Realizəetmə və təkmilləşdirmə mərhələsi.
Təşkilati layihənin realizəolunma planının yerinə yetirilməsi;
- təşkilati layihənin təsdiq edilmiş işçi sənədlərinin qüvvəyə minməsi və onun - realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsi barədə əmrin verilməsi (əmr);
- KS-nin təşkilati layihəsinin işçi sənədlərinin realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsinin təşkili (əmrlər, sərəncamlar, aktlar, rəylər);
KS-nin təşkilati layihəsinin realizə edilməsinə nəzarət;
- təşkilati layihənin realizə edilməsinə nəzarət (aktlar, nəzarət kartları və s.);
- nəzarətin nəticələrinə görə təşkilati layihənin tətbiqi gedişinin korrektə edilməsi (əmrlər, səıəncamlar, əlavələr, dəyişikliklər və s.);
- KS-nin realizə edilməsinin təhlili (arayışlar, tövsiyələr və s.);
- təhvil-təslim işlərinin aparılması (akt);
- KS-nin sertifıkatlaşdırılmasının təşkili və aparılması (sifariş, sənədlər komplekti, sertifıkat);
- KS-nin faktiki səmərəliliyinin qiymətləndirilməsi (yekun hesabatı);
- KS-nin inkişafı və təkmilləşdirilməsi üzrə işlərin aparılması (təkmilləşdirilmiş təşkilati layihə).
KS-nin işlənib hazırlanması və realizə edilməsi müəyyən həcmdə xərc tələb edir. Lakin dünya təcrübəsi göstərir ki, keyfıyyət sisteminə qoyulan bütün resurslar xərc kimi deyil, investisiya kimi qəbul edilməlidir. Bu onunla izah edilir ki, məhsulun keyfıyyətinin KS-i çərçivəsində yüksəldilməsi və təmin edilməsi üzrə fəaliyyət investisiya xarakteri daşıyır. Odur ki, bu cür investisiyanın və onun səmərəliliyinin məqsədəuyğunluğu daha mükəmrnəl əsaslandırılmalıdır.
Yuxaqda göstərilən təşkilati layihələndirmə mərhələlərinin hər biri üçün metodiki müddəalar aşağıda geniş şərh edilir.
Keyfiyyət sistemlərinin təşkilati layihələndirilməsinə layihəqabağı hazırlığın metodiki müddəaları. Keyfiyyət sisteminin təşkilati layihələndirilməsinə hazırlıq digər oxşar sistemlərin yaradılması mərhələləri içərisində ən böyük əhəmiyyət kəsb edir. Bütün sistemin düzgün işləməsi bilavasitə bu hazırlığın səviyyəsindən asılıdır. Təcrübə göstərir ki, bu mərhələdə müəssisədə qüvvədə olan Kİ sisteminin layihəqabağı təhlilinin aparılması və sistemin layihəsinin yaradılması üçün texniki tapşırığın hazırlanması vacibdir. KS-nin təşkilati layihəsinin işlənib hazırlanması üzrə əmr verilməmişdən əvvəl bu cür sistemin yaradılmasının zəruriliyi əsaslandırılmalıdır. Burada ən sadə və asan əsaslandırma ekspres - dindirmə nəticəsində aparıla bilər. Bunun üçün yuxarı eşalonun bütün menecerlərini, orta və aşağı bölmələrin bir sıra menecerlərini, o cümlədən istehsalatçıları dindirməyə cəlb etmək olar. Ekspres – əsaslandırma suallarını cədvəl şəklində tərtib etmək məqsədəuyğundur. Burada birmənalı «hə» və ya «yox» cavabları verilməlidir. Dindirmənin iştirakçıları başa düşməlidirlər ki, istehlakçı ancaq son məhsulu müəssisədən kənarda istehlak edən yox, həmçinin müəssisədə bütün texnoloji zəncirlə əlaqəli olan işçilərdir (məsələn, digər sexin, şöbənin və s. işçiləri).
Metodiki olaraq dindirmə həm yazılı, həm də şifahi şəkildə aparıla bilər. Dindirmədən sonra alınmış nəticələrdən, həmçinin tövsiyələrdən istifadə edərək qərara gəlmək olar ki, verilmiş müəssisədə KS-ni yaratmaq (və ya təkmilləşdirmək) məqsədəuyğundurmu. Bu cür tövsiyələrin öbyektivliyi ancaq işə qərəzsiz və düzgün yanaşmaqla təmin oluna bilər.
Sonrakı işlərin məzmunu aşağıdakılardan ibarətdir:
1. Müəssisədə KS-nin layihəsinin yaradılmasının əsasını təşkil edən əmrin hazırlanması və onun müəssisənin rəhbəri tərəfindən imzalanması.
2. Xüsusi yaradılmış işçi qrupu vasitəsilə işlərin koordinasiya edilməsi. Bu işçi qrupu direktorun müavinlərindən, müəssisənin baş və aparıcı mütəxəssislərindən, həmçinin xüsusi yaradılmış icra orqanından ibarət olur. Bu struktur bölməsi bilavasitə müəssisənin rəhbərinə tabe olur.
3. Kadrların hazırlanması və onların ixtisaslarının artırılması. Tədris plan və proqramlarında hökmən standartların və digər normativ-texniki sənədlərin öyrənilməsi, onların qabaqcıl müəssisələrdə tətbiqi qaydaları nəzərdə tutulmalıdır. Müəssisənin bütün işçiləri bu sahədə müəyyən biliyə, vərdişə və bacarığa nail olmalıdırlar. Bütün işçiləri inandırmaq lazımdır ki, məhsulun keyfıyyətinin yüksəldilməsi müəssisənin fəaliyyətində həlledici rol oynayan amillərdən biridir.
4. Məhsulun keyfiyyət sisteminin modellərini seçən zaman bu sistem hansı məhsul növü üçün yaradılacaqsa, həmin məhsul növünü seçmək. Bu layihəqabağı mərhələ marketinq tədqiqatlarının aparılmasını, istehlakçıların tələblərinin və müəssisənin imkanlarının öyrənilməsini tələb edir. Layihəqabağı analizin nəticələrinə görə məhsulun seçilmiş nomenklaturasını dəqiqiləşdirmək lazımdır. Məhsulun son siyahısını əsas istehlakçı, yəni sifarişçilərlə razılaşdırmaq məqsədəuyğundur. Sonra, əsas istehlakçı – sifarişçilərin tələblərindən, istehsalatın xüsusiyyətlərindən asılı olaraq hər bir məhsul növü üçün KS-nin modelini seçmək lazımdır. Bu model müasir tələblərə cavab verməli və sifarişçini tam təmin etməlidir. Modelin seçiminin nəticələrini sifarişçi ilə kontrakt və ya müqavilə şəklində rəsmiləşdirmək lazımdır. Bu kontraktda həmçinin keyfıyyət sistemiərinə tələblər dəqiqləşdirilməlidir. Hər bir tərəf müəyyən məhsul növü üçün keyfıyyət sisteminə (KS) qarşılıqlı qəbul edilən tələbləri dəqiq bilməlidir.
5. Sistemli yanaşma prinsipindən istifadə etməklə müəssisədə qiıvvədə olan sistemin layihəqabağı təhlili proqramınm məzmununu təyin etmək. Proqrama seçilmiş məhsul növünün hər birinin keyfıyyətinin təhlili üzrə məsələlər daxil edilməlidir. Proqramda analoji KS-nin yaradılması iızrə mövcud olan qabaqcıl təcrübənin təhlili məsələləri də öz əksini tapmalıdır. Bütiın təhlil proqramı Kİ-si sahəsində miıəyyən təcrübəsi olan mütəxəssislər tərəfındən tərtib edilir, kompleks işçi qrupu tərəfmdən baxılır və KS-nin yaradılması üzrə işlərin rəhbəri tərəfındən təsdiq edilir.
6. KS-nin yaradılması üçün texniki tapşırığın işlənib hazırlanması və təhlili məsələləri üzrə normativ-texniki sənədlər, normativ-metodiki sənədlər və digər xüsusi sənəcllər və ədəbiyyat fondunun formalaşdırılması. Bu işi sistemin yaradılması ilə məşğul olan işçilər yerinə yetirməlidirlər. Buraya həmçinin informasiya xidməti işçiləri də cəlb edilməlidir.
7. Kİ sistemlərinin yaradılması üzrə işlərin plan-qrafıkinin hazırlanması. Bunun üçün əvvəlcə yerinə yetiriləcək işçilərin siyahısı, sonra isə həmin işlərin yerinə yetirilmə müddətləri və icraçıları təyin edilməlidir. Plan-qrafık müəssisənin direktoru tərəfindən təsdiq cdilir.
8. Müəssisədə tətbiq edilən Kİ-si sistemini təhlil etmək. Bu təhlilin məqsədinə nail olmaq nəzərdə tutulan proqramın yerinə yetirilməsi ilə mümkündür. Təhlil üçün lazım olan məlumatların toplanmasına çəkilən xərcləri maksimum azaltmaq məqsədilə bir qədər dəyişdirilmiş qaydadan (ənənəvi qaydaya nəzərən) istifadə etmək olar. Bu cür dəyişmənin mahiyyəti proqnoz əsasında təhlilin nəticələrini əvvəlcədən təyin etməkdən ibarətdir.
Təhlili aparan zaman çatışmamazlıqları (nöqsanları) müəyyənləşdirmək lazımdır. Bu çatışmamazlıqların səviyyəsi müxtəlif göstəricilərlə (səhvlərin, defektlərin, itgilərin və s. sayı ilə) təyin edilə bilər. Lakin çatışmamazlıqların səbəbini təyin etmək üçün ən münasib göstərici inteqral göstəricisidir. Bu göstəricidən istifadə etməklə təhlilin məqsədinə tanınmış Pareto tipli diaqramın köməyi ilə daha yaxşı nail olmaq mümkündür.
Təhlilin nəticələrinə görə hesabat və ya analitik arayış tərtib edilir. Burada müxtəlif elementlərin müqayisəsinin nəticələri, KS-nin yaradılması üçün onlardan istifadə edilməsi, fəaliyyətdə olan KS-nin təkmilləşdirilməsi üzrə təkliflər göstərilir.
9. Hər bir məhsul növünün KS-nin layihələndirilməsi üçün texniki tapşırığın (TT) işlənib hazırlanmasi. TT keyfıyyət sistemiərinin yaradılmasına tələbləri müəyyənləşdirir. TT-da aşağıdakı bölmələr nəzərdə tutulur:
sistemin layihəsinin hazırlanmasında məqsəd;
müəssisədə fəaliyyət göstərən Kİ sisteminin layihəqabağı təhlilinin nəticələri haqqında hesabat və ya analitik arayış (TT-ın əlavəsində verilir);
KS-nin qurulmasına ümumi tələblər;
sistemin layihəsinin işlənib hazırlanma müddəti;
sistemin layihələndirmə obyektinə tələblər. Bu tələbləri əvvəlcə keyfıyyətə ümumi rəhbərlik sisteminin layihəsinin qurulması və istehsalat sisteminin element- lərinin təkmilləşdirilməsi üçün, sonra isə məhsulun hər bir növünün KS-nin layihələndirilməsi üçün ümumiləşdirilmiş şəkildə qruplaşdırmaq məqsədəuyğundur;
maliyyələşdirmə mənbələri;
layihənin tətbiqi üzrə işlərin tərkibi, məzmunu və təşkili (işlərin mərhələləri və tərkibi, onların yerinə yetirilmə müddətləri, icraçılar, işlərin tamamlanması formaları);
layihənin texniki-iqtisadi əsaslandırılması;
rəqabətə dözümlü məhsulun KS-nin qəbulu qaydası (təhvil-təslim işlərinin aparılması haqqında informasiya, istehlakçıya təhvil verilməsi, sistemin sertifikatlaşdırılması və s.);
layihələndirmənin normativ-texniki və metodiki mənbələri (NTS, NMS və digər sənədlər, sorğu materialları və ədəbiyyat, tipli layihələr, KS-nə oxşar layihə - analoqlar və s.);
işin davam etdirilməsi perspektivi (KS-nin təkmilləşdirilməsi istiqamətləri şərh edilir);
əlavələr (sistemin əsas sənədlərini razılaşdıran bölmələrin və vəzifəli şəxslərin siyahısı, təhlil haqqında hesabat və ya analitik arayış, bu və ya digər işlərin aparılmasının əsaslandırılması və s.).
3.2. Keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırılması və sənədli təminatı
Bazar münasibətləri şəraitində sertifıkatlaşdırma ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm vasitədir. Sertifıkatlaşdırma məhsulun, xidmətin və ya prosesin standarta və ya texniki reqlamentə uyğunluğunun təsdiqlənməsidir. Bu təsdiqlənmə uyğunluq sertifıkatının verilməsilə həyata keçirilir.
Dostları ilə paylaş: |