Elm, incəsənət, fəlsəfə, din – hamısı siyasi mübarizə tufanına elmi kəşflərin və ya texniki nailiyyətlərin sülh və ya mübarizə işinə kömək etməsi – bu siyasi məsələdir. İncəsənətin bu və ya digər məhsullarının hamısı məqsəd və işlərə xidmət etməsi, onların hansı hisslər oyatması – bu da siyasi məsələdir. Fəlsəfə xalqların elmi dünyagörüşünü formalaşdırırmı, onları parlaq ideala və əqlə, ədalətli dövlət quruculuğuna istiqamətləndirirmi, yoxsa yox – bu da siyasi məsələdir. Məgər filosof humanizminə, ictimai ədalətə və təcavüzkarlığa, millətlərarası düşmənçiliyə biganə qala bilərmi? Fəlsəfə öz mahiyyətinə, tarixi missiyasına görə siyasətdir: fəlsəfə müəyyən ictimai – siyasi funksiya yerinə yetirir. Əgər tarixə nəzər salsaq görərik ki, filosoflara ictimai hadisələrin nəbzini öz əllərində saxlamağa cəhd, yüksək vətəndaşlıq hissi xasdır. Bir çox görkəmli mütəfəkkirlər siyasi təlimlərin müəllifi olmuş, digərlərinin fəlsəfi sistemləri üçün siyasi fəlsəfə ayrılmaz tərkib hissəsi olmuşdur.
Siyasi təlimi və onun refleksi kimi siyasi fəlsəfəni fərqləndirmək lazımdır. Siyasi fəlsəfə, siyasi təlimləri fəlsəfi cəhətdən əsaslandırır və bununla fəlsəfə və siyasətin qarşılıqlı əlaqəsinin bir tərəfi əks olunur. Bu qarşılıqlı əlaqənin ikinci tərəfi – siyasət və siyasi təlimlərin fəlsəfəyə təsirindədir.
Hüquqi şüur-adamların qüvvədə olan hüquqa münasibətini, hüquq, vəzifə, qanunilik və qeyri qanunilik nöqteyi-nəzərdən adamların davranış həddini bilməyi ifadə edən baxış və anlayışdır; bu hüquqi nəzəriyyə, hüquqi ideologiyadır. Hüquqi şüur obyektiv ictimai münasibətlərin ideya ifadəsidir, öz növbəsində cəmiyyətdə hakim olan iqtisadi və ictimai münasibətləri əks etdirən hüquqi münasibətlər xarakterinə malikdir. Hüquq hüquqi şüurun formalaşmasına təsir edir: hüquqi şüur isə hüquqda və ədalət məhkəməsində reallaşır. Hüquq kimi hüquqi şüur da tarixən müəyyən iqtisadi əsasda yaranmış və inkişaf etmişdir və ictimai siniflər və dövlətlərin meydana gəlməsi ilə bağlıdır. Hüquqi şüur hüquq və qanuna hörmət etməyi bacarmaq, öz dövlət vəzifələrini və şəxsi vəzifələrini könüllü yerinə yetirmək, cinayət törətmədən öz həyatını qurmaqdır. Hüquqi şüurun əsasını şəxsi ləyaqət hissi, vicdan və iradənin daxili intizamı, vətəndaşların bir-birinə, hakimiyyətə, hakimiyyətin vətəndaşlara qarşılıqlı hörməti və inamı təşkil edir. Tarix cəmiyyətin yaxşı və mütərəqqi adamlarının hüquqi şüurunun hüququn qüvvədə olan normaları ilə kəskin ziddiyyətlərinin şahidi olmuşdur.
Hüquqi şüur sanki siyasi və əxlaqi şüur arasında aralıq vəziyyətdədir. Siyasi şüurdan asılı olaraq o dövlətə siyasi hakimiyyət uğrunda mübarizə kimi deyil, sözsüz tabeçiliyi tələb edən xarici nizama salma qüvvəsidir. Dövlətdən deyil insan özündən gələn və onun üçün mütləq əhəmiyyət xarakteri daşıyan, lakin qanun gücü olmayan əxlaq normalarından fərqli olaraq hüquqi şüurda haqq və ədalət anlayışları dövlət qanunu kimi düşünülür, onun pozulması üçün maddi təsirli sanksiya tələb olunmalıdır. Əgər hüquqda məcburetmə ünsürü yoxdursa, sözün əsl mənasında hüquq yox əxlaqi arzudur. Hüququn əxlaqın müdafiəsinя ehtiyacı var: əxlaqla daima qarşılıqlı fəaliyyətdə olmayan hüquqi şüurun laxlayan, səbatsız əsası var. Lakin əxlaq hətta əla qanunlardan da yaxşı və inamlıdır- düşünənlər yanılmırlar. Gündəlik həyatda biz davranış qaydaları və normaları haqqında unuduruq, lakin onlar bizim üçün həmişə sarsılmazdır. Hüquqi şüur səviyyəsində onlar parıldayır və dərk olunmuş nizamlayıcı kimi çıxış edirdilər.