M ü h a z I r ə 7-landşaftin morfologiyasi və onun təSNİfati. MƏRZİN və fasiyanin nöVLƏRİ


M Ü H A Z İ R Ə 11.ANTROPOGEN LANDŞAFTLAR, ONLARIN TƏYİNİ VƏ TƏSNİFATI



Yüklə 27,57 Kb.
səhifə3/7
tarix01.01.2022
ölçüsü27,57 Kb.
#107288
1   2   3   4   5   6   7
Landşaft

M Ü H A Z İ R Ə 11.ANTROPOGEN LANDŞAFTLAR, ONLARIN TƏYİNİ VƏ TƏSNİFATI.

Məlumdur ki, elmi – texniki inqilabadək, sənayenin inkişafında insan əməyinin bəzi formaları maşınla əvəz olunmuşdur. Bu da insan əməyinin məhsuldarlığını artırmış və ilk dəfə təbiət qüvvələrindən (külək, su buxarı, elektrik və s.) sənayedə istifadə etməyə imkan vermişdir. Bütün bunlar elmi – texniki və sosial – iqtisadi inkişafın sürətli tərəqqisi ilə bağlı idi. Elə bu dövrdə insanın təbiətə təsiri feodalizm cəmiyyəti ilə müqayisədə dəfələrlə artmışdır. Maşınlı sənayenin inkişafı üçün metalın əridilməsi, daş kömür və digər yeraltı sərvətlərin inkişafı və istismarı, dəmir yollarının çəkilməsi artmışdır.

Antropogen komplekslərin öyrənilməsi müasir landşaftşünaslığın ən vacib və təxirəsalınmaz problemlərindən biridir.Antropogen landşaftlar bir çox əlamətlərinə və xüsusiyyətlərinə görə ilkin komplekslərdən fərqlənirlər.Yer kürəsində müasir antropogen landşaft kompleksləri sahəsinin durmadan artması və dəyişməsi müşahidə edilir. Məsələn, tikintilərin sahəsi əsasən şumlanan məhsuldar torpaqlar hesabına artır. Belə ki, yalnız ABŞ-da hər il şəhər ərazisinin genişlənməsi hesabına 350 min hektardan çox əkin sahəsi sıradan çıxır.

Ümumiyyətlə, antropogen landşaftlar insanların təsərrüfat fəaliyyəti ilə dəyişilmiş və onların təsiri ilə tənzim olunan kompleksə deyilir. Antropogen landşaftları aşağıdakı kimi təsnifləşdirmək olar. Formalaşmasına, məzmununa, genezisinə, dəyişmə dərəcəsinə görə landşaftlar aşağıdakı kimi təsnifləşdirilir:

1. Məzmununa görə:

1) aqrolandşaftlar – əkin – bağ – çəmən – biçənəklər və otlaqlar;

2) sənaye – texnogen lan.;

3) seliteb – şəhər, kənd və s. lan.;

4) yol – nəqliyyat lan.;

5) su antropogen (süni sututarlar, su anbarları, süni göllər və s.);

6) Süni meşələr (meşə, parklar, tarla, su qoruyucu meşələr).

II. Genezisinə görə:

1) aqrogen;

2) sənaye – texnogen;

3) hidrogen;

4) bariogen (qalalar, istehkamlar və s.).

III. Dəyişmə dərəcəsinə görə:

1) praktiki olaraq dəyişməyən landşaft;

2) zəif dərəcədə dəyişmiş landşaft;

3) orta dərəcədə dəyişmiş landşaft;

4) əsaslı şəkildə və yeniləşmiş landşaft.

Qeyd etmək lazımdır ki, Yer kürəsinin qurusunun 60 %-ə yaxın ərazisi müəyyən qədər antropogen landşaftlardır. Bunun 20 %-i sırf antropogenləşmiş landşaftlar olub, buraya əkin sahələri, yaşayış məntəqələri, texnogen – yol mühəndis nəqliyyatı, suvarma qurğuları, süni meşələr və s.-dir. Antropogenləşməni müəyyən edən göstərici antropogenləşmə əmsalıdır:

AƏ=Təb.lan : Ant.lan. AƏ – əgər kəmiyyət vahidə bərabər olarsa, onda antropogenləşmə ən yüksək göstəricidir. Azərbaycanın düzən rayonlarında, dağətəyi zonasında, səhra, yarımsəhrada antropogenləşmə dərəcəsi vahidə bərabər olduğu, orta dağlıqda bu göstərici əksər halda 0,2 – 0,3-dən aşağı olur. Yüksək dağlıqda isə otlaq sahələri müstəsna olmaqla, bu kəmiyyət 0,01 və daha az olur.

Antropogen landşaftlarının təyinində müxtəlif alimlərin müxtəlif fikirləri vardır. Məsələn, ensiklopediyanın coğrafi terminlər lüğətində antropogen landşaftlar insanın fəaliyyəti ilə əsaslı dəyişilmiş landşaftlar kimi qiymətləndirilir. Antropogen və təbii landşaftlar arasında kəskin sərhəd yoxdur. Belə ki, hər hansı antropogen və təbii landşaft komplekslərində geoloji özül, iqlimin əsas əlamətləri saxlanmaqla, zonal və azonal qanunauyğunluqlar öz fəaliyyətlərindən geri qalmır. Bu fikri S.V.Kalesnik (1970) və A.Q.İsaçenko (1971) müdafiə edirlər.Milkov (1973) insanların yenidən yaratdığı landşaftları antropogen landşaft adlandırır. A.M.Ryabçikov (1972) təbii landşaftların strukturunun insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmə dərəcəsini nəzərə almaqla bütün müasir landşaftları fərqləndirməyi və onları 6 əsas qrupa bölməyi təklif edir:

1. Təcrübi olaraq dəyişməyən, yəni ilkin vəziyyətini saxlayan landşaftlar. Buraya buzlaqlar, həddən artıq arid sahələr aiddir;

2. Zəif dəyişilmiş, yəni təbii əlaqələrin pozulmadığı sahələr. Buraya səmərəli istifadə edilən meşələr, təbii çəmənliklər, otlaqlar, sututarlar, milli parklar və s. aiddir;

3. Təbii ehtiyatlardan uzun müddət istifadə nəticəsində əmələ gələn pozulmuş komplekslər (səhralaşma ocaqlarının yapanması, rütubətli zonalarda qırılmış meşələrin yerində bataqlıqların yaranması, makvis tipli kolluqların əmələ gəlməsi və s.);

4. Qüvvətli pozulmuş və ya antropogen bedlend sahələr (erozion bedlend, təkrar şoranlıqlar və bataqlıqların əmələ gəlməsi, qumların hərəkəti, antropogen karst və s.);

5. Dəyişilmiş və ya mədəni komplekslər (əkin sahələri, bağlar, çoxillik mədəni bitkilər sahəsi, səhralardakı antropogen oazislər və s.);

6. Təbii amillər əsasında insanlar tərəfindən yaradılan süni obyektlər (şəhər, kənd, bənd, su anbarı, yol və s.).

Azərbaycanda 1990-cı ildə komplekslərin genezisini, dəyişmə dərəcəsini və istifadə istiqamətlərini nəzərə alaraq, Azərbaycan üçün irimiqyaslı təbii – antropogen landşaft xəritəsinin tərtibi üçün aşağıdakı taksonomik vahidlər sistemi qəbul edilmişdir: sinif, yarımtip, sahə və növ.


Yüklə 27,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin