Valyuta məzənnəsi – bir ölkənin pul vahidinin başqa ölkələrin pul vahidləri arasında olan nisbətini göstərir. Digər valyutaların milli valyutaya olan məzənnəsinin müəyyən edilməsi valyutaların kotirovkası adlanır.
Valyuta bazarında əsasən aşağıdakı məzənnələrdən istifadə edilir:
Mərkəzi Bankın müəyyən etdiyi məzənnə (rəsmi məzənnə);
hərrac məzənnəsi;
birja məzənnəsi;
kommersiya banklarında nağd valyutanın alış-satış məzənnəsi.
Mərkəzi Bankın müəyyən etdiyi məzənnə manatın rəsmi məzənnəsi adlanır. Mühasibat uçotunda və vergitutmada məhz bu məzənnədən istifadə olunur. Bütün valyutaların uçotda mədaxili və məxarici bu məzənnə ilə həyata keçirilməlidir.
Nağd valyutaların kommersiya banklarında alqı-satqısı, birja məzənnələri xarici valyutanın alınması və satılması zamanı istifadə edilir.
Təsərrüfat əməliyyatlarında ödəniş vasitəsi kimi çıxış edən valyutanın ölkə daxilində rəsmi məzənnəsi olmayanda kross-məzənnədən istifadə olunur.
Kross-məzənnə – üçüncü valyuta kursu (ABŞ dolları və s.) vasitəsilə yaradılmış iki valyutanın mübadilə məzənnəsidir.
Xarici valyuta məbləğinin manat ekvivalentinin hesablanma qaydası kotirovka üsulundan asılıdır. Kotirovka birbaşa və dolayı olur.
Dostları ilə paylaş: |