Magistr dissertasiyasi ixtisasın şifri və adı 060402 “Mühasibat uçotu və audit”



Yüklə 1,2 Mb.
səhifə35/43
tarix13.01.2022
ölçüsü1,2 Mb.
#113786
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Belge (3)

Şəkil 1. "Mədaxil sənəd" dialoqu

Nəzərinizə çatdırılan dialoqun cədvəl olan hissəsində mallar üzrə adları və müvafiq göstəriciləri yazmaq üçün bu alətlər panelində verilən "Yeni" işarəsini yəni ağ vərəq formaslnda olan işarəni basmaq lazımdır. Bu vaxt ekranda həmin sətrə uygun olan məlumatların daxil olunması üçün nəzərdə tutulmuş balaca ölçülü "Mədaxil" dialoqu açılır. Orada isə sətrə daxil edilmli olan malların adı müvafiq məlumat bazasından seçilərək, miqdarları və qiymətləri isə klaviatura köməyi ilə daxil olunur. Eyni zamanda malın qiyməti isə "Qiymət" xanasının sağ künc hissəsində yerləşən kalkulyator köməyi ilə hesablanmaqla da daxil etmək olar. Orada göstərilən "Valyuta" xanasında tələb olunan valyuta növü seçilə bilər, ki, bu halda qaimə-fakturada malların qiymətini seçilmiş valyuta ilə, məbləğlərini isə müvafiq kursa görə hesablanmış manatla əks etdiriləcək. Daha sonra "Mədaxil" dialoqunda qaimə-fakturanın qeyd olunmuş sətirinə görə tələb olunan məlumatlar daxil ediləndən sonra, "OK" düyməsinə basmaqla, həmin məlumatları "Mədaxil sənəd" dialoqunda cədvəl hissəsinə ötürürük. Mədaxil sənədində sətirlərin hamısı bu qayda ilə formalaşır. Hansısa bir sətirdə dəyişiklik etmək və ya həmin sətri tamamilə pozmaq istəyiriksə, alətlər panelində olan "Dəyişmə" və ya "Silmək" düymələsindən istifadə edirik.






Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin