Magistratura məRKƏZİ



Yüklə 4,76 Mb.
səhifə12/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Empivik metodlara aşağıdakılar aiddir:

  • müşahidə – Kİ obyektinin xassə göstəricilərinin və parametrlərinin qeyd olunmasına əsaslanır;

  • ölçmə – Kİ obyektiııin tədqiq olunan xassələrinin ədədi qiymətləndiril­məsinə imkan verir;

  • müqayisəetmə – tədqiq olunan obyektin analoqla (etalon, nümunə və s.) fərqi və ümumi cəhətləri müəyyənləşdirilir;

  • eksperiment – tədqiq olunan obyektin onun üçün süni yaradılmış şəraitdə tədqiqatına əsaslanır. Bu metod digər metodlardan (məsələn, müşahidə, ölçmə, müqayisəetmə və s.) istifadəni nəzərdə tııtur.

Nəzəri-empirik tədqiqat metodlarına aşağıdakılar daxildir:

  • abstraktlaşdırma – tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır;

  • analiz və sintez – tədqiqat zamanı öyrənilən obyektin müxtəlif üsullarla elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə birləşdirilməsi (sintez);

  • induksiya və deduksiya – xüsusidən ümumiyə (indiksiya), ümumidən xüsu­siyə (deduksiya) dərketmə bazasında tədqiqatın nəticələrinin alınmasına əsaslanır;

  • modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir. Bu metodda modelin tədqiqatının nəticələri real obyektə interpretasiya olunur.

Kİ-nin tədqiqat metodları tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla, məhsul və xidmətin həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfıyyətin idarə edilməsinin yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlə­rinə və s. görə də sinifləşdirilə bilər.

Analiz növlərinə proqnostik, diaqnostik, detallar üzrə və qlobal analiz daxil­dir.

Kİ-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik analiz həyata keçirilir.

Kİ-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf istiqamət­lə­rini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində Kİ sisteminin təkmilləş­di­rilməsi üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və tədbirləri də müəyyənləş­dir­məlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa düşülür. Diaqnostik ana­lizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr müəyyənləşdirilərək idarə­etmənin qüsurları və onların aradan qaldırılması yolları təyin edilir.

Diaqnostik analiz Kİ-nin detallar üzrə (tematik) analizin əsasını təşkil edir və Kİ sistemində ehtiyatların axtarışına yönəldilir.

Kİ-nin tədqiqində qlobal analizin aparılması mühüm rol oynayır. Qlobal ana­liz idarəetmənin müxtəlif ierarxik səviyyələrini, yəni keyfiyyətin idarə edilməsi sisteminin müxtəlif səviyyələrini əhatə edir.

Kİ-də tədqiqatların təsnifatından, aparılan analizin növlərindən və digər təd­qi­qat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: müsahibə, aktiv müşahidə; anketləşdirmə, sənədlərin və informasiya materiallarının öyrə­nil­mə­­si; dekompozisiya; müqayisəetmə; dinamik; məqsədin strukturlaşdırılması; eks­pert, sosioloji, orqanoleptik; ideyaların irəli sürülməsi; normativ; parametrik; əsas tər­kib hissələri; korrelyasiya; matrisa; analitik hesablama; analoq; yaradıcılıq iclas­ları; morfoloji analiz; diferensial, kompleks, qarışıq; indeksli; qrafiki, qrafıki model­­ləş­dirmə.

Yuxarıda göstərilən metodlardan məqsədin strukturlaşdırılması metodu Kİ-də qarşılıqlı əlaqəli məqsədlərin kəmiyyətcə və keyfıyyətcə təsvirini, təhlilini nəzərdə tutur, onlara çatmaq müddətlərini müəyyənləşdirir. Əksər hallarda strukturlaş­dırıl­mış məqsədlər məqsədlər «ağacı» şəklində verilir. Belə təsvir evristik prosedurlar­dan istifadə etməklə deduktiv məntiq əsasında qurulur və bir neçə məqsədlər səviyyəsindən ibarətdir: baş məqsəd - əsas məqsədlər (birinci səviyyəli yarımməq­sədlər) - ikinci səviyyəli məqsədlər - üçüncü səviyyəli yarımməqsədlər və s. Hər bir yarımməqsəd nisbi əhəmiyyətlilik əmsalı ilə xarakterizə olunur və bir məqsədin yarımməqsədləri üçün bu əmsalların cəmi vahidə bərabər olmalıdır. Bir qayda olaraq məqsədlər «ağacının» qurulmasında təsnifləşdirmə, dekompozisiya və ranqlama proseduralarından istifadə edilir.


Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin