Maqistratura məRKƏZİ Mehdiyev Atatürk Seyfullah oğlunun


Banklarda audit yoxlamasının aparılması metodikası



Yüklə 94,42 Kb.
səhifə15/32
tarix05.01.2022
ölçüsü94,42 Kb.
#111954
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
2.2. Banklarda audit yoxlamasının aparılması metodikası

Bank auditi kredit təşkilatlarənın fəaliyyətlərinin vəziyyətinin yoxlanması olmaqla, yoxlanılan bankın maliyyə vəziyyəti, onun gəlirliliyi, likvidliyi, bank əməliyyatlarının risklilik dərəcəsi haqqında auditor rəyinin alınması məqsədilə keçirilir. Auditor rəyi illik hesabat, balans və digər hesabat formaları dərc olunur. Demək olar ki, istənilən ölkədə banklar müstəqil auditorlar tərəfindən məcburi yoxlamaya məruz qalırlar.

Kənar məcburi audit yoxlaması iki formada aparılır:



  • maliyyə hesabatlarının mövcud qanun, normativ akt və qaydaları müvafiq olaraq aparılmasının düzgünlüyünün yoxlanmaqla;

  • maliyyə hesabatlarının bankın həyata keçirdiyi əməliyyatların nəticələrinin cari və real vəziyyətini əks etdirmək üçün kommersiya və fərdi sazişlərin daha müfəssəl təftiş və təhlilini aparmaqla.

Müstəqil yoxlamanın məqsədi maliyyə müflisləşməsi barədə xəbərdarlıq etməklə yanaşı, maliyyə hesabatının qiymətləndirilməsidir. Müstəqil auditorlar vəzifələrini yerinə yetirərkən bank sektoruna münasibətdə risklərlə əlaqədar amilləri, eləcə də bakların fəaliyyətinin aşağıdakı xüsusiyyətlərini nəzərə almalıdırlar:

  • mühasibat yazılışları şəklində əks olunmayan və audit izinə səbəb olmayan əhəmiyyətli balansarxası əməliyyatların aparılması;

  • əksər hallarda mühasibat uçotu praktikasına və audit nəzarətinə təsir edən dövlət orqanları və normativ sənədlərlə bank fəaliyyətinin tənzimlənməsi;

  • bank əməliyyatlarında dövr edən nağd pul və böyük həcmdə vəsaitlərdən maneəsiz və asanlıqla istifadə olunan əməliyyatların keçirilməsi zamanı qarşılıqlı aslı olan tərəflərlə ması imkanları olması səbəbindən, sui istifadə etmək məqsədilə bağlanmış sazişlərlə bankların bağlılığı. Kommersiya bankları bir çox hallarda qarşılıqlı aslı olan tərəflərlərlə işləyirlər.

Auditor təşkilatı, yaxud fərdi auditor yoxlamanın gedişatı zamanı aşağıdakılara xüsusilə diqqət yetirməlidir:

  • banklar tərəfindən fiziki təhlükəsizliyi etibatlı surətdə təmin olunan iri həcmli nəğd pul və digər yüksək likvidli maliyyə alətlərinin saxlanmasına. Bunu adətən pul vəsaitlərinin mənimsənilməsi və fırıldaqçılıqla məşğul olan banklar edir;

  • bankların əhəmiyyətli həcmdə və məbləğdə müxtəlif növ əməliyyatlar aparmasında iştirakına. Bunun üçün uçot aparılmasının və bankdaxili nəzarətin mürəkkəb sistemlərinin tətbiq, eləcə də informasiyanın işlənməsi üçün kompyuter sitemlərindən geniş istifadə olunması lazımdır;

  • maliyyə aktivlərinin bilərəkdən “zəiflədilməsinə”;

  • bankların geniş şəbəkəyə malik olması səbəbindən səlahiyyət və uçot-nəzarət funksiyasının nəzarətin olmamasına. Bu adətən operativ nəzarətin təşkilati prinsiplərinə və metodlarına riayət olunması vəzifəsini çətinləşdirir.

Audit təşkilatları (auditorlar) bankların yoxlanması zamanı əhəmiyyəli sayda auditor riskləri ilə rastlaşırlar ki, bunlara da xüsusilə aşağıdakıları aid etməkmolar:

  • güclü rəqabət, daima yeni bank məhsullarının hazırlanması və risk səviyyəsinin artması ilə xarakterizə olunan, müxtəlif işgüzar mühitlə bağlı olan daxili risklər;

  • bankdaxili nəzarət mexanizminin tətbiqi və bank informasiyasının qorunması ilə şərtləndirilən və audit prosedurlarını çətinləşdirən nəzarət riskləri. Bank əməliyyatlarının kompyuterləşdirilməsinin genişləndirilməsi işləri vaxtında aparmaqla yanaşı, həm nəzarətin səmərələliyini artırı, həm də kompyuter texnikasındakı nasazlığın və ya kompyuter fırıldaqlarının yaranması ehtimalı ilə əlaqədar əlavə risk yaradır.

  • bank fəaliyyətinin mürəkkəb xarakterli olması, eləcə də daima yeni bank məhsullarının yaranması ilə əlaqədar auditorlar qarşısında peşəkar biliklər baxımından yeni tələblər qoyması səbəbindən, səhvlərin aşkar edilməsi riski (bank işinin başa düşülməsi ilə əlaqədar risklər). Auditorlar öz ökdəliklərini yerinə yetirərkən peşəkar hazırlığın aşağı olması problemi lə rastlaşa bilərlər.

Son illər auditor riskləri və bank auditorlarının məsuliyyəti sürətlə artması iqtisadiyyatın digər sektorlarındakı auditor riskləri və bank auditorlarının məsuliyyəti ilə müqayisədə daha geniş miqyasdadır.

Audit yoxlamaları Mərkəzi Bankın tapşırığına əsasən, bağlanmış müqaviləyə əsasən aparılır. Yuxarı təşkilat tərəfindən keçirilən adi təftişdaən fərqli olaraq audit yoxlamaları kompleksliliyi, müstəqilliyi, eləcə də bank təsisçilərinin maraqları üçün tövsiyyələri hazırlanması ilə fərqlənir.



Auditin aparılması metodları kimi aşağıdakıları göstərmək olar:

  • uçot sənədlərinin təftişi;

  • uçot və əməliyyatların faktiki yoxlanması;

  • uçotdakı yazılışların sənədlərlə tutuşdurulması;

  • qarşılıqlı surətdə aslı olan əməliyyatlar üzrə sənədlərdə olan və faktiki məlumatların yoxlanması;

  • qarşılıqlı yoxlamaların aparılması.


Yüklə 94,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin