M orfoqrafiya təliminin prinsipləri. İbtidai siniflərdə orfoqrafiya üzrə aparılan işlərin məzmunu Plan


İbtidai siniflərdə orfoqrafiya təlimi üzrə aparılacaq işin məzmunu



Yüklə 27,55 Kb.
səhifə3/3
tarix18.11.2022
ölçüsü27,55 Kb.
#119642
1   2   3
M-9 Orfoqrafiya təliminin prinsipləri

İbtidai siniflərdə orfoqrafiya təlimi üzrə aparılacaq işin məzmunu. İbtidai siniflərdə orfoqrafiya təliminin başlıca vəzifəsi şagirdlərin orfoqrafik qaydaları mənimsəməsindən ibarətdir. Orfoqrafik vərdişlər mürəkkəb olub, uzunmüddətli psixomotor fəaliyyət tələb edir. Orfoqrafik qaydaların mənimsənilməsi bir sıra bilik və bacarıqlara istinad edir. Orfoqrafik vərdişlərin yaradılması mürəkkəb prosesdir, cünki hər bir orfoqramın xarakterindən asılı olaraq müxtəlif assosiasiyaların yaradılmasını tələb edir. Məsələn, fonetik prinsipə əsasən yazılan orfoqramlar üzrə düzgün yazı vərdişinin yaranması üçün şagird fonetik şəraiti, sait, samit səsləri dərk etməli, səsləri seçməyi və onları müvafiq qrafik işarələrlə (yazı) əks etdirməyi bacarmalıdır.
Morfoloji prinsipə əsasən yazılan orfoqramlar isə eşitmə-artikulyativ, qrammatik məna, görmə təsəvvürü, yazı reaksiyası tipli orfoqrafik assosiasiya strukturunu tələb edir.
İbtidai siniflərdə orfoqrafiya təlimi zamanı düzgün yazı vərdişlərinin yaranmasında səhvlər üzərində iş mühüm rol oynayır. Bu iş iki mərhələdə həyata keçirilir:

  • səhvlərin xəbərdarlığı;

  • səhvlər üzərində müəllim və şagirdlərin birgə işi.

Düzgün yazı vərdişlərinin yaranması üçün səhvlər üzərində işin hər iki mərhələsi zəruri və əhəmiyyətlidir. Böyük rus pedaqoqu K.D.Uşinski səhvlərin xəbərdarlığına xüsusi qiymət verərək yazırdı: “Müəllim həmişə yadda saxlamalıdır ki, səhvin qabağını almaq onu təshih etməkdən daha yaxşıdır”.
Orfoqrafik səhvlərin törəmə mənbələrini iki qrupa ayırmaq olar:

  • Obyektiv.

  • Subyektiv.

Dil üzrə elmi-tədqiqat sahəsində çatışmazlıq; orfoqrafik qaydaların çoxluğu; tez-tez edilən dəyişikliklər; kalliqrafiya ilə bağlı səhvlər obyektiv mənbələrə aiddir.
Azərbaycan dilinin latın qrafikalı əlifbasında ğ, ş, ç, j, ü, i, ö hərfləri kiçik bir element və nöqtə ilə fərqlənir. Şagirdlərin hərflərin yazılışına diqqətli yanaşmaları yazı təlimi zamanı xatırlanmalı və nəzarətdə saxlanmalıdır.
Mətbuatda, elmi, bədii əsərlərin dilində orfoqrafik qaydaların gözlənilməməsi; yerli şivənin təsiri; səliqəsiz yazı; məktəbdə orfoqrafik rejimin yaradılmaması; şagirdlərin çalışma və tapşırıqlarla yüklənməsi də səhvlərin yaranmasına gətirib çıxarır. Şagirdlərin tələskənlik üzündən hərflərin elemenlərini və ya nöqtələrini yazmadığı hallar hər zaman qarşıya çıxır. Butun hallar müəllimin nəzərindən qaçmamalı, hə zaman şagirdlərin orfoqrafik savadlılığının qayğısına qalmalıdır.
Orfoqrafik səhvlərin törənməsinin subyektiv səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:
- orfoqrafik vərdişlərin yaradılmasında ardıcıllığın olmaması;
-metodların düzgün seçilməməsi; iş üsullarının yoruculuğu;
-psixoloji faktorun nəzərə alınmaması;
-orfoqrafiya ilə qrammatikanın düzgün əlaqələndirilməməsi;
-fənnə marağın azlığı və s.
Yazı dərslərinin şagirdlərin marağına uyğun qurulması müəllimin uğurlu motivasiyasından çox asılıdır. Motivasiyanın düzgün təşkili dərsin müvəffəqiyyətlə keçməsinin əsas şərtidir.
Orfoqrafik səhvləri doğuran mənbələrə, səbəblərə qarşı mübarizənin təşkili və məzmunu, orfoqrafiya təliminin məzmununu müəyyənləşdirir.
“Orfoqrafiya yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici qaydalar sistemidir”(Ə.Dəmirçizadə).
Orfoqrafik qaydalar praktik olaraq Azərbaycan dili dərslərində şagirdlərə öyrədilməlidir. Orfoqrafik qaydalar o zaman daha şüurlu mənimsənilə və yadda qala bilər ki, həmin qaydalar: fonetika, orfoepiya, leksika, qrammatika və s. əlaqələndirilsin, inteqrativ şəkildə mənimsənilmiş olsun. Bu zaman isə faydalı iş növlərindən, fəal/interaktiv təlim üsullarından, rəngarəng çalışmalardan istifadə edilməlidir. Azərbaycan dili dərslərində bünövrəsi qoyulmuş işlər sinifdənkənar, məktəbdənkənar tədbirlərdə davam etdirilməlidir.
Ədəbiyyat

  1. Əfəndizadə Ə. Düzgün yazı təliminin elmi əsasları. Bakı, 1975

  2. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metododikası.II hissə. Bakı: ADPU, 2016, s.410

  3. Федоренко Л.П. Принципы и методы обучения рус­ского языка. М., 1964

  4. Kərimov Y.Ş. İmla mətnləri məcmuəsi. Bakı: RS poliqraf, 2007, 183 s.

5. Kərimov Y.Ş. Ana dilinin tədtisi metodikası. Bakı, 2005
6. Rəhimov A. İmlalar üzərində işin səmərəli təşkili. Bakı, 1995
Yüklə 27,55 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin