G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
9 d) azqiymətli və tezköhnələn əşyalar kimi;
e) emal prosesi başa əatmış hazır məhsular kimi;
f) digər hüquqi və fizikişəxslərdən mallar şəklində əldə olunan və əlavə emala
verilmədən satış üçün nəzərdə tutulan və s.
Müəssisənin dövriyyə aktivlərinə aiddir: material-istehsalat ehtiyatları
(xammal, material, yanacaq, azqiymətli və tezköhqələn əşyalvr, hazır məhsullar,
mallar və başqaları); pul vəsaitləri (bankda, kassada); debitor borcları və i.a.
Bu mövzuya uyğun olaraq əmək əşyaları özlüyündə xammal və əsas
materiallar, yanacaq, ehtiyat hissələri, taralar, azqiymətli əşyalar və s. qruplara
bölünür. Xammal və əsas materiallar məhsulların maddi (əşüa) əsasını təşkil edir.
bu zaman xammal dedikdə, kənd təsərrüfatı məhsulları (dən, pambıq və s.) və
sənayenin emal məhsulları (filiz, kömür və i.a.), materiallar dedikdə, isə metal,
parça, şəkər və i.a. başa düşülür.
Köməkçi materiallardan xammal və əsas materialların təsir göstərmək və
məhsullara müəyyən istehlak xüsusiyyətləri (məs., avtomobillər üçün lak və
boyalar, kobasa istehsalı üçün istiot və s.) vermək üçün istifadə olunur.
Materialların əsas və köməkçi materialara bölüşdürülməsi şərti xarakter daşıyır və
istehsalın texnoloji xüsusiyətlərindən irəli gəlir. Məs., kraxmal toxuculuq
sənayesində köməkçi, yeyinti sənayesində isə əsas materiallar qrupunda qeydə
alınır.
Satın alınan yarımfabrikatlar dedikdə, emalın müəyyən mərhələsini keçən,
lakin hazır məhsul sayılmayan materiallar başa düşülməlidir. Məhsul istehsal
prosesində onlar əsas materiallar rolunu oynayır.
Qaytarılası tullantılar dedikdə, xammal və materialların emalı prosesində
qalan, lakin özünün istehlak xüsusiyyətlərini qismən saxlayan hissələr (məs., metal
qırıntıları, kəsik bortular, optika və s.) başa düşülür.
Yanacaq, tara və tara materalları, ehtiyat hissələri köməkçi materiallara aid
edilir və müəyyən zərurət özündən ayrıca qruplar şəklində qeydə alınır.