1. Qədim dövr coğrafiyasının yaranması və inkişafı Dünya əhalisinin qitələr üzrə paylanması



Yüklə 20,85 Kb.
tarix25.11.2023
ölçüsü20,85 Kb.
#134239
Səid iqt sos coğ


1.Qədim dövr coğrafiyasının yaranması və inkişafı
2.Dünya əhalisinin qitələr üzrə paylanması
3.Beynəlxalq könüllü miqrasiya
4.Iqlim dəyişmələri və onların təsərrüfata təsiri
5.Sahillər və sahilyanı ərazilər
Yer uzərində nadir coğrafi şəraitə malik olan ərazilər
sahillərdir. Belə ki, sahillər hava, su və quru sahələrinin
kəsişdiyi yeganə məkandır. Nəticədə yaranan sahilyanı zolaqlar
təkrarolunmaz coğrafi xususiyyətlərlə fərqlənir.
Beynalxalq dəniz huququnun umumi muddəalarma gorə,
dənizyanı olkələr sahil akvatoriyasında 200 millik zonaya
malikdirlər. Muasir dovrdə qitələrin okeanla olan sahil
xətlərinin umumi uzunluğu 450 min km-ə catır. Qeyd etmək
lazımdır ki, buzlaşmadan somakı dovrdə dənizin səviyyəsi 100
metr qalxmışdır və nəticədə qitə sahiliərinin quruluşu muasir
simasmı almışdır. Bunula yanaşı sahil xətlərinin quruluşu ilin
vaxtından, atmosferin sirkulyasiyasmdan, havanm temperatur
rejimindən və təzyiqin tərəddudundən asılı olaraq mutəmadı
dəyişir. Məsələn: pleystosen dovrundə okeanm səviyyəsi muasir
səviyyəyə nisbətən +5, -110 m arasında dəyişərək sahilyanı grazilərin coğrafi movqeyinə təsir gostərmişdir. Yalnız
6 minil öncə Dünya okeanının səviyyəsi hazırki səviyyəsinə yaxınlaşmışdır. Bununla yanaşı, daim hərəkətdə olan okean cərəyanları materik sahillərinin formalaşmasma da təsir edir.
Mütəxəssislərin fikrincə, 2040-cı ildə planetimizdə qlobal
istiləşmə o dərəcəyə çatacaqdır ki, Şimal Buzlu okeanın buzları tamamilə əriyəcək və bunun nəticəsində neftin və qazın
hasil edilməsi xeyli yüngülləşəcək.
Sahilyanı ərazilər əsasən qum və cmqıldan ibarətdir. Lakin
bəzi yerlərdə sahildə qədim suxurlar üzə çıxır. Məsələn,
Seyşel adaları sahilləri dunyada ən qədim sayılan qranit qayalıqlardan ibarətdir. Buradakı qranit qayalıqlarm yaşı 650 mln. il təşkil edir.
Sahilyanı ərazilər təkrar olunmaz landşaftlarla fərqlənir.
Sahilyanı ərazilərdə əhalinin sayının artması burada təbii
sərvətlərin tukənməsinə və ətraf mühitin çirklənməsinə
gətirib-çıxarır. Sahilyanı ərazilər təbii cəhətdən həddən cox
kövrək olduğu ucun burada ekoloji vəziyyətin dəyişməsi daha
qabarıq şəkildə özünü büruzə verir. Bunun əsas səbəbi ondan
ibarətdir ki, ətraf bolgələrdəki qurunun və suyun cirklənməsi
birbaşa sahil zolağında öz əksini tapır.
Sahilyanı ərazilər insan fəaliyyətinə həssaslıqla əks-cavab
verərək tədricən oz cazibədarlığım itirə bilərlər. Bunu nəzərə
alaraq sahilyanı ərazilərdə ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilməlidir. Sahilyanı ərazilərin bəzi bolgələrində
qurunun dəyəri həddən çox yüksəkdir. Belə vəziyyət əsasən
daha sıx əhali məskunlaşan bölgələrdə müşahidə olunur. Bunun parlaq nümunəsi kimi Hollandiyanı göstərmək olar. Bu ölkə ərazisinin 1/3-i dəniz səviyyəsindən aşağıda yerləşir. Hollandıya dənizlə mübarizə apararaq poldiyer adlanan qurudulmuş sahələr əldə etməyə nail olmuşdur. Son 1000 il ərzində insanın təsərrüfat fəaliyyəti Hollandiya ərazisinin hər bir yerində öz əksini tapmışdır. Yalmz 1200 - 1900-en
əreində dənizin şelf hissəsində 690 mm hektar sahədə pold.
yer sistemi yarad.lmışdır, 300 min hektar bataqlıq qurudulmuş və 7 5 0 min hektar meşəyanı ərazilər mənimsənilmişdir .
XX əsr ərzində daha 1 7 0 min hektar sahədə dənizin şelf
hissəsi mənimsənilərək quruya cevrilmişdir. XX əsrin I yarısında
Hollandiya ərazisinin 3 7% - i otlaqlardan, 2 7% -i əkin
sahələrindən, 27%-i meşələrdən və 6%o-i yaşayış məntəqələri
və nəqliyyat məqsədilə istifadə olunan sahələrdən ibarət idi.
Son 300 il ərzində aparılan bu işlər nəticəsində Hollandiyanın
ərazisi təqribən 25% artmışdır. Bununla yanaşı, bəzi sahilyanı
ərazilərin təbii iqlim şəraiti həddən artıq kəskin kontrastlığıyla
fərqlənir. Məsələn, Cilinin Sakit okean sahillərinə
cıxışı olan bolgə Yerin ən quraq dəniz sahili hesab edilir.
Sahilyanı bolgələrdə cərəyan edən bir cox təbii
proseslər (maddələrin yayılması və transformasiyası) canlı
orqanizmlərin iştirakı ilə baş verir. Bəzi hallarda sahillər çətin
keçilən manqr meşələrindən və qalınqatlı yosunlardan ibarət olur. Eynilə heyvanat aləmi də (suitilər, pinqvinlər, dəniz tısbağaları və müxtəlif quşlar) çoxsaylı boğazlar, laquna və estuarilərdən mövsümi olaraq məskən salırlar.
Yüklə 20,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin