Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 200,49 Kb.
səhifə3/9
tarix05.01.2022
ölçüsü200,49 Kb.
#111882
1   2   3   4   5   6   7   8   9
Həyatı və yaradıcılığı

“Azərbaycan gözəli” Leyla Bədirbəyli 1920-ci ildə yanvar ayının 8-də Bakıda doğulub. Atası Ağalar bəy, anası Bikə xanım Şəmkir bəyzadələrinin nəslindən idilər. Belə ki, Leyla xanımın atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Atasının işiylə bağlı Bakıya köçən ailə sonradan taleyini bu şəhərə bağlayıb. Leyla Bədirbəylinin sənətə gəlməyində isə anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir. Elə ilk ailə həyatını da həmkarı və səhnədəki tərəf müqabili olan rəqqas Fərəc Cavanşirovla qurur. Həmin vaxt Leylanın cəmi 16 yaşı vardı. Bir il sonra oğul anası olan rəqqasə - gələcəyin aktrisası işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Leyla Bədirbəylinin oğlu Elxan Cavanşirov uzun illər AzTV-də operator kimi çalışıb. Gəlini Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib.
Belə bir nəcabətli ailədə dünyaya göz açan Leyla xanımın ilk dəfə səhnəyə çıxanda cəmi 8 yaşı varmış. Sənət dostlarının fikrincə Leyla Bədirbəylinin kino kariyerası daha uğurlu və məhsuldar olub. O, 50-dən çox bədii və sənədli filmdə yer alıb, televiziya tamaşalarına çəkilib, bir-birindən gözəl, bənzərsiz obrazlara imza atıb. Ümumiyyətlə aktrisanın kinoya gəlişi, bu sahədəki fəalliyyəti Azərbaycan mədəniyyəti üçün böyük hadisə

-6-


sayılır. Milli kinomuzun göz muncuğu “Arşın mal alan”ı xatırlamaq kifayətdir. Bu ekran əsərinin geniş dünya şöhrəti qazanması ilk növbədə Üzeyir Hacıbəyli dühasının məhsulu olmasındadır. Quruluşçu rejissoru Rza Təhmasibin, ssenari müəllifi Sabit Rəhmanın da zəhmətləri danılmazdır. Amma “Arşın mal alan”ı dünya mədəniyyətinin qiymətli sərvətinə çevirən heç şübhəsiz Leyla Bədirbəyli və Rəşid Behbudovun bənzərsiz ifalarıdır.

Görkəmli sənətkar 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olub. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və  Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Gənc solist bu ansamblda “Bir dənəsən, bir dənə”, “Naz eləmə”, “Tərəkəmə” rəqslərini elə məharətlə ifa edir ki, uzun müddət keçməsinə baxmayaraq sənət adamları bu barədə indi də fəxrlə danışırlar.

Aktrisanın «Səbuhi» filmində iştirakı ilə bağlı qəzetlərin birində bu sözlərə rast gəlirik: «Film üçün aktyor seçmək rejissorları çox düşündürürdü. Onlar filarmoniyaya getdilər. Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq idi. Nəhayət, milli paltar geymiş Leyla səhnəyə gəldi. Azərbaycan xalq çalğı alətləri üçlüyünün müşayiəti ilə «Tərəkəmə» rəqsini elə məharətlə oynadı ki, rejissorlar dərhal səhnənin arxasına keçib Leyla ilə görüşdülər. Leylanın boy-buxunu, incə rəqsləri rejissorların xoşuna gəldi...»

L.Bədirbəyli «Səbuhi» filmində M.F.Axundovun səmimi və mehriban həyat yoldaşı Tubu xanımın obrazını yaratdı. Məhz «Səbuhi» filmindən sonra L.Bədirbəyli teatrda işləmək üçün dəvət aldı. Aktrisanın özü həmin dövrü belə xatırlayır: «Xalq yazıçısı Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza, Rza Təhmasib və Adil İsgəndərov kimi sənətkarların təsiri ilə mən günlərin bir günü filarmoniya səhnəsindən Akademik Dram Teatrının səhnəsinə dəvət olundum. Bu dövrü mən yaradıcılığımın ikinci və daha mühüm dövrü hesab edirəm».

-7-

L.Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun «Məhəbbət» tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin «Tufan»ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində «Pəri cadu» tamaşasında Pəri, «Vaqif»də Gülnar və Xuraman, «Xanlar»da Mehriban, «Solğun çiçəklər»də Sara, «Almaz»da Almaz, «Şərqin səhəri»ndə Dilarə, «Xoşbəxtlər»də İncə, «Əliqulu evlənir»də Qumral, «Kəndçi qızı»nda Göyərçin, «Şeyx Sənan»da Zöhrab, «Uzaq sahillərdə» Ancelika, «Otello»da Dezdemona, «Canlı meyit»də Liza və digər rollar ifa edib. Leyla xanım tamaşalarda əsasən baş rolları oynayıb. Bu sözləri onun kinoda ifa etdiyi obrazlar haqqında da demək olar.

Sənətkarın həyatında ən əlamətdar il şübhəsiz ki, 1945-ci il olub.Həmin il “Arşın mal alan” filmi çəkilib. Filmin qəhrəmanı Gülçöhrə zərifdir, gözəldir və həssasdır. O, öz  həmyaşıdlarından azad seçim və əsl məhəbbət arzusunda olması ilə fərqlənir, öz hissləri ilə sanki bütün cəmiyyətə meydan oxuyur. Axı Gülçöhrə arşınmalçını sevir. Atasının hədə-qorxusuna baxmayaraq o, öz məhəbbətindən dönmür. Əksinə, axıradək öz məhəbbətini müdafiə edir. Leyla Bədirbəylinin oyununda Gülçöhrənin hisslərindəki qətiyyət o qədər təbii, səmimi  alınıb ki, uzun illər aktrisanın adı bu qəhrəmanın adı ilə bərabər səslənib. “Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın birçox xalqları bəstəkarın sehirli musiqisinə, mənalı yumoruna heyran qaldılar. “Arşın mal alan”a görə yaradıcı qrup o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə dövlət mükafatına layiq görüldülər. Leyla Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar da almışdı.

Bolqarıstandan gənc qadının  ona göndərdiyi məktub bu sözlərlə qurtarır: “Mən beş oğlun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin kimi şöhrət qazansa özümü xoşbəxt sayaram

-8-


Qeyd etmək lazımdır ki, L.Bədirbəylinin kinoda aktyor taleyi olduqca uğurlu olub. O, öz yaradıcılığında həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların bədii obrazlarını təcəssüm etdirib. Leyla xanımın çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilmiş, bacılarımızın, analarımızın, nənələrimizin obrazlarını yaradıb. Onun «Fətəli xan» və «Koroğlu» filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.


Yüklə 200,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin