Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


Qiymət və ona təsir edən amillər



Yüklə 135,59 Kb.
səhifə66/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   62   63   64   65   66   67   68   69   ...   79
1. Qiymət və ona təsir edən amillər

2. Qiymətin növləri
1. Qiymət və ona təsir edən amillər

Məhsulun qiyməti istehlakçının, alıcının ondan aldığı və ya almasını nə­zərdə tutduğu faydanın müqabilində ödəməyə hazır olduğu vəsaitin məbləğidir və yaxud bir məhsulun digər məhsula nisbətini müəyyən edən meyardır.

Məhsulun qiyməti marketinq kompleksinin ən vacib və mürəkkəb element­lə­rin­dən biridir. Məhsulun satış qiymətilə istehlak qiymətini bir-birindən fərqləndirmək la­zım­dır. Satış qiyməti məhsulun bilavasitə alıcıya satıldığı qiymətdir, məhsulun no­mi­nal qiymətidir. Məhsulun istehlak qiyməti dedikdə onun satış qiymətilə quraş­dırılması və istismarı ilə əlaqədar olan xərclərinin (məhsulun çatdırılmasna, quraşdırılmasına, isti­fadə döv­rün­də on­un istismarına, servis xidmətinə və s. çəkilən xərclər) məcmusu başa düşülür.

Marketinqdə qiymət bir sıra funksiyalar yerinə yetirir. Bura aşağıdakı funksiyalar aiddir.


  1. tələblə təklifin tarazlaşdırılması

  2. informasiya vermə

  3. stimullaşdırılma.

  4. uçot

Dövlətin qiymət siyasəti də qiymətlərin səviyyəsinə təsir edir. Bazar iqtisadiyyatında dövlət qiymətlərin tənzim­lən­məsini təmin edən qanunvericilik aktları hazırlayır, qiymət siyasəti müəyyənləşdirir və müxtəlif tədbirlər həyata keçirir. Bura inhisarçı sahələrdə qiymətin səviyyəsinin müəyyən edilməsi qaydası, satış kanallarının ayrı-ayrı iştirakçıların hüquq bərabər­li­yini pozan qiymət müəyyən edilməsini qadağan edən qanunvericilik aktları, məh­sulun qiymətinin reklam edilməsi qaydası və s. aiddir. Məsələn, bazar iqtisadiyyatı şəraitində dövlət inhisarçı müəssisələrin məhsullarının qiymətinin yuxarı həddini məhdudlaşdırır.

Qiymət siyasətinin işlənib hazırlanması 5 mərhələdən keçir



  1. qiymətin əmələ gəlməsi məqsədlərinin formalaşması

  2. qiymətin əmələ gəlməsinin ümumi siyasıtinin formalaşması

  3. bilavasitə qiymət strategiyasının formalaşdırılması

  4. qiymət strategiyasının reallaşdırılması

  5. qiymətin uyöunlaşdırılması

Məhsulun qiyməti müəyyən edilərkən istehlakçıların tipləri, onların qiymətə həssasılğı da nəzərə alınır.

Məhsulun istehsalı və satışına çəkilən xərclərin həcmi məhsulun qiymətinin səviyyəsinə birbaşa təsir edir: bu xərc­lərin səviyyəsinin artması qiymətin yüksəlməsinə, aşağı düşməsi isə qiymətin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məhsulun istehsalı və satışına çəkilən xərclər 2 qrupa: birbaşa xərclərə (dəyişən xərclərə) və qaimə xərclərinə (sabit xərclərə) bölünür.




Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin