Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə28/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   24   25   26   27   28   29   30   31   ...   77
Kalium oksidini şüşənin tərkibinə daxil etmək üçün əsasən potaşdan istifadə olunur. Potaş kristallik və kalsiumlaşdırılmış olur. Şüşə istehsalında əsasən kalsium­laşdırılmış potaşdan istifadə olunur ki, onun da ərimə temperaturu 881ºC-dir. Keçmiş ittifaq ərazisində Kubanda, Şimali Qafqazda və Aşağı Volqaboyunda daha çox istehsal olunurdu.

Kalium oksidi məmulatlara parlaqlıq, şəffaflıq verir, kristallaşma qabliyyətini azaldır. Potaş əsasən yüksəkkeyfiyyətli qabların, rəngli məmulatların, optiki şüşələrin istehsalında istifadə olunur.

Potaş aşağıdakılardan alınır: tərkibində xlorlu kalium olan mineraldan (Leblan üsulu ilə).

İkiqat karbon turşusunun kalium və maqnezium duzlarından .

Bitki külündən – günəbaxan, şəkər qamışı və s.-dən qələviləşdirmə yolu ilə alınır.

Leblan üsulu ilə alınmış potaşın tərkibində (%-lə) K2CO3-92-98; Na2CO3-0,5-2,5; KCl-0,5-2,5 və K2SO4-0,5-3 vardır.

Ən təmiz potaş (K2CO3-99,4%; Na2CO3-0,05%; KCl-0,06% və K2SO4-0,02%) karbon turşusunun ikiqat kalsium və maqnezium duzlarından alınır.

Bitki külündən alınan potaş texniki şərtlərlə 1-ci sort üçün K2CO3-96%-dən az olmayaraq, KCl+ K2SO4-3,5%-n çox olmayaraq, həll olmayan qalıq 0,3%-dən çox olmayaraq, rütubət 3%-dən çox olmamaqla tərkibdə olmalıdır.

Susuz potaş çox hiqroskopikdir, buna görə də istifadədən əvvəl suyun və K2CO3-n miqdarını yoxlamaq vacibdir.

Tərkibində potaş olan şüşə, soda olan şüşədən daha çox özülü olur. Ərimənin yaxşılaşması və özlülüyün azalması üçün adətən soda və potaşı birlikdə tətbiq edirlər. Kalium oksidi kristallaşma meylini azaldır, rəng çalarını yaxşılaşdırır. Potaş əsasən yüksək keyfiyyətli sortlu qablar, büllur məlumatlar, rəngli, optik və texniki şüşə istehsalında tətbiq edilir.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin