Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə44/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   40   41   42   43   44   45   46   47   ...   77
Köməkçi materiallar





Şəffaflaşdırıcılar

Rəngsizləşdiricilər

Boyayıcılar

Oksidləşdiricilər və bərpaedicilər

Qeyri-şəffaflaşdırıcılar




Natrium sulfat Na2SO4

Xlorlu natrium NaCl

Üçoksidli arsen As2O3

Selitra NaNO3

Florlu birləşmələr

Üçoksidli arsen

Selitra

Manqan pereksi MnO2

Nikkel oksidi

Kobalt oksidi Co2O3

Molekulyar boyaqlar

Nadir torpaq boyayıcıları

Kolloid boyaqlar

Oksidləşdiricilər

Bərpaedicilər

Ftor birləşmələri

Fosfat birləşmələri

Rəngsizləşdirmə üçün şixtaya 0,3%-ə qədər As2O3 və 1-1,5% selitra qatmaq məsləhət görülür. As2O3 olduqca zəhərlidir, buna görə də onun saxlanması və daşınması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.



Selitra həmçinin aşağıtemperaturda (400) oksigenin ayrılması ilə parçalanır. Selitranı As2O3-lə birlikdə tətbiq etdikdə daha effektli olur.

Natrium sulfat yuxarı temperaturda FeO-nu və Fe2O3-nə qədər oksidləşdirən oksigeni tədricən ayırır.

Natrium xlor rəngsizləşdirici kimi son vaxtlar az tətbiqolunur.

Üçoksidli arsen, selitra, natrium sulfat və natrium xlor həmçinin bişməni sürətləndirici kimi də istifadə edilir. Ən yaxşı kimyəvi rəngsizləşdiricilərdən biri də iki oksid Ce2O3 və CeO2 yarada bilən seriumdur. Yuxarı temperaturda CeO2 oksigenin ayrılması ilə parçalanaraq FeO-nu Fe2O3-ə çevirir. 2CeO2Ce2O3+0,5O3.

Ftoridlər – 0,5-1% miqdarında şixtaya daxil edilir, şüşə əmələgəlmə sürətini artırmaqla eyni zamanda rəngsizləşdirici kimi də təsir göstərir.

Sürmə oksidi Sb2O3 bəzi hallarda az effektlə rəngsizləşdirici kimi tətbiq edilə bilir.

Fiziki üsulla rəngsizləşdirmə şüşə kütləsinə onu yaşıl rəngdən başqa rəngə boyayan maddə əlavə etməklə aparılır, bu zaman şüşənin ümumi parlaqlığı azalır.

Fiziki rəngsizləşdiricilər kimi manqan pereksi, selen, nikkel oksidi, kobalt oksidi və nadir torpaq birləşmələri (neodim oksidi) istifadə olunur.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin