Magistratura məRKƏZİ


Obyektlərin cüt-cüt müqayisə edilməsinin nəticələrinin ümumi matrisası



Yüklə 4,76 Mb.
səhifə10/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Obyektlərin cüt-cüt müqayisə edilməsinin nəticələrinin ümumi matrisası

Ardıcıl müqayisəetmə metodu ekspertlərdən böyük əmək sərfi tələb edən metoddur. Tədqiq edilən obyektlərin sayı yeddidən çox olduqda bu cəhət xüsusilə hiss olunur.


2.3. Keyfiyyətin idarə edilməsinin tədqiqi metodları və səmərəliliyinin təyin edilməsi prinsiplərinin analizi
Kİ-nin tədqiqi onun obyektlərinin bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə öyrənilməsi prosesi kimi müəyyən metodoloji bazadan və metodlardan istifadəni nəzərdə tutur. Kİ-nin tədqiqi aşağıdakı ümumi tələblərə cavab verməlidir:

  • məqsədyönlülük – tədqiqatın hüdudlarını müəyyənləşdirməyə imkan verir;

  • obyektivlik – müvafıq tədqiqat metodlarından istifadə etməklə, Kİ-nin vəziyyətini tam əks etdirən keyfıyyət göstəricilərini seçməklə, icraçıları səriştəli mütəxəssislərdən seçməklə və s. əldə olunur;

  • sistemlilik – tədqiqatların əhatəli və doğru olmasını təmin edir;

  • spesiflik – tədqiqat obyektinin xüsusiyyətlərini nəzərə alır;

  • vaxtlı-vaxtında həyata keçirilmə – lazımi vaxtda tədqiqatların aparılmasını və qərarların qəbul edilməsini təmin edir.

Bu və ya digər təsnifat əlamətindən asılı olaraq müxtəlif tədqiqat növləri tətbiq edilir, məsələn, fundamental və tətbiqi, lokal və kompleks və s.

Tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövrimüntəzəm ola bilər.

Tədqiqatın nəticələrindən istifadə sahəsinə görə onlar fundamental tətbiqi olur. Fundamental tədqiqatların məqsədi Kİ-nin yeni qanunlarının və qanunauy­ğun­luqlarının aşkar edilməsi və işlənməsidir.

Tətbiqi tədqiqatların məqsədi isə keyfiyyətin idarə edilməsi və təmin olunmasının praktiki problem və məsələlərinin həllində fundamental tədqiqatlarda və texnikada əldə edilən nailiyyətlərdən istifadə etməkdir.

Qeyd etmək lazımdır ki, Kİ-nin tədqiqi əsasən tətbiqi xarakter daşıyır və həm empirik, həm də nəzəri istiqamətlərdə aparıla bilər. Birinci halda tədqiqatın nəti­cə­ləri müxtəlif müşahidələrin və eksperimentlərin köməyi ilə alınır. İkinci halda key­fiyyətin idarə edilməsində baş verən hadisələrin dərk olunması müəyyən abstrakt obyektlərdən istifadəyə əsaslanır.

Təşkilatlarda Kİ-də tədqiqatların dərinliyi və əhatəliliyi tədqiqatın iki növü ilə, lokal (yarımsistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir) və kompleks (idarəetmə elementlərinin xassələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə öyrənilir) növləri ilə təmin edilir.

Həll olunan məsələlərin xarakterindən asılı olaraq həm lokal, həm də komp­leks tədqiqatların üstünlükləri və çatışmamazlıqları vardır. Kompleks tədqiqatlar praktiki olaraq bütün tədqiqatçılar tərəfindən daha mütərəqqi hesab edilir. Onun metodoloji bazasını sistemli yanaşma təşkil edir. Sistemli yanaşma aşağıdakıları nəzərdə tutur:

  • Kİ sisteminin müəyyən çərçivədə açıq sistem kimi öyrənilməsi. Bu sistemdə daxili və xarici mühit, daxili və xarici məqsədlər, yarımsistemlərin məqsədləri, məqsədə çatmaq üçün strategiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Beləliklə, bir elementdə dəyişiklik digər elementlərdə və ümumilikdə sistemdə dəyişikliklərə səbəb olur;

  • Kİ sisteminin spesifık xassələrə malik, qarşılıqlı təsirdə və əlaqədə olan ele­ment­lərdən və yarımsistemlərdən təşkil olunan bütöv bir sistem şəklində öyrə­nilməsi;

  • Kİ sisteminin fəaliyyət parametrlərinin və göstəricilərinin dinamiklik şər­tində öyrənilməsi.

KİE-nin tədqiqində tədbiq edilən metodlar nəzəri, empirik, nəzəri-empirik metodlara bölünə bilər.


Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin