«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda


Dt 202 “İstehsalat məsrəfləri” . . . . . … . . . . . . . . . . . . . . . . . . . 500 man



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   22   23   24   25   26   27   28   29   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

Dt 202 “İstehsalat məsrəfləri” . . . . . … . . . . . . . . . . . . . . . . . . . 500 man. 
Kt 535 “İcarə üzrə qısamüddətli kreditor borcları” … . . . . . . . . 500 man. 


29 
 
Bəzən istehsal prosesində eyni vaxtda bir neçə məhsul istehsal olunur. Belə ki, 
əsas məhsul istehsalı əlavə məhsul istehsalı ilə müşayiət oluna bilər. Məs., 
metaldan hər hansı məmulat istehsal olunan zaman metal qırıntıları (tullantıları) 
əlavə məhsul qismində çıxış edir. Əgər, əlavə məhsul kommersiya, yaxud 
istehsalat əhəmiyyətinə malikdirsə və hər bir məhsulun emalna çəkilən xərclər 
ayrıca müəyyənləşdirilmişdirsə, belə xərclər mütənasib surətdə bölüşdürülməlidir. 
Mütənasib bölgü hər bir məhsulun satış dəyərinə nisbətən həyata keçirilməlidir. 
Əgər, əlavə məhsul elə bir ciddi əhəmiyyət daşımırsa, onun dəyəri əsas məhsulun 
dəyərindən çıxılır. Qaydaya görə bu halda əsas məhsulun maya dəyəri cüzi 
dəyişikliyə məruz qalır. 
Məsələ 6. Metal məmulatın hər partiyasının istehsalı zamanı metal qırıntıları 
ikinci dərəcəli məhsul hesab olunur. Metal qırıntısının satılması mümkündür. Hər 
partiya metaldan alınan bir ton metal qırıntısının dəyəri satış xərcləri nəzərə 
alınmaqla 100 manata satıla bilər. 
İkinci dərəcəli məhsulun identifiksiyası zamanı ehtiyatların dəyərinin 
azalması aşağıdakı köçürmə ilə rəsmiləşdirilir: 
Dt 201”Material ehtiyatları” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 100 man. 
Kt 202 “İstehsal məsrəfləri” . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . . . . 100 man. 
Digər məsrəflər ehtiyatların ilkin dəyərinə yalnız onların hazırki vəziyyətə və 
əraziyə gətirilməsi zamanı yarandıqda daxil edilir. 
Aşağdıakı qeyd etdiyimiz məsrəflər ehtiyatların ilkin dəyərinə daxil edilmir və 
yarandığı dövrdə xərc kimi tanınmalıdır: 
 Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq 
sərf edilən məbləğlər; 
 İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər 
istisna olmaqla saxlanma (anbar) məsrəfləri; 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin