M. İ. MƏMMƏdov V. T. AĞAyev



Yüklə 2,89 Mb.
səhifə2/35
tarix22.03.2020
ölçüsü2,89 Mb.
#102325
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   35

GİRİŞ

İnsan cəmiyyətinin tarixində müəyyən elmi kəşflər və ixtiralar nəinki onun gedişatına güclü təsir göstərmiş hətta sivilizasiyanın inkişafına (köklü dəyişməsinə) səbəb olmuşdur. Bunlara misal olaraq ilk mühərrikin ixtirasını, elektrikləşmənin kəşfini, atom enerjisinin əldə edilməsini, radionun ixtirasını və s. göstərmək olar. Belə elmi kəşflərin və ixtiraların nəticəsində istehsal prose- sinin xarakterində və məişətdə baş verən kəskin dəyişiriklər pro- sesi elmi-texniki inqilab kimi qiymətləndirilir.

XX əsrin ikinci yarısında kompüter texnikasının yaranması və sürətli inkişafı elmi-texniki inqilabın mühüm faktorarından biri- dir. Bu prosesi şərti olaraq üc mərhələyə bölmək olar.

Birinci mərhələ 1945-ci ildə ilk elektron hesablama maşınının yaradılması ilə başlayır. Təqribən 30 il ərzində (1970-ci illərə- dək) kompüterlər məhdud sayda insanlar tərəfindən əsasən elmi və istehsalat sahələrində istifadə edilmişdir.



Ikinci mərhələ 1970-ci illərdən fərdi kompeterərin yaradılması ilə əlaqədardır. Bu mərhələdə kompeterlər daha geniş tətbiq sa- həsi qazandı. Belə ki, kompüterlərdən nəinki elm və istehsalatda, həmçinin xidmət və məişət sahəsində də geniş istifadə edilməyə başladı. Artıq kompüterlər adi məişət

cihazları-radio, televizya, maqnitafon və



  1. kimi evlərə daxi oldu.

Ücüncü mərhələ internetin-qlobal kompüter şəbəkəsinin yaradılması ilə başlayır. Internetin yaranması kompü- terləri çox geniş informasiyaya açılan pəncərəyə çevirdi. Bu isə “geniş infor- masiya dünyası” hüpergeniş məkan” an-

layışlarının yaranmasına səbəb oldu. İnternetin geniş yayılması çox vacib sosial problemi – müxtəlif ölkələrdə və qitələrdə, bö- yük şəhərlərdə və ucqarlarda yaşayan insanlar arasında “infor- masiya qeyribərabərliyi” problemini həll etmiş oldu. Internetin inkişafı tam mənada insan sivilizasiyasının tarixində “informa-

siya yönümlü cəmiyyətin” yaranması mərhələsinə keçildiyini de- məyə əsas verdi.

İnsanlar hər gün telefon şəbəkəsindən istifadə edir, dünyanın müxtəlif nöqtələri ilə informasiya mübadiləsi edir. Kompüter şəbəkələri də bu mənada bir texnoloji inkişafdır.



    1. Yüklə 2,89 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin