətə) lazım olmadığını və nəilə sə başqa bir şeylə əvəz edilə biləcəyini iddia edir.

XIII

Kitab əhlinin, yəni dövrümüzün savadlı adamlarının, məhz bu səhvi yaxud məkirliyi – bizim dövrün əsas xüsusiyyətidir və xristian bəşəriyyətinin hal-hazırda yaşadığı ağır, fəlakətli vəziyyətini və getdikcə vəhşiləşməyinində başlıca səbəbi elə bundadır.



Adətən bizim dünyanın qabaqcıl, savadlı adamları iddia edirlər ki, kütlə tərəfindən etiqad edilən yalançı dini inanclar elədə böyük əhəmiyyət kəsb etmirlər və əvvəllər Yum, Volter, Russo və başqaları etdiyi kimi, onlarla birbaşa mübarizə aparmağa heç bir ehtiyac yoxdur və buna vaxt sərf etməyə dəyməz. Onların fikrincə, elm, yəni onlar tərəfindən xalq arasında yayılan pərakəndə, təsadüfi biliklər, öz-özünə bu məqsədə çatacaq, yəni insan günəşdən yerə qədər olan məsaf

əni neçə milyon mill olduğunu və günəş və ulduzların tərkibində hansı metalların olduğunu biləndən sonra (müəyyən etdikdən sonra) artıq kilsə müddəalarına inanmayacaq.

Bu səmimi yaxud qeyri səmimi iddia yaxud fərziyyədə – böyük səhv yaxud dəhşətli bir məkir, hiylə var. Ən kiçik uşaq yaşından – təlqinə ən həssas olan yaşdan – o dövrdəki, tərbiyyəçi uşağa verdiyi biliklə son dərəcə ehtiyyatlı olmalıdır, uşağa, xristian dini adlanan dinin məntiq və biliklərə zidd, mənasız və əxlaqsız doqmatları təlqin edilirlər. Uşağı sağlam düşüncəyə sığmayan üç üqnum doqmatına, bu üç allahdan birinin insanların gunahlarını yumaq üçün yerə enməsinə, onun dirilməsi və göyə qalxmasına, ikinci gəlişi gözləməyə öyrədirlər və bu doqmatlara inanmamağa görə əbədi əzablarla cəzalandırılmağın qaçılmazlığına, öz ehtiyaclarına görə dua etməyə və bir çox başqa şeyə öyrədirlər. Nə məntiqlə, nə müasir biliklərlə, nə insan vicdanı ilə uzlaşmayan bütün bu müddəalar həssas uşaq ağlında silinməz dərin iz buraxanda, onu təkbaşına qoyurlar və o şübhə doğurmayan həqiqət kimi qəbul etdiyi və mənimsədiyi doqmatların nəticəsi olan ziddiyyətlərdən bacardığı kimi baş çıxartmalı olur. Bu ziddiyyətləri o necə barışdıra bilər və barışdırmalıdır haqda heç ona heçnə demir. Ilahiyyətçilərin bu ziddiyyətləri barışdırmağa yönəlmiş bütün cəhdləri məsələni daha da dolaşdırırlar. Tədricən insan ona vərdiş edir ki (və bu məsələdə ilahiyyatçılar inadla onu dəstəkləyirlər), ağıla, dərrakəyə inanmaq olmaz və ona görə dünyada hər şey mümkündür və insanda, onun daxilində elə bir qüvvə yoxdur ki, onun köməyi ilə insan xeyiri şərdən, həqiqəti yalandan seçə bilsin və onun üçün ən vacib olan məsələdə – öz əməllərində – o öz dərrakəsinin tələblərinə yox, əksinə, başqa insanların ona dediyini rəhbər tutmalıdır. Ruhanilərin köməyinə arxalanaraq bütün təlqin vasitələri ilə, dayanmadan, uşaqlıqdan başlayan və yetkin yaşlarında da davam edən, xalqa yönəlmiş bu cür tərbiyənin insanın mənəvi aləmində necə dəhşətli pozğunluq törətməsi aydındır.

Yox əgər ruhən güclü insan böyük zəhmət və əzab əziyyət hesabına uşaqlıqdan başlayan və yetkin yaşlarında da tərbiyyəsi davam edilən gipnozdan azad olursa, ağıl və dərrakəsinə qarşı təlqin edilən inamsızlıq onun mənəvi aləmini alt-üst edərəkiz qoymadan təmamilə ötüb keçmir, necə ki fiziki aləmdə hər-hansı bir güclü zəhərlə orqanizmin zəhərlənməsi iz qoymadan keçmir. Yalanın gipnozundan azad olan belə bir insan, yenicə azad olduğu yalana nifrət edərək, hər bir dinin bəşəriyyətin irəli proqress yolu ilə hərəkət etməsinə ən böyük məniyələrdən biri olduğunu iddia edənöndə gedən insanların təlimini təbii olaraq mənimsəyəcək. Bu təlimi mənimsəyərək isə, belə insan öz ustadları kimi prinsipsiz, yəni vicdansız, həyatda yalnız öz istək və arzularını rəhbər tutan və buna görə özünü nəinki məzəmmət etməyən, əksinə buna görə özünü insana mümkün olan ən yüksək mənəvi ingişaf zirvəsində hesab edən bir insana çevriləcək.

Bu hal ruhən ən güclü insanlarla baş verəcək. Bir qədər zəif nsanlar isə, qəlblərində şübhə oyansa da, tərbiyyə olduqları yalandan heç vaxt təmamilə azad olmayacaqlar və qəbul etdikləri mənasız, cəfəng doqmatlara haqq qazandıran, müxtəlif müəmmalı, dumanlı nəzəriyyələrə qoşularaq və özləridə buna bənzər nəzəriyyələr düşünərək(uyduraraq), şübhələr, duman, sofizim və xülyalar içərisində yaşayacaq, insanların kütləşməsinə yardım edəcək və onalrın ayılmasına mane olacaqlar.

Insanların əksəriyyəti isə, onlar üzərində edilən təlqinlə mübarizə aparmağa nə gücləri nədə ki imkanları olmadığı üçün, ən ali insan səadəti – həyatın həqiqi dini anlayışından məhrum olaraq, hal hazırda yaşadıqları kimi nəsil bə nəsil yaşayacaqlar və öləcəklər; və hər zaman onlara hökmranlıq edən və onları aldadan siniflər üçün yalnız itaətli bir alət olacaqlar.

Lakin həmin bu dəhşətli yalana toxunaraq qabaqcıl elm adamları deyirlər ki, o əhəmiyyətsiz bir şeydir və onunla birbaşa mübarizə aparmağa dəyməz. Əgər bunu iddia edənlər səmimidirlərsə, onda bu fikirin yeganə izahı odur ki, onlar özləri də yalançı elmin gipnozunun təsiri altındadırlar; yox əgər onlar səmimi deyillərsə – onda odur ki, qəbul edilmiş inanclara həmlə onlara sərf etmir və əksər hallarda onlar üçün təhlükə yarada bilər. Hər nə olursa olsun, istənilən halda. Yalançı dinə etiqad edilməsinin ziyansız olması yaxud, ən azından, vacib olmaması və buna görə yalanı aradan qaldırmadan maarifləndirməyin mümkün olması fikiri təmamilə ədalətsizdir.

Bəşəriyyətin düşdüyü bəlalardan xilası yalnız, bir tərəfdən, kahinlər onu saxladığı, digər tərəfdən isə, alimlərin ona təlqin etdiyi gipnozdan azad edilməsindədir. Qabın içinə nə isə tökmək üçün, hər şeydən əvvəl onu içində olan şeydən azad etmək lazımdır. Eyni ilə insanlar həqiqi dini, yəni hər şeyin əvvəli olan Allaha düzgün, bəşəriyyətin inkişafına uyğun münasibəti və bu münasibətdən doğan fəaliyyəti tənzimləyən biliyi mənimsəməyə bilmələri üçün, onları, ilk növbədə, onlara təlqin edilən yalandan azad etmək lazımdır.


XIV
“Məgər həqiqi din mövcuddur? Bütün dinlər sonsuz dərəcə müxtəlifdirlər və bizim heç bir dini, yalnız ona görə ki, o bizim zövqümüzə uyğundur, həqiqi din adlandırmağa haqqımız yoxdur,” – bunu, dinləri onların zahiri formalarına görə bir xəstəlik kimi qiymətləndirən və özlərini bu xəstəlikdən azad, qalan insanları isə hələdə ondan əziyyət çəkdiyini hesab edən insanlar deyəcəklər. Lakin bu həqiqət deyil: dinlər öz zahiri formalarına görə müxtəlifdirlər, özlərinin əsas prinsiplərində isə hamısı eynidir. Bütün dinlərin məhz bu əsas prinsipləri həqiqi dini təşkil edir və bizim dövrdə bütün insanlara yaxın, xas olan din bu həqiqi dindir və yalnız onun mənimsənilməsi insanları düşdükləri bəlalardan xilas etməyə qadirdir.

Bəşəriyyət uzun müddətdir ki yaşayır və öz praktik nailiyyətlərini ardıcıl surətdə qazandığı(əldə etdiyi) kimi, həyatının əsasını təşkil edən mənəvi əsaslarını və onlardan doğan əxlaq, davranış qaydalarını da yaratmıya bilməzdi. Yollarını azmış insanların bu əsasları görməməyi, onların mövcud olmadığını hələ sübut etmir. Bütün insanlara ümumi olan müasir dövrün belə bir dini mövcuddur. Bu, özünün xüsusiyyətləri və təhrifləri ilə hansısa bir din yox, əksinə, bəşəriyyətin 9/10 çoxunun etiqad etdiyi bütün yayılmış və bizə məlum olan dinlərdə eyni olan dini müddəalardan ibarət bir dindir – və insanlar yalnız ona görə hələ təmamilə vəhşiləşməyiblər ki, bütün xalqların ən yaxşı insanları, qeyri-şüuri olsa da, bu dinə riayət və etiqad edirlər və yalnız kahin və alimlər tərəfindən insanlara təlqin edilən yalan, onlara bu dini şüurlu şəkildə qəbul etməyə mane olur.

Bu həqiqi dinin müddəaları insanlara o dərəcə yaxın və doğmadırlar ki, insanlara bildirilən kimi onlar tərəfindən nə isə çoxdan məlum və təbii bir şey kimi qəbul edilirlər. Bizim üçün bu həqiqi din xristianlıqdır, özünün brəxmənizimin, konfusianlığın, taoizmin, yahudiliyin, buddizmin hətta müsəlmanlığın zahiri formaları ilə deyil, əsas müddəaları ilə uyğun gələn müddəalarında. Eyni ilə, brəhmənizmi, konfusianlığı və s.dinlərə etiqad edənlər üçün həqiqi din o din olacaq ki, onun əsas müddəaları bütün başqa böyük dinlərin əsas müddəaları ilə uyğun qəlsin. Bu müddəalar olduqca sadə, aydın və asandırlar.

Bu müddəalar ondan ibarətdirlər ki, Allah var və o hər şeyin mənbəyidir; insanın daxilində bu ilahi varlığın hissəciyi var və insan öz həyatı ilə onu özündə böyüdədə bilər kiçildədə; və bu hissəciyin böyüməsi üçün insan öz ehtiraslarına üstün gəlməlidir və özündə məhəbbəti artırmalıdır; və buna müvəffəq olmaq üçün praktik vasitə ondan ibarətdir ki, başqalarına qarşı özünə (qarşı) arzuladığın hərəkəti etməlisən. Bütün bu müddəalar brəxmənizmədə, yahudiliyədə, konfusianlığada, taoizmədə, buddizmədə, xristianlığada, müsəlmanlığada ümumi olan müddəalardır. Ona baxmayaraq ki, buddizim Allahın tərifini vermir, o, insan nirvanaya yetişərək, qovuşduğu və birləşdiyi varlığı qəbul edir. Belə ki, insan nirvanaya dalaraq qovuşduğu varlıq yahudilikdə, xristianlıqda və müsəlmanlıqda Allah kimi qəbul edilən həmin o mənbədir.

Qeyri təbiiliyi yəni mənasızlığı dinin əsas əlaməti kimi qəbul etməyə adət etmiş bizim dövrün insanları “lakin bu din deyil” deyəcəklər, “ bu hər şey: fəlsəfə, etika və düşüncələr – ola bilər, lakin din deyil”. Din, onların anlayışında, mənasız və anlaşılmaz olmalıdır(credo quia absurdum). Halbuki, yalnız həmin bu müddəalardan, yaxud, daha doğrusu, onların dini təlim kimi təbliğ edilməsi və uzun sürən təhrif etmə prosesi nəticəsində, hər bir dinin əsas əlamətləri hesab edilən mənasız möcüzələr və qeyri-təbii hadisələr yaranıblar. Qeyri-təbiiliyin və ağılasığmazlığın dinin əsas xüsusiyyətlərini təşkil etməsini iddia etmək, yalnız şürük almaları dadaraq onların acı tamını və mədəyə ziyanlı təsirini alma meyvəsinin əsas xüsusiyyəti olduğunu iddia etməyə bərabərdir(bənzəyir).

Din – insanın hər şeyin mənbəyi olan varlığa münasibətinin müəyyən edilməsi, bu münasibətdən doğan insanın həyatdakı vəzifələri və bu vəzifələrdən irəli gələn davranış qaydalarıdır. Bütün dini təlim və məzhəblərdə eyni olan ümumi dinin əsas müddəaları bu tələblərə təmamilə cavab verir. O, insanın Allaha münasibətini, hissənin tama münasibəti kimi müəyyən edir; bu münasibətdən, insanın özündə, öz daxilində, ilahi xüsusiyyətləri artırmaqdan ibarət olan, vəzifələrini təyin edir; insanın vəzifəsi isə – başqasına, özünə qarşı arzuladığın hərəkəti et – qaydasından praktik qaydalar çıxartmaqdır.

Bir çox halda insanlar şübhə edirlər, elə mən özümdə şübhə edirdim vaxt var idi şübhə edirdim ki: başqasına, özünə qarşı arzuladığın hərəkəti et – kimi mücərrəd bir qayda, daha sadə – pəhriz, dua, priçastiye* qaydaları qədər məcburi və əməllərin əsasını təşkil edən rəhbər qayda ola bilər.

Niyə də görə – başqalarına, özünə qarşı arzuladığın hərəkəti et – qaydasından irəli gələn tələblər, məsələn: öz qardaşlarını öldürməmək, söyüş söyməmək, zina etməmək, qisas almamaq, öz şıltaqlıqlarını razı salmaq üçün öz qardaşlarının ehtiyaclarından istifadə etməmək və bir çox başqa tələblər – inamları daha çox etibara, nəinki aydın daxili dərk etməyə əsaslanan insanlara obrazların, priçastiyanın müqəddəsliyinə olan inam qədər güclü təlqin edilməsin və onlar qədər məcburi və pozulmaz olmasın?


XV
Bütün insanlar üçün ümumi olan bizim dövrün dini həqiqətləri o qədər sadə, aydın və hər bir insan qəlbinə yaxındırlar ki, – adama elə gəlir ki, – əgər valideynlər, rəhbərlər və tərbiyəçilər özləridə əksər hallarda inanmadıqları üç üqnum, allah anası, iskupleniya, indralar, trimurtiyalar və göyə uçan budda və məhəmmədlər haqda dövrünü yaşamış və mənasız təlimlkər əvəzinə – bütün insanlar üçün ümumui olan dinin, insanda Allah ruhunun yaşamasından ibarət olan, metafizik mahiyyətinin və insan özünə qarşı arzuladığı hərəkəti başqasına qarşı etməlidir prinsipindən ibarət olan praktik qaydalarının sadə, aydın həqiqətlərini uşaq və böyüklərə təlqin edən kimi – bəşəriyyətin bütün həyatı özü-özünə dəyişirdi. Bircə, Adəmin gunahlarını yumaq üçün Allah tərəfindən öz oğlunu göndərməsi və itaət edilməsi vacib olan kilsə qurması və bunun nəticəsi kimi müəyyən vaxt və müəyyən yerdə dua etmək və qurbanlıq gətirmək və müəyyən vaxt müəyyən qida qəbul etməmək və müəyyən günlərdə işləməmək haqda qaydalar hal-hazırda uşaqlara təlqin edildiyi və böyüklərə təstiq edildiyi kimi – Allahın ruh olması, onun təzahürünün bizim daxilimizdə yaşaması və onun gücünü öz həyatımızda böyüdə biləcəyimiz təlqin və təstiq edilərdi. Bircə, hal-hazırda, mümkün olmayan hadisələr haqda təmamilə gərəksiz hekayələr və bu hekayələrin nəticəsi olan mənasız ayinlərin qaydaları təlqin edildiyi kimi, yuxarıda sadaladığımız əsasların məntiqi nəticəsi olan həqiqətlər təlqin edilərdi – və mənasız mübarizə və parçalanma əvəzinə, tezliklə, diplomatların, beynəlxalq hüququn və sülh konqressinin, siyasi-iqtisadçıların və hər növ sosialistlərin köməyi olmadan, bəşəriyyətin dinc, mehriban, xoşbəxt və vahid bir dinlə idarə olunan həyatı başlayardı.

Lakin, buna bənzər heçnə edilmir: və nəinki yalançı dinin yalanları ifşa olunaraq məhv edilmirlər və həqiqi dinin təbliğinə başlanırmır, əksinə, insanlar getdikcə həqiqəti qəbul etmək imkanından daha da uzaqlaşırlar.

Insanların bu qədər təbii, vacib və mümkün olan şeyinetəməsinin əsas səbəbi ondadır ki, bizim dövrün insanları, uzun sürən dinsiz həyat nəticəsində, öz yaşayışlarını zorakılıq, süngü, qüllə, həbsxana, dar ağacları gücünə qurmağa və möhkəmləndirməyə elə adət ediblər ki, onlara elə gəlir ki, bu cür həyat quruluşu nəinki normaldır, hətta başqa cür heç ola da bilməz. Nəinki mövcud qurulu.dan faydalanan insanlar bu cür düşünürlər, hətta bundan əziyyət çəkən insanlarda, onlara edilən təlqin nəticəsində o dərəcə ağıllarını itiriblər ki, eynilə, zorakılığı insan cəmiyyətində yeganə abadlıq üsulu hesab edirlər. Halbuki, ictimai həyatın məhz zorakılıqlar gücünə bu cür qurulması və möhkəmləndirilməsi, insanları öz istirablarının səbəblərini başa düşməklərindən və buna görə həqiqi abadlığın mümkünlüyündən uzaqlaşdıran başlıca səbəbdir.

Bədxassəli səpgini daxilə salıb gözdən itirərək və bununla, nəinki xəstəni aldadır, hətta xəstənliyin özünü gücləndirərək onun müalicəsini mümkünsüz edən yaramaz yaxud pisniyyətli həkim etdiyi əmələ bənzər bir hal baş verir.

Ordu, ruhanilər, əsgər və polis vasitəsi ilə və süngü, güllə, həbsxanalar, fəhlə evləri, dar ağacları qorxusu altında – kölə halına salınmış insanları yaşadıqları düşüncəsizlik və köləlik vəziyyətində qalmağa məcbur etmək və hakimiyyətdə olan insanlara öz vəziyyətindən istifadə etməyə mane olmamaq hökmranlıq edən, kütləni kölə halına salmış və:"apres nous le de`luge” (“Bizdən sonra lap dünya dağılsın(потоп)”) deyən və düşünən insanlara çox asan gəlir. Hökmranlıq edən insanlar belə də edirlər və bu cür həyat quruluşunu abadlıq adlandırırlar, halbuki, həqiqi ictimayi abadlığa bunun qədər heçnə mane olmur. Əslində isə bu cür quruluş nəinki abadlıq deyil, əksinə, ədavət və əxlaqsızlıqdır.

Əgər bizim, hələdə kütlə arasında dərin kök salmış dini əsasların galıqları ilə zəngin olan cəmiyyətlərin insanları, cəmiyyətdə qayda-qanunu və əxlaqı qorumaq vəzifəsini öz üzərinə götürən ixtiyar sahiblərinin hər zaman törətdikləri cinayətlərin – müharıbələrin, edamların, həbsxanaların, vergilərin, araq və tiryək satışının şahidi olmasaidilər – o zaman halhazırda törətdikləri bu pis əməllərin, yalanların, zorakılıqların, qətllərin yüzdə birini belə etməyi heç vaxt ağıllarına da gətirməzdilər, çünki bu əməllərin pis və insanlara xas olmadıqlarına tam əmin olardılar.


Yüklə 186,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin