Birbaşa kotirovkada xarici valyuta vahidinin dəyəri manatla (məs. ABŞ dolları - 0,7980 manat) müəyyən edilir. Burada xarici valyuta dəyişməz qalır, manat isə məzənnə dəyişdikcə dəyişir.
Dolayı kotirovka isə manat vahidinə düşən xarici valyutanın (məsələn, 1 manat = 2 türk lirəsi) miqdarını göstərir.
Mərkəzi Bankın rəsmi məzənnələri birbaşa kotirovka ilə əks olunur. Dolayı kotirovka isə ümumilikdə dünya ölkələrində demək olar ki, az və ya istifadə edilmir (İngiltərədən başqa).
Məzənnə fərqi – AR ərazisində tərtib edilən maliyyə hesabatları ölkənin milli valyutası olan manatla ifadə olunur. Buna müvafiq olaraq valyuta ilə uçotu aparan obyektlər hesabat dövründə manatla qiymətləndirilir. Valyuta məzənnəsinin dəyişməsi həmin obyektlərin manatla dəyərinin dəyişməsinə səbəb olur ki, bunun da nəticəsində məzənnə fərqi yaranır.
Valyuta məzənnəsinin dəyişməsi nəticəsində müsbət və mənfi məzənnə fərqləri yarana bilər. Xarici valyutanın manata nisbətən məzənnəsi artdıqda müsbət, azaldıqda isə mənfi məzənnə fərqi meydana çıxır.
Qeyd etmək lazımdır ki, məzənnə fərqinin mahiyyəti əksər hallarda düzgün şərh olunmur. Belə hesab edirlər ki, məzənnə fərqi 801 №-li «Ümumi mənfəət (zərər)» hesabının kreditinə silindikdə müsbət, debetinə silindikdə isə mənfi olur.
Bəzi hesablar üzrə yaranan məzənnə fərqlərini nəzərdən keçirək:
151 №-li «Asılı müəssisələrə investisiyalar»; 211 №-li «Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları», 221 №-li «Kassa», 223 №-li «Bank hesablaşma hesabları», 224 №-li Tələblərə əsasən verilən digər bank hesabları» və s. aktiv hesablara müsbət məzənnə fərqi hesabların manat qiymətini artırır, mənfisi isə azaldır.
302 №-li «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi», 431 №-li «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» 443 №-li «Alınmış uzunmüddətli avanslar», 501 №-li «Qısamüddətli bank kreditləri», 504 №-li «Qısamüddətli borclar» və s. kapital və öhdəlik hesabları üzrə müsbət məzənnə fərqləri hesabların manat ekvivalentini artırır, mənfi məzənnə isə azaldır.
Buradan belə bir nəticəyə gəlmək olar ki, aktiv hesablar üzrə müsbət məzənnə fərqi son nəticədə mənfəətə, passiv hesablar üzrə isə zərərə silinir. Mənfi məzənnə fərqi isə əksinə olaraq son nəticədə aktiv hesablar üzrə zərərə,passiv hesablar üzrə isə mənfəətə silinir.
Məzənnə fərqinin uçotda əks etdirilməsi AR Maliyyə Nazirliyi və vergi orqanları tərəfindən təsdiq edilmiş qaydalarla tənzimlənir.
Hesabat dövrü ərzində məzənnə fərqi yarandıqda xarici valyutalı obyektlər üzrə qalıqlar yenidən qiymətləndirilir. Nəticədə yaranan məzənnə fərqi 332 №-li «Məzənnə fərqləri üzrə ehtiyat» hesabında uçota alınır. Hesabat dövrünün sonunda həmin hesabın subhesabı üzrə qalıq 631 №-li «Maliyyə gəlirləri» yaxud 751 №-li «Maliyyə xərcləri» hesabına silinir.
Aktiv hesablar üzrə məzənnə fərqi uçotda belə əks etdirilir:
Müsbət məzənnə fərqi yaranmışdır:
Dostları ilə paylaş: |