MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR



Yüklə 101,22 Kb.
səhifə13/32
tarix01.01.2022
ölçüsü101,22 Kb.
#104483
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Termik emalın mahiyyəti məmulatı müəyyən temperaturda qızdırıb, həmin temperaturda xeyli saxlayaraq bu və ya digər sürətlə soyutmaqla ona bir sıra yeni xassələr verməkdən ibarətdir. Termik emal nəticəsində metalların xassələrinin dəyişməsi onların strukturunun dəyişməsi ilə əlaqədardır. Sadə tərkibli ucuz ərintiləri termiki emala uğradılaraq onların xassələrini yüksəltmək yolu ilə daha mürəkkəb tərkibli, aztapılan və baha başa gələn ərintilərin xassələri səviyyəsinə qaldırmaq olar. Nəticədə ucuz ərintilərin növlərindən yüksək keyfiyyətli məmulat almaq imkanı əldə edilir. Termik emal vasitəsilə metal və ərintilərin bərkliyini, möhkəmliyini, korroziyaya qarşı müqavimətini artırmaq, ömrünü uzatmaq və plastikliyini çoxaltmaq kimi bir sıra digər xassələrini daha da yaxşılaşdırmaq mümkündür.Termik emal məmulata yayma, sərbəst döymə, tökmə yolu ilə alınan məmulata xas olmayan bir sıra xüsusi xassələr verdiyindən, onların tətbiq sahələrini olduqca genişləndirir.

Qızma temperaturundan asılı olaraq, termiki emal iki qrupa bölünə bilər ki, bunlar da; a) faza çevrilmələri temperaturundan yüksək temperaturadək qızdırmaq b) faza çevrilmələri temperaturundan aşağı temperaturadək qızdırmaqdan ibarətdir.

Tətbiq olunan termik emalı iki əlamət üzrə, yəni :

1) qızmanın hədd temperaturu və

2) soyuma sürətinə görə təsnif etmək olar.

Termik emalın başlıca növləri : tabalma, tablandırma, normallaşdırma və tabəksiltmə prosesləridir.

Faza çevrilmələri temperaturundan yüksək temperaturadək (t2) qızdırılmış ərintidə fiziki-kimyəvi strukturun tamam müvazinəti və ya qeyri-müvazinət halı alına bilər. Məsələn, fazalar çevrilmələri temperaturundan yüksək temperaturadək qızdırılıb həmin temperaturundan yavaş-yavaş soyudulan ərintilərdə müvazinət halına malik struktur alınır. Bu əməliyyata tabalma (yumşaltma) deyilir. Ərinti göstərilən temperaturdan (t2) bir qədər artıq sürətlə soyutduqda, müvazinət halına malik struktura çox yaxın struktur alınır. Bu əməliyyata normalaşdırma deyilir. Fazalar çevrilməsi temperaturundan yüksək temperaturdan daha böyük sürətlə soyudulan ərintidə isə qeyri-müvazinət halına malik struktur alınır. Bu əməliyyat tablandırma adlanır. Lakin faza çevrilməsi temperaturundan aşağı temperaturadək (t1) soyudulan ərintilərin strukturu normallaşdırmaya nisbətən müvazinət halına malik struktura çox az yaxınlaşır. Həmin əməliyyata tabəksiltmə deyilir.

Austenitin müxtəlif sürətlərlə soyudulmasında alınan strukturlar. Sadə olmaq üçün əvvəlcə evtektoid poladını götürək. Yavaş soyutmada austenit tamam parçalanaraq perlit əmələ gətirir. Parçalanma aşağıdakı mərhələlərə bölünür ;



  1. – dəmirin üzü mərkəzləşmiş kubun qəfəsindən atomların - dəmirin mərkəzləşmiş kubun qəfəsinə keçməsi, eyni zamanda dəmirin bərk məhlulunda olan karbon atomlarının yerinin dəyişməsi;

  2. Məhluldan çox kiçik (molekulyar) sementit (Fe3C) hissəciklərinin ayrılıb çıxması;

  3. Ferrit əsasının üzərində daha iri sementit lövhəciklərinin əmələ gəlməsi; həmin lövhəciklərin ölçüləri millimetrin mində bir hissələri ilə ölçülür.

Soyuma sürəti artıb 500/san olduqda austenitin parçalanmasının üçüncü mərhələsi başa çatmağa macal tapmır, buna görə də sementit lövhəciklərinin narınlıq dərəcəsi (disperslik dərəcəsi) daha böyük olur. Həmin lövhəciklərin ölçüləri millimetrin on mində bir hissələri ilə ölçülür və onları ancaq artıq dərəcədə böyütdükdə ayırıb seçmək mümkün olur. Belə struktura s o r b i t deyilir.

Soyuma sürəti artıb 1000/san-yə çatdıqda austenitin parçalanmasının yalnız ikinci mərhələsi tamamlaşa bilir, üçüncü mərhələ isə lap başlanğıc dövründə dayanır. Nəticədə sementit lövhəciklərinin ölçüləri millimetrin yüz mində bir və ya milyonda bir hissələri ilə ölçülür. Belə struktura t r o o s t i t deyilir. Onda nazik sementit lövhəciklərinin olması elektron mikroskopunun köməyi ilə görmək olar.

Soyuma sürəti artıb 150-2000/san olduqda yalnız dəmir atomlarını yenidən qruplaşması prosesi başa çata bilir, buna görə də karbon –dəmirdə bərk məhlul şəklində qalır. Bu strukturam a r t e n s i t deyilir.

Yuxarıda deyilənlərə yekun vurarkən qeyd etməliyik ki, perlit, sorbit və troostit struktur cəhətdən iki fazanın – ferrit və sementitin – qarışığından ibarət olub, bir–birindən yalnız sementitin disperslik dərəcəsi ilə fərqlənir, martensitdə isə yalnız bir faza - -dəmirdə karbonun bərk məhlulu fazası olur.

Ərintilər yavaş soyuduqda alınan perlitin strukturuna t a r a z l ı q strukturu deyilir. Böyük sürətlə soyumada alınan sorbitin, troostitin və martensitin strukturlarına perlitin strukturundan fərqli olaraq q e y r i – t a r a z l ı q strukturu deyilir.

Mövzu 11. Poladların tabalması və normallaşdırılması.

Poladların tabalması və normallaşdırılması. Tabalmanın növləri. Poladların tablanması.Tablanmanın mahiyyəti və rejiminin seçilməsi. Tabəksiltmə. Tabəksiltmənin növləri.

Tabalma və diffuziya tabalması.

Tökmə, yayma və döymə proseslərində, eləcə də həmin əməliyyat aparılıb başa çatdırıldıqdan sonra, polad pəstahlar bir qərarda soyumur; bunun nəticəsində pəstahların müxtəlif yerlərində onların strukturları və xassələri eynicinsli olmur və daxili gərginliklər əmələ gəlir. Bundan əlavə, tökmələr bərkidikdə tərkibləri, likvasiya nəticəsində bircinsli olmur.


Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin