Həyatın sonlu olub-olmaması məsələsinə də diqqət yetirmək məqsədəuyğundur. Biosferanın, xüsusi ilə də onların təşkil olunduğu parçalanmış sistemlərin daxil olduğu mürəkkəb təşkilli sistemlər onları parçalayan xarici təsirə cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü bərpa etmək xassəsinə malikdir. Lakin bu cür xassələr yalnız müəyyən, kifayət qədər məhdud həddə özünü göstərə bilər. Bu həddə çıxmaq dərin keyfiyyətli dəyişikliyə və ya hətta onun dağılmasına aparan selə bənzər dəyişiklik axınına gətirib çıxarır. Canlıya və ya bütövlükdə biosferaya bu cür xarici təsirin mənbəyi ən müxtəlif ola bilər - bu həm radiasiyanın səviyyəsinin onun təbii fonuna nisbətən kəskin artması, həm canlı orqanizmin təkamülünün uyğunlaşa bilmədiyi atmosfera, su anbarlarına və torpağa atılan maddələrin kimyəvi tərkibinin fəallığı - ola bilər. Buna görə də yalnız həyatın mütəşəkkilliyi onun özünü necə təşkil etməsi deyil, həm də biosferanın və ümumiyyətlə Yer üzərindəki həyatın kövrəklik (zəriflik) adlananları nəzərə almaq zəruridir. İnsanların müasir nəsli ilk dəfə biosferaya elə bir təsir vasitəsi əldə etmişlər ki, bu biosferada köklü, dönməz dəyişikliklə, hətta onun mövcudluğuııu hədələyən dəyişikliklərə səbəb ola bilər. Bu vəziyyətin dərk edilməsi insanların dünyagörüşündə mühüm irəliləyişə, onların dəyərli təsir edilməsinə, öz fəaliyyətlərində hansı istiqamətlərə əsaslanmalarına təsir göstərməyə bilməz. Əvvəllər demişdik ki, Yerdəki həyatın zamanca başlanğıcı var, ayrı-ayrı orqanizmlərinin yaşaması məhduddur, sonludur. Bəs görəsən bizim planetdə həyat sonlu, yoxsa sonsuzdur? Bu suallar da əvvəllərdə, başlıca olaraq, həm dini, həm də dünyagörüşü - metodoloji əhəmiyyət kəsb edən «dünyanın sonu» haqqında daha ümumi sualın tərkib hissəsi kimi yaranmışdır. Keçmiş əsrdə həyatın sonu problemin aktuallığı «Kainatın istilik ölümü» haqqında hipotezlə həvəsləndirilmişdir. Ancaq bu cür perspektiv milyon illər uzadılmış imkan kimi müzakirə olunur, bununla belə insanın iradə və fəaliyyəti ilə heç bir əlaqə görülmürdü. Yerin hər hansı kosmik cismlə toqquşması nəticəsində dağılması imkanı da, ümumiyyətlə desək, sıfıra bərabərdir.
Bu gün Yerdə həyatın sonu haqqında məsələ daha konkret məzmun və məna ilə doldurulmuşdur. İnsanlar istər düşünülmüş, istərsə də heç bir niyyətsiz həyatı məhv edən vasitələr hazırlamışlar, belə ki, həyatın saxlanılması son anda onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir bəşəriyyət elə bir vəziyyətdədir ki, həyatın sonlu və sonsuz olması onun düşünülmüş seçimindən çox asılıdır. Bəli, bu gün insan tarixində ilk dəfə olaraq həyatın saxlanması insanların qarşısında dayanan məqsəd kimi və onların həll edəcəyi məsələ kimi çıxış edir. Bunun nəticəsində insanlar köhnəlmiş baxışlara yenidən qiymət vermək, yalnız təbiətlə deyil, həm də bir-biri ilə qarşılıqlı münasibətlərini yenidən qurmaq, öz fəaliyyətlərinin istiqamətinə və vasitələrinə yenidən baxmaq məcburiyyəti qarşısında qalmışlar. Yer üzərində həyatı xilas etməyin ilk təxirəsalınmaz şərti nüvə yanğının qarşısını almaqdır. Həyat üçün digər təhlükə mənbələri də mövcuddur. Bunların hamısı bu və ya başqa şəkildə insan fəaliyyəti ilə bağlıdı: bütün bunlar yalnız o vaxt aradan qaldırıla bilər ki, insan bunları dərk etsin və öz fəaliyyətlərini bu biliklərə arxalanaraq təşkil etsinlər. Həyat həmişə insanlar tərəfindən nə isə dəyərli pozitiv bir şey kimi qəbul edilmişdir. Bunu dilimizlə daha yaxşı ifadə edirik - axı «həyat», «canlı» sözlərini işlədərkən nə isə müsbət xarakteristika nəzərdə tutulur. Həyatın spesifikliyini, dəyərini göstərən fəlsəfi təlimlər də çox olmuşdur. Bu baxımdan XX əsrin birinci yarısında humanist fılosofu A.Şveytserin baxışları xarakterikdir, o, «həyat qarşısında dərin hörmət, ehtiram etikasını» inkişaf etdirmişdir. Filosof insanın mövcudluğunun həyatın saxlanmasını zəruri edən şəraitin dərin dünyagörüşü mənasını qeyd etmişdir. Onun fıkrincə, «fədakarlıq yalnız insanın naminə deyil, həm də digər mövcudatın naminə, ümumiyyətlə insana məlum olan və həyatda rastlaşılan hər hansı həyat naminə edilməlidir». Digər mövqelər də mövcuddur - onlara görə də həyat dəyərlidir, lakin bu o qədər dəyərli olur ki, nə qədər ki, onun qorunması insanın və bəşəriyyətin mövcudluğu üçün ilkin şərtdir. Bu mövqelərin hər birinin özünün dəyəri və əsası var; bir çox hallarda onların hər ikisi eyni fəaliyyətə vadar edə bilər. Onların yaxınlığı ilə yanaşı fərqləri də mövcuddur. İkinci mövqe, əsasən Protaqorun «insana şeylərin ölçüsü» kimi baxdığı tezisi təkrar edir. Bu cür ölçü kimi yalnız hər hansı müəyyən dövrün adamını götürmək olar; məsələn, məhz müasir marağı, təlabatı, məqsədi olan müasir adam, ancaq həmişə insanda olan maraq, təlabat, məqsədlər tam açılmır. İnsanın sabah canlı orqanizmin hansı xassəsini həyata keçirəcəyini, nümayiş etdirəcəyini biz bilmirik. Bu mənada birinci mövqe daha etibarlıdır, ancaq onun tərəfdarları çox vaxt ifrata varırlar, insanın biosferaya hər hansı tərzdə qarışmasını qəbul etmirlər. Bəşəriyyət biosferanın tərkib hissəsidir, yalnız elə buna görə o biosferada gedən proseslərə təsir etməyə bilməz. Bəşəriyyət biosfera ilə qarşılıqlı təsirdə yeni səviyyəyə çatmışdır, artıq geriyə yol yoxdur. Yer kürəsində həyatın qorunması insanın ağlından, dərrakəsindən, onun təbiətə, başqa adamlarla münasibətləri necə qurmasından asılıdır. İndi yalnız elmi fıkirlər söyləmək azdır, onu insanın iradəsi, arzusu və cavabdehlik fəaliyyəti ilə doldurmaq lazımdır.
Müasir dünya dəyişkən, qeyri-sabit, özünə inamsız bir vəziyyətdə yaşayır – adamlar bunu dərk edirlər. Kiminsə dəliqanlı bir hərəkəti dünyanı öz məhvərindən çıxara, bir anda hər şeyi məhv edə bilər. “Mühərriklər işləməkdə davam edə, bayraqlar dalğalana bilər, insan isə həmişəlik yox ola bilər.” (Y.Heyzinqa) Bununla belə insan hələ ümidini itirməmişdir. Əgər sivilizasiya xilas olsa və vəhşilik əsrində boğulmasa onda indiki nəsil hansı cəmiyyətdə yaşayacağını, onun hara getdiyini, ən azı fəlakətlərin qarşısını almaq üçün nə etmək lazım olduğunu özü üçün aydınlaşdırmalıdır. İlık baxışdan aydın görünür ki, cəmiyyət bir varlıq kimi mövcuddur. Bu tezisin empirik bir təsdiqi var, çünki bizim hamımız onda yaşayırıq. Bəs cəmiyyət nədir? O necə mümkündür? O necə olmalıdır?
Adi adamlar bu sualların mənasını başa düşə bilməz. O özü və əcdadları bu cəmiyyətdə yaşamışlar – onlar cəmiyyəti bir varlıq kimi qəbul edirlər. Lakin məsəənin dərinliyinə gedən adamlar, xüsusən filosoflar cəmiyyətə, ilk növbədə insan əlinin işi kimi baxırlar. İ.Kantın köhnə ideyası belə olmuşdur o güman edirdi ki, bizi maraqlandıran hadisəni insan fəaliyyətinin nəticəsi kimi başa düşmək olar. Bu cür yanaşmanın məğzi ondadır ki, ümumiyyətlə desək bütün fenomenləri verilmiş kimi qəbul etmək lazım deyildir. Onlar bir dəfə yaranmışlar və onlardan hər birini təşəkkülün nəticəsi kimi izah etmək olar. Bu cəmiyyətə daha çox aiddir.
Bununla belə cəmiyyət necə yaranmışdır? Bunun üçün nələr baş verməli idi? Bütün bunlara səbəb nə olmuşdur?
Qloballaşan dünyamızda cəmiyyətə baxış da dəyişkənliyə məruz qalmaqdadır. Dövlətlərin inteqrasiyaya meyli cəmiyyətlə bağlı yanaşmaları da dəyişdirmişdir. Lakin cəmiyyətin durumuna, orada gedən proseslərə müdaxilə etmək, onu sürətləndirmək və ya ləngitmək böyük fəsadlar yarada bilər. Bu baxımdan cəmiyyətə ehtiyatla yanaşmaq, onun inkişaf qanunlarına hörmət etmək olduqca vacibdir.