Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


Qeyri-ərzaq mallarının gömrük ekspertizasının səmərəliliyinin yüksəldilməsi yolları



Yüklə 0,55 Mb.
səhifə20/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   14   15   16   17   18   19   20   21   22
3.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının səmərəliliyinin yüksəldilməsi yolları

Azərbaycan Respublikasının gömrük sistemi ümummilli lider Heydər Əliyev tərəfindən formalaşmış siyasətə uyğun şəkildə müəyyən edilmiş və inkişafını davam etdirərək müstəqilliyimizin əsas atributlarından olan çoxfunksiyalı iqtisadi sistemə doğru çevrilmişdir. Ötən əsrdə ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq gömrük sisteminin yenidən qurulmasına istiqamətlənmiş mühüm tədbirlər həyata keçirilmiş, maddi-texniki bazası önəmli istiqamətdə möhkəmlənmiş, diferensiallaşdırılmış gömrüktarif sistemi və qanun aktları yaradılmış, hüquqpozmalar əlehinə mübarizə tədbirləri gücləndirilmişdir. Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf tendensiyası və ümumdünya sisteminə inteqrasiya, gömrük sisteminin inkişafını, maddi və texniki bazanın təkmilləşdirilməsini, bütün istiqamətlərdə modelləşdirilməsini, gömrük işinin beynəlxalq standartlar səviyyəsində aparılmasını və ölkənin iqtisadi inkişafındakı rolunun artırılmasını daha da zəruri edir. Qeyri-ərzaq mallarının ekspertizasının təkmilləşdirilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir:

• Qanunvericilik bazası və gömrük tənzimlənməsinin təkmil qaydalarının hazırlanması.

• Gömrük proseduralarının avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması

• Gömrük infrastrukturunun inkişafına investisiyalar qoyulması.

• Beynəlxalq əməkdaşlıq və Kadr hazırlığının artırılması.



Azərbaycan Respublikasında 1997-ci ildə qəbulolunmuş Gömrük Məcəlləsi gömrük işinin həyata keçirilməsində, gömrük sisteminin formalaşmasında mühüm rol oynamışdır. Son on il müddətində həmin vaxtdan sürətli inkişaf mərhələsinə keçmiş Azərbaycanın iqtisadi qüdrəti möhkəmlənmiş və əhalinin həyat səviyyəsi sürətlə yaxşılaşmışdır. Azərbaycan Respublikasının keçən dövr ərzində iqtisadi əlaqələri xeyli genişlənmiş, beynəlxalq təşkilatlara qoşulmuşdur. İqtisadi-ticarət əlaqələrinin ildən-ilə arealının genişlənməsi, iqtisadi sistemə inteqrasiyasının artması, idxal-ixrac əməliyyatlarının həcminin sürətlə dəyişməsi normativ aktların təkmilləşdirilməsini zəruri edir. Bu səbəbdəndə inkişafetmiş ölkələrin gömrük işinin aparılması sahəsində böyük təcrübəsi və bu baxımdan qəbul olunmuş beynəlxalq konvensiyaların maddələri nəzərə alınmaqla Azərbaycan Respublikasının gömrük qanunvericiliyi daha da təkmilləşdirilməli, o cümlədən də qeyri-ərzaq mallarının gömrük ekspertizasının təşkili sahəsində daha təkmil normativ-hüquqi aktlar qəbul olunmalıdır. Beynəlxalq ticarətin sürətli inkişafında, əmtəə və xidmətlərin dövriyyəsinin sürətlənməsində, səmərəli tranzit fəaliyyətinin sistematik təşkilində, hüquqpozmaların qarşısının alınmasında gömrük nəzarətinin xüsusi rolu danılmazdır. Qeyri-ərzaq mallarının ekspertizası fəaliyyətinin səmərəli və yüksək standartlar üzrə təşkili bir baxımdan beynəlxalq ticarətdə mənfi halların qarşısının qəti surətdə alınmasını, digər baxımdan isə xarici ticarətin sərbəst inkişafına təkan verməsini təmin etməlidir. Qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin təşkilini sürətləndirmək, bununla yanaşı, gömrükdə səmərəliliyi təmin etmək məqsədilə ekspertizanın aparılması metodları təkmilləşdirilməli, nəzarət prosesində texniki nailiyyətlərdən geniş istifadə edilməli, gömrük baxışında müasir texniki-nəzarət cihaz və avadanlıqları tətbiq edilməli və bu sahədə yeni növ elektron yoxlama üsulları tətbiqini tapmalıdır. Gömrük işinin aparılması sahəsində cinayət və hüquqpozmaların açılma faizinin yüksəldilməsi məqsədilə gömrük orqanlarının məlumat təminatının avtomatlaşdırılmasına, xarici iqtisadi fəaliyyətdə cinayət meyillərin qarşısının alınmasına, riskin idarəolunması sisteminin təkmilləşdirlməsinə xüsusi diqqət yetirilməlidir. Gömrük qaydalarına xarici ticarətlə bağlı müqavilələrinə görə malların idxalı və ixracı müddətində riayət edilməsi məqsədilə infrastrukturunun müasir tələbləri üstələyən şəbəkəsi yaradılmalıdır. Bildiyimiz kimi, qeyri-ərzaq mallarının ekspertizasının təşkilində malların təsnifatı xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan da, gömrük laboratoriyalarının fəaliyyəti istiqamətləri sürətləndirilməli və gömrük laboratoriyalarının geniş şəbəkəsi yaradılmalısı məqsədəuyğundur. Şəbəkə sisteminə daxil olmuş laboratoriya strukturları ölkə üzrə bütün regionları tam əhatə etmə gücünə malik olmalıdır. Burdan belə nəticəyə gəlmək olar ki, qeyri-ərzaq malları üzərində ekspertiza fəaliyyətinin təşkili üzrə məhsuldarlığın artırılması məqsədilə kadrların hazırlanması işi diqqət mərkəzində daimi olaraq saxlanmalıdır. Gömrük əməkdaşlarının ÜGT-nin dəstəyi ilə keçirilən tədris kurslarında iştirakının təmin edilməsi, bundan başqa müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ixtisasartırma məqsədilə keçirilən seminar və kurslarda gömrük mütəxəssislərinin sahələr üzrə müasir nəzəri və praktiki biliklərə yiyələnməsi üçün yeni addımlar atılmalıdır. Gömrük işinin səmərəsini bu yolla daha da artmaq olar. Respublikada ekspertizası fəaliyyətinin təşkilini təkmilləşdirmək və modern gömrük modelinin qurulmasına nail olmaq üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. Bu istiqamətdə tədbirlərin aparılması gömrük sistemində normaların beynəlxalq normalara çatdırılmasını, Azərbaycanda da inkişaf etmiş ölkələrin gömrük işi sahəsində təcrübəsinin sürətlə tətbiqinə şərait yaradır.

Gömrük ekspertizaların aparılması məqsədilə belə bir bölmənin yaradılmasına səbəb gömrük əməkdaşlarının fəaliyyətində xüsusi peşə ixtisası tələb edən məsələlərinin həlli olmuşdur. Beləliklə də, gömrük işi üzrə uğurlu siyasətin reallaşdırılmasına kömək göstərən gömrük ekspertizasının infrsatrukturu olaraq “Mərkəzi laboratoriya” yaradılmış və bu fəslin əvvəlində qeyd olunan Əsasnamə üzrə fəaliyyətə başlamışdır.

Gömrük fəaliyyəti üzrə Respublikamız müstəqillik qazanıldıqdan sonra səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş görülən işlər təqdirəlayiqdir.

Fəaliyyətinin ilk dövrlərində ekspertiza sistemi üzrə laboratoriyanın təşkilatlanması, onun yeri, cihaz və avadanlıqları, laboratoriya mebel dəsti, reaktivləri və s.ilə təchiz olunmasilə əlaqədar məsələr ilə məşğul olmuşdur.

Bu məqsədlə mal qruplarının tədqiqinə aid metodik vəsaitlər hazırlanmış, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası əsasında müxtəlif mal qruplarına aid standartların və s. toplanması ilə bağlı olaraq məlumat bankı yaratmaq üçün sorğu üzrə informasiyalar toplanmışdır.

AR Milli Elmlər Akademiyasının Botanika İnstitutu 1994-cü il birinci dəfə müasir analitik cihaz və avadanlıq dəstilə təchiz olunmuş radiologiya, radiokimya şöbəsində 2 otaqdan ibarət laboratoriyada praktik-elmi fəaliyyətinə başlanılmış vəbununla da məhdud sahəni əhatəedən nümunələrin tədqiqi aparılmışdır. Ekspertiza məqsədi ilə məhz həmin ildə mallardan nümunələrin götürülməsi prosedurasını əks etdirdiyi 20-dən artıq əmtəə növünü əhatəsinə alan ilk praktiki-nəzəri əhəmiyyət daşıyan elmi-metodiki vəsaitin hazırlanmasına başlanılmışdır.

Xarici İqtisadi Fəaliyyətin Mallar üzrə Nomenklaturasına müvafiq olaraq təşkilatlanma işləri aparılmış əmtəə çeşidi üzrə məlumat bankının yaradılması məqsədilə müvafiq şəkildə beynəlxalq standartlar, dövlət standartları, sahə standartları, texniki şərtlər toplanmış və mallar qruplar üzrə sinifləşdirilərək dövriyyənin 70 %-ni təşkil edən əmtəələrə aid ümumi məlumat informasiya bankısistemi yaradılmasının əsası qoyulmuşdur.

Laboratoriyanın inzibati binasının tikintisi və müasir cihaz və avadanlıqlarla təchiz olunmasına görə 1995-1997-ci illər dönüş dövrü kimi xarakterizə olunur.

İlk dəfə Çexiya Respublikasının şirkəti ilə 14 may 1996-cı ildə laboratoriyaya mebel, avadanlıq dəstinin alınması ilə bağlı L.S 96-11 nömrəli müqavilə imzalanmış və müasir cihazlar, laboratoriya üçün mebel dəsti və ləvazimatlar alınmışdır.

1996-cı ildə laboratoriya binasının sxem çertyoju ÜGT-nin ”Gömrük laboratoriyalarının təşkili” layihəsinə uyğun verilmiş və onun əsnasında laboratoriyanın inzibati binasının inşasına başlanmışdır.

1997-ci il Azərbaycan mallarının xaricə ixrac edilməsi, xarici malların Azərbaycan Respublikasına idxal edilməsi, və həmin malların gömrük nəzarətinin aparılması qaydaları” ilə bağlı təlimatlar hazırlanmış və 104 nömrəli 10.02.1997 tarixli əmr ilə təsdiqlənmişdir. Bunun əsasında da malların emal rejimləri altında hərəkətinin hüquqi əsası öz yerini tağmışdır.

Həmin dövrdə maddi-texniki nəzarət vasitələrindən RANGER”,” GT-3000 GOLDD Tester” Goldd Detector”, PRESİDUUM DİAMOND FAACT ”, , ”YEWELL DETECTOR”, bədən skaynerləri-metal dedektorlarından, ”Narkotik vasitələrin ekspress təyinatı üzrə spreey-testlərindən istifadə edilməsi qaydaları hazırlanmışdır, bu isə metodiki informasiya bazasının elmi-texniki cəhətdən dahada zənginləşməsinə şərait yaratmışdır.

Gömrük işində radiasiya təhlükəsizliyinə daimi nəzarət üzrə ilk addımlar atılmış və AR NK-nin ”Azərbaycan Respublikası ərazisində radiasiyanın daimi təhlükəsizliyinə nəzarət olunmasını gücləndirmək tədbirləri haqda ”76 saylı 11.07.1997-ciil tarixli normativ hüquqi aktı və Gömrük Komitəsinin 5 sentyabr 1997-ci iltarixli 822 nömrəli və 27 oktyabr 1997-ciiltarixli 958 nömrəli əmrlərə müvafiq olaraq ”radiasiya nəzarəti”nə bağlı texniki vasitələrə dair göstəriş təlimatları hazırlanmışdırki, bu isə təhlükəsizlik baxımından nəzarətin təşkilini özündə birləşdirmişdir.

1998-ci ildən başlayaraq beynəlxalq konfranslarda çıxışetmə imkanları yaranmış, ÜGT-nin təşkil etdiyi “Əqli formalı mülkiyyət hüquqlarının qorunması üzrə beynəlxalq iclaslarda “Yüksək təhlükəli sayılan obyektlərin ekspertizası, qiymətləndirilməsi, sertifikatlaşdırılması və sığortalanması işlərinin təkminləşdirilməsi” ilə bağlı təşkil olunmuş beynəlxalq tədbirlərdə müxtəlif təkliflərlə çıxışlar olmuşdur.

Ümumdünya Gömrük Təşkilatının HS Nomenklaturasının icmalı üzrə 1999-cu ildə təşkil olunmuş Subkomitənin 20-ci sessiyasında nümayəndə heyəti iştirak edərək ayrı-ayrı mal qruplarına təsnifat baxımdan təkliflər təqdim olunmuşdur.

21.06.2000-ci ildə Laboratoriyanın əsaslı təmirdən sonra açılışı baş tutmuşdur. Açılışda Ümumdünya Gömrük Təşkilatının katibi olan M.Dane, İq. Əməkdaşlıq Təşkilatının gömrük rəhbərlərinin Bakıda keçirilmiş 7-ci iclasının nümayəndə heyyətləri iştirak etmişdirlər.

Gömrük laboratoriyalarının açılışını AR DGK-nin mühüm nailiyyəti hesab edən Ümumidünya Gömrük Təşkilatının katibi Dane bu nailiyyətlərin ilkin olan nəticələri gömrük orqanlarının fəaliyyətində özünü büruzə verə biləcəyini bildirmişdir.

Ümumilikdə əmtəələrin mal mövqelərinə əsasən kodlaşdırılmasının, həmçinin Xarici Ticarətin Gömrük statistikasının təşkilini dəqiqliyinə təminat vermiş və səmərəlilik baxımdan müxtəlif əməliyyatlar üzrə milyonla manat gəlir əldəedilməsinə səbəb olmuş və əsasən isə ekologiyanın ,flora və faunanın, heyvanların həyat və sağlamlığının qorunmasını təmin etmişdir.



Bu inkişaf xranologiyası sistemin yeni texniki vasitələr ilə təminatı və ən müasir metodologiyaların, avadanlıqların tətbiqi gömrük orqanlarının operativ surətdə həll etməyə imkan yaradacağını göstərir.

Gömrük yoxlamasının səmərəliliyinin artırılması məqsədilə əmtəələr haqda lazımlı məlumatlar əldə etmək üçün gömrük nəzarətinin müxtəlif növ maddi-texniki vasitələrindən istifadə olunur. Gömrük nəzarətinin müxtəlif texniki vasitələri AR-nın gömrük sərhədindən müəyyən müddətdə keçirilən mallara tətbiq edilir.

Gömrük nəzarətinin aparılmasının texniki vasitələrinin mal və ya nəqliyyat vasitələri barəsində informasiya əldə etmək, əmtəə və malların eyniləşdirilməsini, radioaktiv materialların idax və ya ixrac hallarında, gömrük qaydalarının müəyyən və ya tamdərəcədə pozulması halının əlamətini aşkara çıxarmaq məqsədilə tətbiq olunur.

Azərbaycan Respublikasının gömrük məcəlləsinə əsasən gömrük orqanlarında insan həyatı və sağıamlığı üçün,gömrük ərazisindən keçən mallar və avadanlıqlar üçün təhlükəsiz olan texniki vasitələrdən istifadə etmək nəzərdə tutulub.

Belə texniki vasitələr toplusu "gömrük texnikası” adlanır.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin