M. İ. MƏMMƏdov m.Ü. Orucova



Yüklə 2,47 Mb.
səhifə35/39
tarix11.02.2020
ölçüsü2,47 Mb.
#102062
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

5. SİMSİZ ŞƏBƏKƏLƏR

Simsiz şəbəkə texnologiyası nöqtədən-nöqtəyə ya bir şəbəkə quruluşu şəklində əlaqə təmin edən bir texnologiyadır. Bu baxım- dan simsiz texnologiya, geniş şəkildə istifadə edilən kabelli və ya fiberoptik rabitə vasitələri ilə yaradılan şəbəkələrlə bənzərlik təşkil edir. Simsiz texnologiyanı digərlərindən fərqləndirən əsas cəhət ötürülmə mühiti olaraq havanı istifadə etməsidir. Metal kabellər, elektrik cərəyanını çatdırarkən simsiz və optik ötürülməsi sistem- ləri müəyyən tezlikdə elektro maqnetik dalğaları çatdırırlar.

LAN (lokal şəbəkə) şəbəkələr çoxlu sayda kompüter, printer, plotter, skaner və digər kompüter avadanlıqlarının birləşməsindən yaradılır. Simsiz LAN-lar da kompüterlər və şəbəkəyə qoşulan digər cihazlar arasında ünsiyyəti təmin etmək üçün kabel yerinə RF və ya infraqırmızı texnologiyası istifadə edilir və simsiz LAN Wireless LAN (WLAN) olaraq adlandırılır. Bu səbəbdən simsiz LAN-lar kabelli LAN-ların bütün xüsusiyyətlərinə malikdir.

WLAN sistemləri istifadəçilərinə:

> Wireless genişzolaqlı internet;

> Server üzərindəki tətbiqlərə (proqramlara) nəqliyyat;

> Oxşar şəbəkəyə bağlı istifadəçilər arasında elektron poçt xidməti və fayl paylaşımı kimi müxtəlif imkanlar təmin edir.

Ayrıca simsiz sistem olması səbəbiylə prospekt, küçə, park, bağ və bənzər açıq sahələrdə WLAN sistemləri müvəffəqiyyətli bir şəkildə istifadə edilir. Ancaq yerli (lokal) istifadə məqsədiylə inkişaf etdirilmiş olduqlarından WLAN sistemlərinin məsafəsi 25- 100 metr ətrafındadır.



Simsiz LAN, yerli mənada kompüter sistemində movcud olan LAN texnologiyalarına əsaslanmaqla kabelsiz olaraq ünsiyyətdə olurlar. Simsiz LAN, şəkil 5.1-də göründüyü kimi öz başına tamamilə kabelsiz olacağı kimi, mövcud olan əsasən kabelləmə infrastrukturuna söykənən bir LAN- ın parçası ya da davamı ola bilər.


Şəkil 5.1: Simsiz və kabelli şəbəkənin ortaq istifadəsi





    1. Simsiz LAN standartlar

Simsiz LAN, əslində movcud olan LAN texnologiyalarının fiziki layının (ethernet s.) və qismən verilənlər layının (data link) kabelsiz hala gətirilməsinə deyilə bilər. Bu məqsədlə simsiz LAN üçün beynəlxalq standartlar ifadə edilmişdir. Məlumat transferlə- rinin necə ediləcəyini təyin edən bu standartları gündəlik həyatı- mızda istifadə etdiyimiz yol qaydalarına bənzədə bilərik. Trafik normaları vasitələri yolun harandan, nə qədər sürətlə və necə gedəcəkləri göstərirsə, simsiz LAN sistemlərində də məlumatların haradan, necə və nə qədər sürətlə gedə biləcəyini təyin edən standartlar vardır.

Aşağıdakı cədvəl 5.1-də Wireless LAN-larda istifadə edilən

IEEE və ETSI tərəfindən təyin olunan standartların xüsusiyyət- ləri verilmişdir.


Cədvəl 5.1. IEEE və ETSI standartların xüsusiyyətləri


Kateqoriya /Standart

Rəqəm Nisbəti (Data Rate)

Tezlik (Hız)

IEEE 802.11 (1997)

1-2 Mbps

2.4GHz

IEEE 802.11b

11 Mbps

2.4GHz

IEEE 802.11a

54 Mbps

5.2GHz

HiperLAN2

54 Mbps

5.2GHz




    1. IEEE 802.11x standartları

8021.11x ailəsi IEEE tərəfindən simsiz LAN tətbiqləri üçün müəyyən edilmiş standartlar toplusudur. 802.11x standartında ilk olaraq 1 ya 2 Mbps-lik sürətləri ön görülmüşsə daha sonra inkişaf etdirilən 802.11b və 802.11a standartlarında iş sürətləri 11 Mbps, 54 Mbps-dək yüksəldilmişdir.

Verilən bu sürətlərin, simsiz şəbəkələri üçün ümumi sürəti olduğu əslində məlumat ötürülməsini daha az olduğu unudulma- malıdır. Yəni, faydalı ötürülməsi miqdarı da əhəmiyyətlidir. Bu səbəblə kabelsiz şəbəkə cihazları bir-birləriylə qarşılaşarkən ötürmə bacarığı da göz önünə alınmalıdır. Cədvəl 5.2 -də 802.11x standartlarının fiziki köçürmə nisbəti (ümumi köçürmə nisbəti) və ötürülməsi dərəcəsi (dəqiq ötürmə nisbəti) verilmişdir.

Cədvəl 5.2. 802.11x standartları


Xüsusiyyət

802.11

802.11a

802.11b

Brüt Təminat Səviyyəsi

2 Mpbs

54 Mpbs

11 Mpbs

Dəqiq Rəqəm Nisbəti

1,2 Mpbs

32 Mpbs

5 Mpbs

Tezlik

2,4 GHz

5 GHz

2,4 GHz

Orta hesabla çatım

CSMA/CA

CSMA/CA

CSMA/CA

Şifreleme

40 bit RC4

40 bit RC4

40 bit RC4

Modulyasiya Metodu

FHSS və ya DSSS

Tək daşıyıcı

DSSS

Kəsişməyən Kanal Sayı

3 (daxili/ xarici)

4 (daxili, U-NII1) 4

(daxili, U-NII2) 4 (daxili, U-NII3)



3 (daxili/ xarici)

    1. IEEE 802.11b Standartı

802.11b standartı 802.11a standartından daha əvvəl təyin olun- muşdur və dəstəklədiyi ötürmə nisbətləri 1,2,5.5 və 11 Mbps-dir. IEEE 802.11b simsiz şəbəkələrdə ötürülməsi üçün ən çox ötürülməsi nisbəti 11Mbps-dir 50 metrə qədər ötürmə DSSS texnologiyasından istifadə edir.

IEEE 802.11b standartının üstünlüyü Bluetooth, HomeRF və Mikrodalğalı kimi texnologiyalar tərəfindən istifadə edilərək 2.4 GHz –lə işləyəbilməsidir. Çünki Bluetooth və IEEE 802.11b eyni tezliklərlə işləyir.


    1. Yüklə 2,47 Mb.

      Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin