Magİstratura mərkəz


Şəkil 1.6. Şüşə mallarının funksional xassələrinin təsnifatı



Yüklə 462,57 Kb.
səhifə20/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   16   17   18   19   20   21   22   23   ...   77
Şəkil 1.6. Şüşə mallarının funksional xassələrinin təsnifatı

Şüşə məmulatlarının dağılması və köhnəlməsi zamanı onların əsas keyfiyyət göstəriciləri tədricən dəyişir və pisləşir. İstismar zamanı şüşə məmulatlarının keyfiyyət göstəriciləri mümkün ola bi­lən hüduddan çıxmayana qədər məmulat yararlılıq qabiliyyətini itirmir. İstismar prosesində şüşə məmulatının köhnəlməsi və dağılması nəticəsində onların əsas göstəriciləri normadan artıq olursa, bu halda şüşə məmulatı öz istismar xassələrini itirir və çıxdaş hesab edilir.

Məişət şüşə məmulatlarının istismara yararlığından istehlak zamanı öz xassələ­rini uzun müddət qoruyub saxlamadan bəhs edərkən xidmət müddəti ilə uzunömür­lülüyü fərqli xüsusiyyətlərini qeyd etmək lazımdır. Şüşə məmulatlarının xidmət müddəti istismarda olan məmulatın istismarından fiziki köhnəlmə anına qədər olan günlərin sayı götürülür. Bu qrup malların uzunömürlülüyü isə şüşə məmulatlarının fasiləsiz işləmə qabiliyyətinin son xidmət vaxtına qədər istismarını nəzərdə tutur. Ümumiyyətlə, uzunömürlülük göstəricisində şüşə məmulatın istifadə olunmadığı müddət günlərlə hesablanır.

Ərzaq məhsulları ilə bilavasitə təmasda olan mətbəxdə istifadə edilən şüşə materiallarının kimyəvi davamlılığı xüsusilə də turşulara, suya, qələvilərə, yağlara, istilik təsirlərinə qarşı davam­lılığı ilə xarakterizə olunur. Aqressiv mühitin və bunu xarakterizə edən maddələrin təsir dərəcəsinin qiymətləndirilməsi təcrubə üçün seçilmiş şüşə məmulatlarının xarici görünüşünün naxışının, bəzəyinin sabitliyinin dəyişməsi kimi qeyd edilir və müəyyənləşdirilir.

Məişət təyinatlı şüşə məmulatlarının istiliyi, səsi izoləetmə xassəsi şüşənin istilik keçir­mə xassəsi ilə şüşənin istiliyə davamlılığı ilə, şüşənin istiliktutumu ilə, şüşənin termiki genişlənməsi ilə, istiliksaxlama xassəsi ilə müəyyən edilir ki, bu da onun növündən, şüşə xammalının tərkibindən, məsamələrindən və onların struktur göstə­rici­lərindən, materialın sıxlığından, qalınlığından, elastikliyindən, naxışlanmanın xarakterindən və bir neçə başqa amillərdən asılı olaraq dəyişir. Bu xassə­lər standart göstəricilərlə xarakterizə olunur və müvafiq qaydada qiymətləndirilir.






2-ci təsnifat səviyyəsi


Məişət təyinatlı şüşə məmulatlarının formasının, fasonunun konstrukiyasının insan orqaniz­minin xüsu­siyyə­tinə uyğunluğunu xarakterizə edən antropometrik göstə­ri­cilərini müəyyən edən xassə­ləri erqo­nomik xassə adlanır. Bu xassələr eyni zamanda şüşə məmulatlarının istismar zamanı gigiyenik və istifadə rahatlığını təmin edən xassələrini özündə birləşdirir ki, bu xassələr də əsasən istismar vaxtı özünü göstərir.

Aparılan araşdırmalar göstərir ki, şüşə mallarının xassələrinin «insan-məmulat-mühit» sistemində istehlakçıların normal həyat fəaliyyətinə, sağlamlığına, ekoloji təhlükəsizliyinə uyğun olmasının qiymətləndirilməsi gigiyeniklik xassələri vasitəsilə aparılır. Gigi­yenik xassələr məişət şüşə məmulatlarının çirklənməsini, təmizlən­məsini, onların həmçinin elektrik keçirməsini müəyyənləşdirir. şüşə məmulatlarının çirklənməsi və çirkdən təmizlənməsi orqanoleptik üsulla yox­lanılır və bu məqsədlə əsasən ekspert qiymətləndirilməsi aparılır. şüşə məmulatlarının elektrik keçirməsi isə laboratoriya şəraitində elektrometrik cihazlar vasitəsilə qiymətləndirilir.

İstismar zamanı şüşə məmulatlarının istifadə rahatlığı asan döşənməsi və çirkdən asanlıqla təmizlənməsi göstəricisi vasitəsilə təyin edilir. Şüşə məmulatlarının çirkdən təmizlənməsi dərəcəsi istismar şəraitindən asılıdır. Bu amillər şüşə məmulatlarının çirklənməyə qarşı davamlılığından, şüşə kütləsinin məsaməliliyindən, onun səthinin emal xüsusiyyətlərindən, relyefindən, naxışlanmasından asılıdır.

Məişət şüşə məmulatlarının təhlükəsizliyi istehlakçıların və ətraf mühitin istismar şəraitinin əsas xüsusiyyətləri ilə xaraterizə olunur və ekoloji, mexaniki, təhlükəsizlik xassələrini özündə birləşdirir.



Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin