Мцгяддимя


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 0,7 Mb.
səhifə22/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
Seminar və ya müstəqil iş üçün tapşırıq


  1. Azərbaycan mədəniyyətində fəlsəfənin oynadığı rol barəsində disputda iştirak etmək üçün mövzunu diqqətlə oxuyun. Öz opponentlərə verə biləcək sualları ətrafında düşünün.

  2. Fəlsəfənin tədrisi zamanı hansı bölmələrində bu mövzunun istifadə olunması daha məqsədəuyğundur? Bu barədə düşünün və seminarda cavab verin.


MÖVZU 4. FƏLSƏFƏNİN TƏDRİSİ
METODİKASININ PREDMETİ

Tədqiqatçıların hesab etdiyi kimi, üçüncü minilliyin başlanğıcında təhsilin humanistləşməsi və demokratikləşməsi mütəxəssislərin hazırlanmasında ilk növbədə onların şəxsiyyət kimi təşəkkül tapması tələbini irəli sürür. Konformizmdən azad, eyni zamanda tolerantlıqla sosial mühitlə davranmaq üçün hər bir məzun yüksək fəlsəfə mədəniyyətinə malik olmalıdır. Fəlsəfə dünyanın dərk edilməsi və mənimsənilməsi prosesində əsas üsul və vasitə olmalıdır. Fəlsəfə düşüncəsinin özəyi - azad düşüncə və fikirdə olmalıdır. Burada başlıca mənəvi dəyər – tolerantlıqdır. Ümumiyyətlə fəlsəfə mədəniyyəti gələcək mütəxəssisin peşəkarlığın göstəricilərindən biridir. Belə mütəxəssis daima yeni bilikləri əldə etməyi, yeni informasiya və texnoloji paradiqmalara adaptasiya olunmalı, təhsili yüksək dəyər kimi qəbul etməlidir.

Təcrübə göstərir ki, belə məqsədləri əldə etmək üçün xüsusi təhsil modeli əsasında tələbələrdə əsas motivasiyanı formalaşdırmaq, fəlsəfə baxımından savadlılığını daima artırmaq istiqamətində iş görmək lazımdır. Hesab olunur ki, fəlsəfə mədəniyyətinin formalaşmasının bir neçə meyarı var:


  • fəlsəfə terminologiya və anlayışları mənimsəmək;

  • fəlsəfə ədəbiyyatı, mətnləri oxumaq, fəlsəfədən dialoqlara girmək;

  • fəlsəfə düşüncəsi qabiliyyətini özündə formalaşdırmaq əzmində olmaq;

  • müstəqil tolerant düşüncəyə malik olmaq;

  • peşəkar fəaliyyətdə fəlsəfə mədəniyyətini nümayiş etmək1.

Bu kursu mənimsəyən tələbə nəticə etibarı ilə metodik bilikləri qazanmalıdır, o cümlədən, tədrisin metodikası ilə bağlı metodoloji prinsipləri öyrənməli, praktikada dərsliklər və dərs vəsaitlərinə resenziya yazmalı, seminar məşqələlərin planları və sualları yazmalı, “Fəlsəfə” kursu üzrə proqram tərtib etməli, mühazirə mətnləri və planları müzakirə etməli, işgüzar oyun şəraitində seminar məşqələlərinin modellərini yaratmağa bacarmalıdır. Burada başlıca prinsip müəllim və tələbə arasında dialoqun qurulması prinsipi olmalıdır.

Beləliklə, kursun məqsədi - fəlsəfənin nəzəri prinsiplərinə və tədrisinə aid metodik bacarıqları ilə tələbə-filosofların tanış edilməsindən ibarətdir. O, fəlsəfə hazırlığının dövlət standartı çərçivəsində, sistematik fəlsəfə problemlərini daim nəzərdə tutaraq, fəlsəfə tarixi və əlavə fənləri nəzərdə tutmadan (məntiq, əxlaq və estetika, kulturologiya və başqaları) fəlsəfənin tədrisinin bacarıqlarının əldə edilməsinə yönəldilmişdir.

Hər hansı bir elmi fənnin tədrisi - ali məktəbin ştat işçisinin (professor, dosent, assistent və s.) fəaliyyətinin əsas vəzifəsidir. Ümumi şəkildə götürsək, subyekt-subyekt münasibəti tədris prosesinin ideallaşdırılmış təsəvvürüdür. İdeallaşdırılmış modeli təşkil edən tərəflər də var: subyekt-tələbə, subyekt-müəllim, rabitə-informasiya tərəfi, ünsiyyət tərəfi, bütovlükdə tərbiyəvi, nəzarət, maddi-texniki şəraiti, müəllim əməyinin sosial şəraiti və tələbələrin həyatı xüsusiyyətləri və s., pedaqoji prosesin xüsusiyyətləri digər təşkil edənlər ilə birlikdə ideallaşdırılmış modeldə ifadə olunur.

Tədris peşəkar fəaliyyətdir. Peşəkar fəaliyyətin ekzistensional mənası nədədir? Tədris həm də təlim kimi inkişaf edir. Tədrisin obyektiv məqsədi - dərs deyən tərəfindən fənn haqqında bilikləri müəyyən miqdarda və bacarıqlarla tələbə tərəfindən yiyələnməsinə nail olmaqdır. Qoyulan məqsədlər subyektlərin imkanlarına təxmini olsa da uyğun gəlməlidir. Uğurlu tədrisin şərti - müəllimin müvəffəqiyyətə daxili oriyentasiyasıdır. Müvəffəqiyyətin ekzistensional mənası məhz həmin oriyentasiyadadır.

Tədrisin ideallaşdırılmış modeli faktiki olaraq sosial şəraitdən və tədris problemlərinin həlli dərəcəsindən asılıdır.

Fəlsəfənin tədrisi metodikası tədris fəaliyyəti nəticəsində uğurların əldə edilməsi şərtləri haqqında bir elm sahəsidir. Metodik tövsiyələr iki zəmin üzərində qurulur: (1) ideallaşdırılmış model və ondan irəli gələn obyektiv tələblər və (2) uğurlu və uğursuz tədris təcrübəsinin dərk edilməsi.

Ideallaşdırılmış modelin xarakteristikasını təşkil edən və bundan irəli gələn metodik və psixoloji-pedaqoji tələblər aşağıdakılardar:

1. Tələbə tədris fəaliyyətinin obyekti yox, tədris prosesində bərabər hüquqlu partnyor-subyekti olmalıdır. Subyekt-tələbə simasında təlimlə tədris qovuşur. Dərs fənninin fəal təlimindən ibarət olan tədris prosesinə tələbənin aktiv müsbət münasibəti olmadan tədrisin obyektiv məqsədinə nail olmaq qeyri-mümkündür. Birinci metodik tövsiyə ondan ibarətdir ki, müəllim tərəfindən tələbə ümumi tədris prosesinin subyekti kimi nəzərdə tutulmalıdır və təlimdə onun fəaliyyəti maksimal dərəcədə aktivləşdiririlməlidir.

2. Müəllim - yad biliklərin cansız ötürücü aparatı deyil, məqsədləri müəyyən edib burada tədris metodlarından istifadə edərək biliklər sistemini formalaşdıran azad yaradıcı insandır. İkinci metodik tövsiyə: tələbələrin təliminin obyektiv şərtlərini nəzərə alan dərrakəli, səmərəli məqsədləri qoy; öyrədilən biliklər müəllimin özü tərəfindən anlanılmış və qəbul edilmiş, emal edilmiş olmalıdır ki, tədrisin prosesi yüksək səviyyədə getsin. Üçüncü metodik tövsiyə: tələbəyə, yalnız sahib olduğun peşəkarlıq dərəcəsinə və sənin maraq və imkanlarına cavab verən metodları və fəndləri seç. Ümumiyyətlə və fəlsəfədə xüsusi olaraq peşəkar materiala yiyələnmə anlayışına həmin elmin müasir paradiqması daxil edilməlidir.

3. Ünsiyyətlə bağlı informasiyaya aid amil - bunun məzmununu biliklərin və bacarıqların ötürülməsi yollarının öyrənilməsi təşkil edir. Ötürülmənin qanunauyğunluqlarından və informasiyanın istifadəsi xüsusiyyətlərindən irəli gələn tələblər mütləq nəzərə alınmalıdır. Dördüncü metodik tələb: informasiya münasib olmalıdır. Beşinci tələb: münasibliyin dəqiqləşdirilməsi üçün əks əlaqənin qaydaya salınması olduqca vacibdir. Əks əlaqənin təminatı metodları və formaları: tələbələrə sualları verilməsi və onların buna verməyə vadar etməsi; müxtəlif üsullarla sorğuların keçirilməsi (yoxlama sualları, qısa yazı işləri və başqaları) vacibdir. Tədrisin materialının obyektiv və subyektiv şərtləri var ki, onları gözləmək lazımdır. Altıncı metodik tələb: məntiqi obyektiv məqsədə və qarşıya qoyulan subyektiv məqsədlərə uyğun olaraq materialı təşkil et və seç, sənin fənninlə tələbənin məşğul olmağa müvəqqəti imkanlarını nəzərə al.

4. Tədrisin ünsiyyət tərəfini təşkil edən amil. Artıq qeyd edilmişdir ki, tədris prosesində müəllim-tələbə subyektləri arasında ünsiyyət formalaşır, burada tərəflər bir-birinə emosional-psixoloji və mənəvi təsir göstərirlər. Qurulmuş əlaqələrin xarakterindən rabitə-informasiya tərəfinin səmərələliyi xeyli dərəcədə asılıdır. Tələbənin tədris fənnə münasibəti müəyyən dərəcədə müəllimin şəxsi xarakteristikalarının təsiri altında formalaşır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin