Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


Sosial marketinq mərhələsi



Yüklə 135,59 Kb.
səhifə10/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
4. Sosial marketinq mərhələsi.

XX əsrin 70-ci illərindən sonra ətraf mühitdə baş verən hadisələrin (ətraf mühitin çirklənməsi, atmosfer tarazlığın pozulması və s.) sürətlə artması qabaqcıl dünya ölkələrində sahibkarlar qarşısında bir çox əlavə vəzifə və öhdəliklər qoydu. Bunlara əməl etmədən müvəffəqiyyətə nail olmaq qeyri mümkündür.



Mövzu 5. Marketinqin məqsədi və vəzifələri.


  1. Marketinqin məqsədi.

  2. Marketinqin vəzifələri.


Marketinqin məqsədi. Marketinqin məqsədi dedikdə bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəticəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.

Marketinqin strateji (başlıca) məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli mar­ke­tinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır.

Marketinqin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunma­sını təmin edən məqsədlər aid edilir. Məsələn, müəssisəni mənfəətin məblə­ğinin və səviyyəsinin artırılması strateji məqsədinə nail olunması üçün marketinq qarşısında satışın həcminin və bazar payının artırılması, xərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məqsədlər qoyula bilər.

Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:



  1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsəd­yön­lü fəaliyyət göstərməli və məqsədin qiymətləndiril­məsini nəzərə al­ma­lıdırlar;

  2. Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;

  3. Marketinqin məqsədi real olmalıdır;

  4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır;

  5. Marketinqin məqsədi aydın ifadə edilməli və onun haqqında informasiya almağa imkan olmalıdır;

  6. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir.




Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin