Tədqiqat obyekti. Magistr dissertasiya işində əsas tədqiqat obyekti kimi «Bakı Tikiş Evi» Açıq Tipli Səhmdar Cəmiyyətində istehsal olunan model nümunələri, bütün növ uşaq geyimləri götürülmüşdür.
Tədqiqat metodu. Magistr dissertasiya işində tədqiqat metodu kimi QOST 4103-91 «Tikili mallar. Keyfiyyətə nəzarət üsulları», Q?OST 12566-88 «Məişət təyinatlı tikili mallar. Sortunun təyini», QOST 16504-81 «Məhsulun keyfiyyətinə nəzarət və sınağın keçirilməsi» standart metodlardan, həmçinin orqanoleptiki, laboratoriya, ekspert metodları, riyazi-statistik metodlardan da istifadə olunmuşdur.
Elmi yenilik. Magistr dissertasiya işində ilk dəfə məişət uşaq geyimlərinin istehlak xassələri orqanoleptiki və laboratoriya üsulları ilə tədqiq olunmuşdur.