Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


İstehlakçıların həvəsləndirilməsi



Yüklə 135,59 Kb.
səhifə79/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   71   72   73   74   75   76   77   78   79
İstehlakçıların həvəsləndirilməsi. İstelakçıların (alıcıların) həvəsləndi­ril­mə­sinin məqsədi müxtəlif həvəslən­dir­mə tədbirləri həyata keçirməklə və ya alıcılara, istehlakçılara müxtəlif mü­kafatlar təklif etməklə onları daha çox məh­sul almağa, istehlakın həcmini artırmağa sövq etməkdir.

İstehlakçıların həvəsləndirilməsində konkret situasiyadan asılı olaraq kupon­ların verilməsi, qiy­mət güzəştləri, məhsul nümu­nələrinin pulsuz paylanması, lo­tereyalar, istehlakçılar arasında müsabiqələrin keçiril­mə­si, məhsulların kreditə verilməsi, bonus paketləri, istifadə edilmiş məhsulların əvə­zinə yeni məhsul­ların verilməsi (qiymət fərqi ödənilməklə) və s. metodlardan istifadə edilir.



Vasitəçilərin həvəsləndirilməsi. Vasitəçilərin həvəsləndirilməsinin məq­sə­di onları müəssisənin məhsullarının daima satışda olmasını təmin etməyə, on­ların yayımını və satışını yüksək effektlə həyata keçirməyə, bu məhsulların satış əra­zilərini və istehlakçılarını genişləndirməyə stimullaşdırmaqdır.

Satış heyətinin həvəsləndirilməsi. Satış heyətinin həvəsləndirilməsi həm istehsalçı müəssisənin, həm də ti­carət müəssisələrinin satış heyətinin alıcılara yük­sək keyfiyyətli xidmətlər göstərməsində və bunun sayəsində alıcılarda məh­sula və ya müəssisəyə müsbət münasibət yaradılmasında və satışın həcmi­nin ar­tırılmasında həlledici rol oynayır. Buna görə də, onların həvəslən­di­ril­məsi kom­munikasiya sistemində mühüm yer tutur. Satış heyətinin həvəsləndi­rilməsi sa­tı­cıların daha yüksək satış və xidmət göstəricilərinə nail olmasına yönəldilir.
Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin