Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə44/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   40   41   42   43   44   45   46   47   ...   188

Şükür ki yolu var imiş



Sərhəd qırılanda qohum-əvlat axtarıb hamısı bir-birini tapdı. Bir nəfər iranlı da Biləsuvar şəhərinə gəlir. Öz qohu­mun tapır. Həmin zaman Biləsuvardakı qovumunun anası və­fat edibmiş. Ölənin üçü imiş. Böyük çadırda çoxlu adam cəm olunmuşmuş. İranlını kəşan-kəşanla din ölkəsindən gəldiyi üçün çəkirlər yuxarı başa və kürəyinə də yekə mütəkkə söy­kə­yirlər. İranlı bu nəvazişdən qorxuya düşür, gözləyir ki, axırı neçə qurtaracaq.

Gör-görüşdən sora hüzür məclisində olan camaat ona din haqqında müxtəlif suallar verirlər. Bu da yalannan-yan­lışdan cavab verir.

Bir dağlı da yaman içən imiş, özünə çıxış yolu axta­rır­mış. Buna da nöbə çatır. Dizlərini yerə qoyub kəmalı-ədədnən belə sual verir gələnə:

– Ay İrannan gələn qardaş, axı məni burda öldüreylər. Bir məni başa salğınan ki, ayə, məsğuşiliğnən abadət elamağ­luq nə mənə şehdu?

İranlı o tərəfə baxır, görür məclisdə nə qədər adam var hamının diqqəti buna kəsilib. Tez özünü əla alıb deyir:

– Bəradər, elyə ki, məşğuşilığdən ayuldun, tamam əğlin başıva cəm oldu, tövbə elə, sora məşğul ol almağlığa, eybi yox, kərahiyyəti var, inşalla namazı əda edərsən.

Sual verən düşür onun ayaqlarına:

– Atam-anam sənə fəda olsun, mənə digeylər, içmə, çək­mə, ibadət elə, yaxşısın sən deyirsən, şükür ki, yol var imiş.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin