Magistratura məRKƏZİ



Yüklə 4,76 Mb.
səhifə6/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   2   3   4   5   6   7   8   9   ...   24
Çəki parametrlərinin (əmsallarınm) dəyər - reqressiya asılılığına görə təyini metodu məhsulun yaradılması və istismarı (və ya ona uyğun göstəricilərin) xərcləri və ilkin keyfıyyət göstəriciləri arasında asılılığın qurulmasına əsaslanır. Bu metod iki şərtdə istifadə olunur:

a) məhsulun dəyər asılılıqları uzun müddət üçün hazırlanıb və ona davamlı tələbat vardır;

b) dəyər asılılığına daxil olan keyfiyyət göstəriciləri çoxsaylı deyildir.

Əgər bir neçə keyfiyyət göstəricilərindən dəyər asılılığı məlumdursa və bu asılılıq, məsələn, belə ifadə olunursa,



Onda çəki parametrləri (əmsalları) mj reqressiya əmsallarına aj uyğundur. Bu düsturda aşağıdakı işarələr qəbul edilmişdir:

C1 və Cb – uyğun olaraq qiymətləndirilən məhsul və baza nümunəsinin dəyəri (topdansatış qiymət);

Pl və Pb – uyğun olaraq qiymətləndirilən məhsul və baza nümunəsinin keyfiyyət göstəriciləri;

ai - ən kiçik kvadratlar metodu ilə təyin edilmiş aproksimasiya parametrləri (əmsalları);

n – məhsulun keyfiyyət göstəricilərinin sayıdır.



Yuxarıda şərh olunan metodlar əsasən ilkin məlumat bazası ilə fərqlənir, ancaq düzgün tətbiq etdikdə onlar təxminən eyni nəticələr verir.

  • Həddi və nominal qiymətlər metodu – məhsulun keyfiyyət göstəricilərinin məlum buraxılan həddi qiymətlərinin istifadəsinə əsaslanır. Bunlar məmulatın verilmiş keyfiyyət kateqoriyasına uyğunluğuna və ya yararlı məhsula qoyulan tələbləri müəyyən edir.

Məhsulun keyfiyyətinin (və ya məmulatın TS) kompleks qiymətləndirilməsi ortatarazlaşmış ədədi göstəriciyə görə təyin edilir, yəni


Çəki parametrlərini ortatarazlaşmış həndəsi göstərici üçün aşağıdakı düsturla hesablayırlar:



Bu düsturlarda Pn – Pi göstəricisinin nominal qiyməti; Ph – Pi göstəricisinin həddi qiymətidir.

  • Ekvivalent nisbətlər metodu. Məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsinin bu metodu məhsulun miqdarının nisbi dəyişməsinin uyğun keyfiyyət göstəricisinin nisbi dəyişməsinə ekvivalentliyi məlum olduqda (məhsulun istifadə olunmasının ümumi effektinin dəyişməzliyi şərti ilə) tətbiq olunur. Başqa sözlə, bilmək lazımdır ki, buraxılan məhsulun miqdarını neçə faiz azaltmaq olar ki, verilmiş keyfiyyət göstəricisini 1% dəyişməklə məhsul olan qoyulan əvvəlki tələbatı ödəyə bilsin. Ekvivalent nisbətlər metodu ilə təyin olunan çəki parametrləri belə hesablanır:

Eyni tip və növdən olan məmulatlar üçün bu və ya digər metodla keyfiyyət göstəricilərinin çəki əmsalları adətən müvafiq sahə normativ-texniki sənədlərdə (çoc vaxt sahə standartlarında) verilir.

Əgər sahə standartlarında əks olunan keyfiyyət göstəricilərinin miqdarı qiymətləndirilən məmulatın keyfiyyət göstəricilərinin miqdarı ilə uyğun gəlmirsə (həmçinin analoqun), onda çəki əmsalları yenidən hesablanır. Ayrıca göstəricilər və ya keyfiyyət göstəriciləri qrupu standartlardakından az olduqda çəki əmsalları belə hesablanır:



burada, - i-göstəricisinin çəki əmsalının qiyməti;

ai - i-göstəricisinin standart üzrə çəki əmsalının qiyməti;

- uyğun göstəricilərin çəki əmsallarının cəmi;

- standartda olmayan göstəricilərin sayıdır.

Keyfiyyət göstəricilərinin sayı standartlardakından çox olduqda, çəki əmsallarının yenidən hesablanması belə aparılır:





burada, - əlavə keyfiyyət göstəricilərinin sayı; - əlavə keyfiyyət göstəricilərinin çəki əmsallarının cəm qiymətidir.

II FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİNİN İQTİSADİ VƏ TEXNOLOJİ METODLARI


2.1. Keyfiyyətin idarə edilməsinin iqtisadi və texnoloji metodları
Keyfiyyət sahəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəçilik fəa­liyyəti, idarə olunan obyektə təsirin üsul və qaydaları keyfıyyətin idarə edilməsinin (Kİ) metodlarını təşkil edir. Praktikada Kİ-nin iqtisadi, təşkilatı-tapşırma (inzibati) və sosial-psixoloji metodları geniş tətbiq olunur. Onlar müxtəlif əlamətlərə görə təsnifatlaşdırılır (cədvəl 2.1).

Cədvəl 2.1

Keyfiyyətin idarə edilməsi metodlarının təsnifatı

Təsnifat əlaməti

Keyfiyyətin idarə edilməsi metodları

Təşkilati-tapşırma

iqtisadi

Sosial-psixoloji

Tətbiq üçün əsas

Keyfiyyətə qoyulan tələblərə əməl olunması zərurəti və keyfiyyət üçün məsuliyyətin mövcudluğu

Maddi maraq

Mənəvi maraq

Təsirin xarakteri

Birbaşa

Dolayı

Dolayı

Əsas idarəetmə vasitəsi

Təşkilatı (reqlamentləşdirmə, standartlaşdırma və s.)

İqtisadi (əmək haqqı, qiymət və s.)

Sosial (şəxsiyyətin xüsusiyyətləri, statusu; işçilərin maraqlarının ümumiliyi və s.)

Metodun seçilməsi üçün əsas

Təşkilati təhlil

Texniki-iqtisadi təhlil

Sosial-psixoloji tədqiqat

Metodun seçilməsində məhdudiyyətlər

Keyfiyyət sahəsində tələblərə və hüquqi normalara uyğunluq

İqtisadi qanunlara, keyfiyyət səviyyəsində və normativlərə uyğunluq

Mənəvi-etik normalara, qaydalara və tələblərə uyğunluq


Qeyd etmək lazımdır ki, texnoloji metodlar da keyfıyyətin həm idarə edil­məsində, həm də təmin olunmasında tətbiq edilir.

Yuxarıda göstərilənlərlə yanaşı, Kİ-nin bir neçə digər metodları da vardır ki, onlardan texnoloji və ekspert metodları geniş yayılmışdır. Bu metod keyfıyyətin təmin olunması və idarə edilməsində daha çox istifadə olunur.

Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları. Kİ-nin iqtisadi metodları müəssisə və təşkilatların işçilərini və kollektivlərini keyfıyyətin daim yüksəl­dilmə­sinə, onun zəruri səviyyəsinin təmin edilməsinə həvəsləndirən iqtisadi şəraitin ya­ra­dılması ilə reallaşdırılır.



Kİ-nin iqtisadi metodlarına aşağıdakılar daxildir:

  • Kİ sahəsində fəaliyyətin maliyyələşdirilməsi (Kİ sahəsində yeniliklərin, yeni və modernləşdirilmiş məhsul növlərinin işlənməsi üçün kreditlərin verilməsi; borcların verilməsi, qiymətin müəyyənləşdirilməsi, kalkulyasiya, xərclərin və nəticələrin tutuşdurulması);

  • Kİ sisteminin bölmələrində təsərrüfat hesabı;

  • istehsalın iqtisadi stimullaşdırılması, istehlakçılara onların tələblərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsi;

  • yeni və modernləşdirilmiş məhsul və xidmət növlərinin yaradılmasının biznes-planlaşdırılması, onlar üçün beynəlxalq standartların tələblərinə uyğun KS-nin işlənməsi;

  • məhsul və xidmətlərin keyfıyyət səviyyəsi nəzərə alınmaqla onların qiymətinin müəyyənləşdirilməsi;

  • keyfıyyət üçün iqtisadi həvəsləndirmə fondlarının, o cümlədən keyfıyyətə, məhsulun, texnikanın, texnologiyanın yaradılması və modernləşdirilməsinə görə həvəsləndirmə və mükafatlandırma fondlarının təşkil olunması;

  • istehsal sisteminin hər bir iş yerində və ümumilikdə idarəetmə sistemində keyfıyyətə görə əmək haqqının ödənməsi və maddi həvəsləndirmə sisteminin tətbiqi;

  • tədarük edilən məhsulun və göstərilən xidmətlərin keyfıyyətindən asılı olaraq tədarükçülərə iqtisadi təsir vasitələrindən istifadə üçün şəraitin yaranması.

İqtisadi metodlardan istifadəyə misal kimi maddi stimullaşdırmanı göstərmək olar. Bu zaman qabaqcadan əmək haqqının artırılmasının müqabilində işçidən öz əməyinin keyfıyyətinə daha yüksək məsuliyyət, nəticə kimi yüksək keyfıyyətli məhsul gözlənilir: «daha yüksək əmək haqqı - daha yüksək keyfıyyət». Bu, mə­sə­ləyə hal-hazırda geniş istifadə olunan «yüksək səmərəlilik - yüksək əmək haqqı» ki­mi yanaşmayla ziddiyət təşkil edir. Birinci metodiki yanaşmanın nə qədər faydalı və səmərəli olmasmı Yaponiyanın «Omron» korporasiyasında qazanılan nailiyyət­lərin misalında görmək olar. Lakin bu korporasiyanın təcrübəsi göstərir ki, belə yanaşmadan diferensial şəkildə, hər bir kəsin əməyini hərtərəfli qiymətlən­dir­mək­lə, subyektivliyə və bərabərləşdirməyə yol vermədən istifadə edilməlidir.

Bu metodun geniş miqyasda reallaşdırılması nəticə etibarilə əhalinin tələbatını və alıcılıq qabiliyyətini yüksəldə bilər (əmək haqqının artması ilə əlaqədar). Bu da uyğun olaraq istifadə olunan məhsulun həcmini, müəssisələrin (metodun tətbiq edil­diyi müəssisə də daxil olmaqla) ümumi gəlirini artırır. Məhsulun satış həcmi yalnız keyfiyyətin yaxşılaşdırılması ilə yox, həm də maya dəyərinin azalması (son­ra bu, qiymətin aşağı düşməsinə gətirir) və istehsal həcminin böyüməsi ilə artır.

Şəkil 2.1. “Daha yüksək əmək haqqı – daha yüksək keyfiyyət” əmək haqqının ödənməsi metodunun prinsipial mahiyyəti


Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı KİE-nin iqtisadi metodlarından daha geniş istifadəni tələb edir. Bu, bazar münasibətləri şəraitində müəssisələrin öz varlığını qoruyub saxlaması və inkişafı üçün mühüm şərtdir.

Keyfiyyətin idarə edilməsinin təşkilati-tapşırma metodları. Kİ-niıı təşki­la­ti-tapşırma metodları keyfıyyətin yüksəldilməsinə və zəruri keyfıyyət səviyyəsinin təmin edilməsinə yönəldilmiş icra üçün məcburi direktiv, əmr və sərəncamlar vasitəsilə həyata keçirilir.



Kİ-nin təşkilati-tapşırma metodlar qrupuna aşağıdaklar daxildir:

  • reqlamentləşdirmə (ümumtəşkilati, funksional, vəzifə, struktur);

  • standartlaşdırma;

  • normalaşdırma (ədədi kəmiyyətlərin normaları bazasında);

  • təlimatlandırma (tanışetmə, izah, məsləhət, xəbərdarlıq);

  • tapşırma təsirləri (əmr, sərəncam, göstəriş, qərar, icraya nəzarət və s. əsa­sın­da). Bunlardan aşağıdakıları xüsusi qeyd etmək lazımdır: təşkilatların birinci rəh­bərləri tərəfindən təsdiq edilən keyfıyyət sahəsində siyasətin işlənməsi və tət­biqi; Kİ üzrə müəssisə standartları, rəhbərlik, prosedur və digər normativ-texniki və nor­mativ-metodiki sənədlərin işlənməsi və tətbiqi; bölmələr haqqında əsasnamə və vəzifə təlimatlarının işlənməsi və tətbiqi; Kİ üzrə kadrların seçilməsi, yerləş­di­ril­mə­si, tərbiyə edilməsi və attestasiyası; Kİ üzrə qabaqcıl təcrübənin mənim­sə­nil­məsi; keyfıyyət üzrə məqsədli proqramların yerinə yetirilməsinin təminatı;

  • Kİ üzrə əmr və sərəncamlar; beynəlxalq, dövlət standartlarının və texniki şərtlərin tələblərinin yerinə yetirilməsinin təminatı; normativ-texniki və normativ- metodiki sənədlərin və keyfıyyətin idarə edilməsi və təmin olunması üzrə qərar­ların tələblərinin icrasına nəzarət.

Təşkilati-tapşırma metodlarının tətbiqi müxtəlif statuslu sənədlər toplusunun yaradılmasını nəzərdə tutur. Bu zaman hər bir sənədin məzmununun keyfıyyətinə son dərəcə sərt tələblər qoyulmalıdır. Əks halda Kİ üzrə qeyd olunan metodlar ida­rə­etmə təcrübəsində tam reallaşa bilməz. Kİ üzrə sənədlərə qoyulan tələblər aşa­ğı­dakılardır:

  • informasiyanın şərhində məntiqi ardıcıllıq və dəqiqlik;

  • birmənalı şərh olunmanı təmin etmək üçün ifadələrin sadəliyi, konkretliliyi və dəqiqliyi;

  • sübut və dəlillərin inandırıcı olması;

  • informasiyanın səlisliliyi, ifadəli olması;

  • kifayətlilik və əsaslılıq;

  • kiçik həcm;

  • az dəyişkənlilik (stabillik);

  • keyfıyyətli ifadə tərzi.

Keyfiyyət sahəsində siyasət Kİ-nin mühüm tərkib hissəsidir. Kİ-nin təşkilati- tapşırma metodu istifadə edilərkən sənədləşmədə bu sənəd birinci olmalıdır. O da yüksək menecerlər qrupunun keyfıyyət sahəsində siyasətin aparılmasına görə məs­uliy­yəti öz üzərinə götürməsi zərurəti ilə əlaqədardır.

Keyfiyyət sahəsində müəssisənin siyasəti formalaşdırılarkən ona qoyulan tə­ləblər nəzərə alınmalıdır: rəhbərlik tərəfindən o, yazılı şəkildə müəyyənləşdirilməli və birinci rəhbər tərəfindən imzalanmalıdır; müəssisənin digər istiqamətlərdəki fəaliyyəti ilə uzlaşdırılmalıdır; rəhbərlik keyfıyyət sahəsində siyasətin kollektivin hər bir üzvü tərəfındən başa düşülməsini təmin etməli və bu siyasəti həyata keçir­məlidir; bu siyasət elə formalaşdırılmalıdır ki, yalnız buraxılan məhsulun key­fiy­yətinə yox, əmək kollektivinin hər bir üzvünə də təsir etsin. Keyfıyyət sahəsində siyasəti ifadə edən sənəd qısa, sadə, asan başa düşülən, yadda qalan olmalı, hər bir işçinin əməyinin keyfıyyətinə qoyulan tələbləri əks etdirməlidir.

Mahiyyət etibarı ilə məhsulun keyfıyyəti sahəsində o siyasət məqbul sayıla bilər ki, bir sıra suallara müsbət cavab versin: o qısadırmı, müəssisə kollektivinin hər bir üzvünə aiddirmi; burada işin keyfıyyətinə standartlar (tələblər) müəyynləş­di­rilmişdirmi; tədarük olunan məhsulun keyfıyyətinin bütün cəhətləri əhatə olun­muş­durmu (bu sual həm də məhsulun tədarük müddətlərinə, qiymətinə, müəssi­sə­nin fəaliyyət nəticələrinin, xidmətlər də daxil olmaqla keyfıyyətinə aid edil­məli­dir); keyfiyyət sahəsində siyasət müəssisənin birinci şəxsi tərəfindən imzalan­mış­dırmı.

Keyfiyyət sahəsində xarici ölkələrin təcrübəsində formalaşan siyasət yuxarıda göstərilən sualların çoxuna cavab verir. Məsələn, İBM korporasiyasının prezidenti tərəfındən imzalanmış keyfiyyət sahəsində siyasətdə belə bir ifadə vardır: «Biz öz sifarişçilərimizə qüsursuz, rəqabət qabiliyyətli malları və xidmətləri müəyyən­ləş­dirilən müddətdə dəqiq göndərəcəyik». Bu bəyanatın təhlili göstərir ki, o:

  • korporasiyanın hər bir işçisinə ünvanlanmışdır;

  • keyfıyyət səviyyəsinin gəstəricilərini dəqiq müəyyən edir;

  • keyfıyyətin bütün cəhətlərini, o cümlədən qiyməti, tədarük və icraetmə müddətlərini əhatə edir;

  • korporasiyanın birinci şəxsi tərəfindən imzalanmışdır.

Yuxarıda göstərildiyi kimi, keyfıyyətin idarə edilməsində sosial-psixoloji metodlar da tətbiq edilir.

Sosial-psixoloji metodlara aşağıdakılar daxildir:



  • kollektivin hər bir üzvünün, ümumilikdə kollektivin təşəbbüskarlığının və yaradıcı fəaliyyətinin artırılması, keyfıyyətin yaxşılaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə yönəldilməsi, həmçinin intizamın, məsuliyyətin möhkəm­lən­dirilməsi üsulları;

  • yüksək keyfıyyətin əldə olunmasına maddi həvəsləndirmə formaları;

  • kollektivdə psixoloji iqlimin yaxşılaşdırılması qaydaları. Buraya münaqi­şələrin aradan qaldırılması üsulları, psixoloji cəhətdən qarşılıqlı uyğunlaşmasını tə­min etmək üçün əməkdaşların seçilməsi və yerləşdirilməsi üsulları daxildir;

  • keyfıyyətin təmin edilməsində əmək kollektivinin hər bir üzvünün psixoloji xüsusiyyətlərinin nəzərə alınması üsulları;

  • müəssisədə tələb olunan keyfıyyətin təmin edilməsi ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üsulları;

  • kollektivin hər bir üzvünün keyfıyyətin idarə edilməsinə cəlb olunması qaydaları.

Beləliklə, sosial-psixoloji metodlar əmək kollektivində sosial-psixoloji pro­ses­­lərin gedişinə təsir edə bilən faktorlardan istifadəyə əsaslanır və keyfıyyət sahəsində qarşıya qoyulmuş məqsədə çatmağa xidmət edir.

Keyfiyyətin idarə edilməsinin texnoloji metodları. Elm və texnikanın müa­sir imkanları Kİ-ni müxtəlif metodlarla həyata keçirməyə şərait yaradır və bu za­man konkret hansı metodun seçilməsi idarə olunan obyektin xassələrindən daha çox asılıdır. Kİ-nin bütün texnoloji metodlarını aşağıdakı kimi qruplaşdırmaq olar: avtomatik, avtomatlaşdırılmış, mexanikləşdirilmiş və əl ilə. Kİ-nin avtomatik me­to­­du istehlakçıların tələbatının daha dolğun ödənməsi üçün ən əlverişli metoddur. Bu zaman prosseslərin verilmiş parametrlərdən kənara çıxması və müvaflq idarə­etmə tədbirləri texniki qurğuların köməyi ilə avtomatik müəyyənləşdirilir və ob­yektə təsir göstərilir. Kİ təcrübəsində statistik metodlar da geniş istifadə edilir. Onlar keyflyyətin izlənməsinin qarşılıqlı əlaqəli kompleks üsullarını özündə bir­ləş­dirir. Statistik metodlara daxildir: statistik tənzimləmə, statistik qəbul nəzarəti, sta­tis­tik təhlil, keyfıyyətin statistik qiymətləndirilməsi. İlk iki metod əsasdır və Kİ-də bilavasitə istifadə edilir, sonuncu iki metod isə məsələnin əsas metodlarla həllində onlara köməkçidir.



Kİ-nin texnoloji metodlarından qrafiki metod, o cümlədən nəzarət kartları me­todu tez-tez tətbiq edilir. Nəzarət kartları şəklində qurulmuş qrafıklər adi qrafık­lər­dən spesifik xətlərin olması ilə fərqlənir. Bu xətlər tənzimləmə sərhədlərini (nə­za­rət sərhədlərini) göstərir. Nəzarət kartları məhsulun keyfıyyətinə nəzarətdə və tex­noloji proseslərin tənzimlənməsində istifadə edilir. Nəzarətin nö­vün­dən asılı olaraq onlar kəmiyyət (o cümlədən alternativ) və keyfıyyət əla­mət­lərinə görə nəzarət kart­larına bölünür. Birinci halda məhsul vahidlərinin bütün qru­punun keyfiyyət göstə­ri­cilərinin ədədi qiymətlərindən istifadə edilir, ikinci halda belə qrup yarımqruplara bölünür və müxtəlif yarımqrupların keyfiyyətinin qarşı­lıq­lı nisbətlərindən asılı olaraq nəzarət olunan məhsul partiyası haqqında qərar qəbul olunur.

Statistik təhlil metodunda Pareto diaqramı geniş tətbiq edilir. Pareto diaqramı Kİ-nin səmərəliliyinə və təminatına pozitiv və neqativ təsir edən səbəb və amillərin üzə çıxarılmasında istifadə olunur və azalan qayda üzrə onların hər birinin xüsusi çəkisini əyani göstərir.

Çıxdaşın növləri üzrə qurulmuş Pareto diaqramı şəkildə göstərilmişdir.
Belə diaqram qurularkən, bir qayda olaraq, maraqlı tərəfləri təmsil edən səriş­təli mütəxəssislərdən ibarət qrup yaradılır. İşçi qrup qüsurların və zay məhsulun ya­ranma səbəblərini hərtərəfli öyrənir. Çoxsaylı göstəricilərin təhlili əsasında zay məhsulun yaranma səbəbləri xüsusi çəkisinə görə qruplaşdırılır. Şəkildə onlar absis oxu üzərində şərti şifrələrlə göstərilmişdir.

Şəkil 2.2. Çıxdaşın növləri üzrə Pareto diaqramı


Bu diaqramın köməyi ilə konkret məhsul üçün çıxdaş növləri üzrə müəs­sisənin itkilərini tam və obyektiv qiymətləndirmək və məhsulun keyfıyyət göstə­ricilərində bu və ya digər amilin vacibliyini müəyyənləşdirmək mümkündür. Bu metod həm də işlənən və hazırlanan məhsulun keyfıyyət səviyyəsinin təmin edil­məsi üçün idarəedici təsirlərin hazırlanmasında, istehsalatda çıxdaşın profılaktikası və qarşısının alınmasında səmərəli vasitədir.

Pareto diaqramı ayrı-ayrı sahələrdə istehsalın faktiki vəziyyətini obyektiv gös­tərməyə və keyfıyyətlə bağlı kompleks məsələləri həll etməyə imkan verir. O, həm də növlər üzrə çıxdaş hallarının sayını, çıxdaşdan itkilərin məbləğini, çıxdaşın ara­dan qaldırılması üçün vaxt və maddi itkiləri, daxil olan reklamasiyaların məzmu­nunu, daşınma zamanı məmulatın sınma hallarının sayını, reklamasiyaların təmin olunması ilə əlaqədar xərcləri və s. müəyyənləşdirməyə şərait yaradır.

Kİ-də istifadə olunan metodlar içərisində ekspert metodu daha geniş tətbiq edilir.


2.2. Keyfiyyətin idarə edilməsinin ekspert metodları və onların uzlaşdırılmasının qiymətləndirilməsi
Ekspert metodu bir elmi üsul kimi nisbətən yaxın zamanlarda yaradılmışdır. Bu metod «Delfı» adlandırılır. Sonralar ekspert qiymətləndirilməsinə əsaslanan digər analoji metodlar işlənib hazırlanmışdır. Ekspert metodları əvvəlcə elm və texnikada proqnozlaşdırma ilə bağlı məsələlərin həllində istifadə olunmuş, sonra digər sahələrdə, o cümlədən idarəetmədə tətbiq edilmişdir.

Baxılan məsələlər üzrə mütəxəssis-ekspertlərin müxtəlif vasitələrlə alınmış rəylərinin (mülahizələrinin) orta qiymətinin tapılması bütün sahələrdə ekspert metodlarının mahiyyətini təşkil edir. Orta qiymət K aşağıdakı düsturla tapılır:

,

burada, N – ekspertlərin sayı; Kj – j-ekspertin verdiyi qiymətdir.

Hal-hazırda idarəetmə üzrə qərarların qəbul edilməsində ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə kimi ekspert metodları geniş yayılmışdır. Sonuncu metodun özü iki şəkildə tətbiq edilir: cüt-cüt müqayisəetmə və ardıcıl müqayisə­etmə.

Bu metodlarda bir çox ümumi cəhətlər vardır. Lakin burada fərq ondadır ki, öyrənilən idarəetmə obyektlərinin qiymətləndirilməsi (ölçülməsi) müxtəlif üsullarla həyata keçirilir. Ekspert metodlarına müəyyən şərt daxilində orqanoleptik sosioloji metodları da aid etmək olar.

Orqanoleptik metod ekspertlərin hissiyat orqanlarından istifadəyə əsaslanır: eşitmə, görmə, dadbilmə, iybilmə, dəri hissiyatı.

Sosioloji metod respondentlərin (məsələn, faktiki və ya potensial isteh­lak­çı­ların) sorğusuna, rəylərinin toplanmasına və təhlilinə əsaslanır. Belə sorğu və ya rəylərin toplanması yazılı (anketlərin köməyi ilə), yaxud şifahi (konfranslarda, auksionlarda, sərgilərdə və s.) keçirilir. Bu metoddan istifadə zamanı elmi cəhətdən əsaslandırılmış sorğu üsulları, informasiyanın toplanması və işlənməsinin riyazi prinsipləri tətbiq edilməlildir.

Ekspert metodlarından istifadə prosedurlarının ardıcıllığı onların ümumi cəhətini təşkil edir. Buraya ekspert qiymətləndirilməsinin təşkili, ekspert rəylərinin toplanması və alınmış nəticələrin işlənməsi aiddir.

Təcrübə göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində subyek­tiv­liyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert işlərinin təş­kili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilindən, bu sahədə işlərin təşkili və keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının formalaşdırılmasından asılıdır.

Ekspert işlərinə ümumi rəhbərlik üçün ekspert komissiyasına sədr təyin edilir. Komissiyanın tərkibində iki qrup – işçi və ekspert qrupları yaradılır.

İşçi qrupun rəhbərinin tabeçiliyində ekspertlər üçün materialların texniki cə­hət­dən hazırlanmasını, alınmış nəticələrin işlənməsini və s. həyata keçirən texniki işçilər, həmçinin həll edilən problemlər üzrə mütəxəssislər olur.

İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert- mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfıyyət tərkibini təhlil edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert qrupunun yekun siyahısını tərtib edir.

Qrupda ekspertlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll olu­nan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər bir na­mizədin keyfıyyəti təhlil edilərək seçilir. Bu zaman müxtəlif üsullardan isti­fadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin