Susuz kalsium sodası – ağ toza bənzər olub, suda həll olur, tərkibi 58,5% Na2O və 41,5% CO2 – ibarətdir. Şüşəyə 1 çəki his. Na2O daxil etmək üçün 1,708 his. Na2CO3 götürmək lazımdır. Sulfatı soda ilə əvəz etmək üçün 2,28 çəki his. Sulfatın yerinə 1,708 çəki h. soda və yaxud 1 ç.h. sulfatın yerinə 0,75ç.h. qədər soda götürmək lazımdır.
Şüşəbişirmədə təbii soda ilə yanaşı, süni sodadan da istifadə edirlər.
Aşağıda şüşəbişirmədə soda və sulfatdan istifadənin müqayisəli göstəriciləri verilmişdir.
1) Sulfatlı şixtanın bişirilməsi zamanı reduksiyaedici kimi karbondan istifadə etmək vacibdir. Bu səbəbdən karbonun dəqiq olmayan dozası artıq olduqda sarı-boz rəngin yaradılmasına səbəb olur, az olduqca isə qələvi yaratmaqla peçlərin odadavamlılığını pozur. Sodalı şixtanın bişirilməsi əhəmiyyətli dərəcədə sadədir. Sodalı şixtanın ən yüksək şəffaflaşmasına nail olmaq üçün 100 hissə qumma 2-3 hissə sulfat əlavə etmək məsləhət görülür.
2) Sodadan şüşəyə 58,5% Na2O, sulfatdan isə cəmi 43,7% Na2O daxil edilir. Başqa sözlə şüşəyə eyni miqdarda Na2O daxil etmək üçün götürülən sulfat sodadan 34% çox olmalıdır, yaxud da soda sulfatdan 25% az olmalıdır. Sulfatdan istifadə zamanı xırdalanma, ələnmə və qorunma, eyni zamanda daşınma ilə bağlı olan istismar xərcləri artır.
3) Silisium oksidlə sulfat arasında reaksiya çox yüksək temperaturda və olduqca ləng baş verir və bu da çoxlu yanacaq itkisinə səbəb olur. Ona görə də şüşəbişirilən peçlərin odadavamlılığı intensiv olaraq pozulur və onların həm istismar müddəti həm də məhsuldarlığı azalır.
Dostları ilə paylaş: |