Masalli folkloru 2


Dəli Həbinin müsəlla mərsiyyəsi



Yüklə 1,65 Mb.
səhifə45/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   41   42   43   44   45   46   47   48   ...   188

Dəli Həbinin müsəlla mərsiyyəsi



İl quraqlıq olduğundan kəndin ağsaqqalları belə qərara gəlirlər ki, müsəllaya çıxsınlar. Təyin olunmuş gündə Həsənli camaatı yerindən qalxır. Camaat yeriş eləyir ”İstil-içi” deyilən yerə. Bu işə ətraf kəndlər də qoşulurlar. Həsənlinin məmə ye­yənindən pəpə yeyəninə kimi bütün camaat üz quyur “İstil-içi”nə. Özü də mərsiyyə deyə-deyə. Həbi də camaatın içində imiş. Baxır görür kəndin ağsaqqalları, dindarlar, avamları ilə Taykeş İbad, Yekəbaş Qənbər, Əzvay Həsən, Oğru Nəsib, At Rəfi, oğrular, arvadbazlar da sinə çırpır, dadüfəryad edirlər. Bu müsəllada Həbi də mərsiyyə deyəcəkmış, onun da növbəsi var imiş. Həbinin növbəsi orda çatır ki, Hacıtəpə kəndinin adam­ları gəlib bizimkilərə çatırlar. Həbinin də məlahətli, duz­lu, həm də güçlü səsi var imiş. İki kəndin camaatı üzbəüz du­ran­da Həbi başlayır mərsiyyə deməyə. Belə deyirlər ki, sinə vu­ranların səsi bəlkə yeddi ağaclıq gedirdi. Həbi yolda bada­hətən yazdığı mərsiyyəni belə başlayır.

Hanı burda oxunan tazə elm, cəmli savad,

Qurula haqq-divan Əzvay Həsəndən çəkə dad,

Oğurluq adətini kənddə qoyub Taykeş İbad,

Hələ də toğlusunu indi gəzir Dağlı Kərim,

Həzərat, siz də baxın, lap Yekəbaşdı Qənbərim.
De yarım pud noxuda fitvanı verdi bu Nəsib,

Getdilər, gəlmədilər – Məşədi Həbib, Məzlub, Usub,

Hey verib xums-zəkat Kəmsər Ədil düşdü kasıb,

Aləmə şəms edərəm gər ola bundan xəbərim,

Həzərat, bir də baxın, lap Yekəbaşdı Qənbərim.
Nə qədər varsa pulu, At Rəfi verdi sələmə,

Beş hərf bilməyən çoxları düşdü qələmə,

Həbi, gördün bu işi bir də sən açıb bələmə,

Bağladı minbərə tük onda sağırdar Hələmə,

Açmaram sirri müdam xəlqə vardır nəzərim,

Həzərat, bir də baxın, lap Yekəbaşdı Qənbərim.
Mərsiyyə qurtarar-qurtarmaz Həbini qovub camaat içindən çıxarırlar.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin