Işin həcmi və strukturu. Magistr işi girişdən, üç fəsildən, nəticədən və ədəbiyyat siyahısindən ibarət olmaqla 80 kompyuter vərəqindən ibarətdir.
FƏSİL I. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNİN UÇOTDA VƏ HESABATDA ƏKS ETDIRILMƏSI METODIKASI
Kassada olan pul vəsaitləri və onların ekvivalentlərinin uçotu
Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu üçün yeni hesablar Planında aşağıdakı hesablar nəzərdə tutulmuşdur:
221 №-li «Kassa»
222 №-li «Yolda olan köçürmələr»
223 №-li «Bank hesablaşma hesabları»
224 №-li «Digər tələbli bank hesabları»
225 №-li «Pul vəsaitlərinin ekvivalentləri»
Yuxarıda qeyd olunan hesablarda milli və xarici valyutadan ibarət olmaqla müəssisənin kassasında, hesablaşma hesabında, ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında və digər hesablarda saxlanılan pul vəsaitlərinin, qiymətli kağızların, həmçinin ödəniş və pul sənədlərinin mövcudluğu və hərəkəti uçota alınır.
Respublika ərazisində xarici valyuta ilə pul vəsaitləri və onlarla aparılan əməliyyatlar Mərkəzi Bankın həmin tarixə qüvvədə olan məzənnəsi üzrə manatla əks etdirilir. Hər dəfə məzənnə dəyişdikcə pul vəsaitləri yenidən qiymətləndirilir.
Azərba ycan Respublikası ərazisində xarici investisiyalı müəssisələrin birgə fəaliyyəti zamanı nizamnamə kapitalına xarici valyuta ilə qoyduqları paylar Mərkəzi Bankın manata uyğun məzənnəsi ilə hesablanır.
Müəssisələrarası qarşılıqlı hesablaşmalar əsasən banklar vasitəsilə nağdsız formada həyata keçirilir. Bununla yanaşı, müəssisələrdə müəyyən məqsədlər üçün (məs. əmək haqqı, ezamiyyə xərcləri, təhtəlhesab məbləğlər və s.) nağd puldan istifadə etmək zərurəti yaranır. Eyni zamanda nağd pulla satış aparan müəssisələrdə gün ərzində daxil olan pul vəsaitləri kassaya mədaxil edildikdən sonra banka təhvil verilir. Beləliklə, bütün nağd pul vəsaitlərinin mövcudluğu və hərəkəti 221 №-li «Kassa» hesabı vasitəsilə rəsmiləşdirilir. Zəruri hallarda nəqliyyat, rabitə və s. müəssisələrdə «Kassa» hesabının tərkibində aşağıdakı subhesablar açıla bilər:
Dostları ilə paylaş: |