Мцндяриъат


Elmi-tədqiqat işlərinin (ETİ) aparılmasının elmi-texniki şəraitləri



Yüklə 1,07 Mb.
səhifə5/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   2   3   4   5   6   7   8   9   ...   12

3.2.Elmi-tədqiqat işlərinin (ETİ) aparılmasının elmi-texniki şəraitləri


Bir elmi rəhbərə düşən kiçik elmi əməkdaşların, mühəndislərin, texniklərin, laborantların sayı; institutun köməkçi bölmələrlə əlaqədar iş yerinin təşkili; iş yerlərinin müasir avadanlıqla təchizatı; laboratoriyalarda estetik və psixoloji şəraitin yaradılması, ETİ-nin elmi texniki şərtlərilə bağlıdır.

Sahə ETİ-da elmi iş rəhbəri ümumi işçilərin 23%-ni, tədqiqatçılar isə 20-35%-ni təşkil edir.

26 nəfər işçisi olan şöbədə mövzu rəhbərləri 6 nəfər, qulluq edən personal 7 nəfər, kiçik elmi işçilər 13 nəfər təşkil etməlidir.

Q.M.Dovrovun qənaətinə görə bir elmi rəhbərin 15-20 əməkdaşı olduqda, elmi işin səmərəsi 90% təşkil edir.

Əməyin elmi təşkili texnika ilə insanların istehsalat prosesində birləşməsinə səbəb olur və əmək və maddi resursların effektli istifadəsini, məhsuldarlığın yüksəlməsi, əməyin tədricən həyat tələbatına çevrilməsini təmin edir.

Əmək kollektivində çalışanlar əməyə, dövlət və əmək intizamına tabe olmalıdırlar, alimlərin qüvvəsi isə perspektiv istiqamətə yönəlməlidir. Alimin əməyi yaradıcı fəaliyyətdir, bu isə fikir yeniliyi və orjinallığı ilə seçilir.

Tədqiqatçıların əməyi hipotez irəli sürməkdə və nəzəriyə işləməkdən ibarətdir. Bunun üçün çoxlu sayda məlumat işlənməli və eksperimentlər aparılmalıdır (qaralama işləri). Yaradıcılıq işilə qaralama işinin birləşməsinin səmərə verməsi üçün hesabat işləri, məlumatlar avtomatlaşdırılmalıdır.

İş yerlərinin müasir avadanlıqlarla təchizi, estetik və psixoloji şəraitin yaradılması, əməyin təşkilində və məhsuldarlığın artırılmasında mühüm yer tutur. İşdə normal şəraitin yaradılması üçün rəhbərdən icraçının sərbəstliyni almamaq, xırdaçılıqlar etməmək, tabeçilikdə olan işçilərdə özlərinə inam yaratmaq, onlarda sərbəst nəticə çıxartmağı aşılamaq tələb olunur.

Normal iş şəraitində hər işçiyə 6-8 m2 mebel avadanlıq tələb olunur. Zəif işıqlandırma, qaranlıq və səs işçinin əmək məhsuldarlığını aşağı salır. Bunları nəzərə almaq vacibdir.

Əməyin rasional təşkilinin tətbiqi elmi kadrların fəallığının və ixtisaslaşmasının səviyyəsini artırır. Konstruktorun işinin elmi təşkili onun üsulların axtarışına, müddətinin və dəyərinin azaldılmasına gətirib çıxardır.

Konstruktor işi yaradıcı və texniki prosesləri birləşdirir. Konstruktor iş vaxtının 50-80%-ni texniki işlərə sərf edir. Konstruktorun işinin məhsuldarlığını artırmaq məqsədilə artıq işləri təxirə salmaqla vaxta 20%, yeni işləri birləşdirməklə – 20-50%;qənət etmək mümkündür, mühəndis işlərinin 1,5-3 dəfə mexanikləşdirilməsi vacibdir. Hərəkət qurğusu ilə təchiz edilmiş çertyoj lövhəsi quraşdırılmalıdır.

Yeni məmulatların yaradılması üçün konstruktor böyük qaralama işi aparmalıdır. Az zaman sərfini təmin etmək üçün orjinal hissələrin 20-25%-dən istifadə edilməlidir.




IV F Ə S İ L

TƏDBIQI ELMI TƏDQIQATIN VƏ TƏCRÜBİ KONSTRUKTOR IŞLƏRININ (TKİ ) PLANLAŞDIRILMASI

4.1. Elmi- tədqiqat işlərinin yerinə yetirilmə mərhələləri


ETİ-nin planlaşdırılması və yerinə yetirilməsi. Fundamental xarakterli elmin planlaşdırılması, vacib istiqamətlərin seçilməsi alimlər və elmi müəssisələr arasında səmərəli bölünməsindən ibarətdir. Planlaşdırma yalnız tətbiqi ETİ üçün mümkündür. Tətbiqi işlər texniki proqresin, əmək məhsuldarlığının artırılmasının, materialların enerji tutumununun və metal tutumunun azaldılmasının mənbəyidir. Bu səbəbdən tətbiqi işə başlamamışdan əvvəl onun səmərəliliyinin iqtisadi əsaslandırılması vacibdir. Analizdə, planlaşdırmada metodikliyi təmin etmək üçün tədqiqatların və təcrübə–konstruktor işlərinin aparılmasında mərhələlərin ardıcıllığı saxlanılmalıdır. Fundamental və tətbiqi tədqiqatların keçdiyi axtarış işləri üçün aşağıdakı mərhələlər məqsədə uyğun sayılır.

Birinci mərhələ-hazırlıq: Bura aşağıdakılar daxildir: patent məlumatlarının analizini daxil etməklə daxili və xarici mənbələrdəki məlumatların toplanması, öyrənilməsi və analizi; xarici mənbələrdə olan analoqlar; başqa təşkilatların təcrübəsinin öyrənilməsi; xülasə materiallarının tərtibi; tədqiqatın mümkün istiqamətlərinin tətbiqi, tədqiqatın mövzu üzrə aparılmasının ilkin texniki-iqtisadi əsaslandırılması; texniki tapşırığın işlənməsi və təsdiqi; icraçıların tərkibinin təyin edilməsi; işlərin təqvim planı və smeta kalkulyasiyasının işlənməsi və təsdiqi; lazım gəldikdə şəbəkə qrafiklərinin tərtibi.

İkinci mərhələ–mövzunun nəzəri hissəsinin tərtibi: nəzəri materialın ümumi-ləşdirilməsi və əsaslandırılması, tədqiqatın əsas proseslərinin hesabatı və model-ləşdirilməsi; eksperimental tədqiqatların aparılması üçün proqram və metodikanın işlənməsi, laboratoriya stendlərinin layihələndirilməsi və hazırlanması.

Üçüncü mərhələ-eksperimental işlər və sınaqlar: laboratoriya şəraitində eksperi-mental işlərin aparılması, nəticələrin istehsalat şəraitində yoxlanılması, sınaqların nəticələri üzrə hesabatın korektə edilməsi, bu işlər üzrə nəticələrin çıxarılmasına hazırlıq.

Dördüncü mərhələ-tövsiyyələrin hazırlanması. Tədqiqatların nəticələrinin ümumiləşdirilməsi, mövzuya dair təklif və tövsiyyələrin işlənməsi, şurada tədqiqat-ların nəticələrinə baxılması.

Tətbiqi ETİ DST.15.1001-80 müvafiq olaraq aşağıdakı mərhələlərdən ibarətdir: Birinci mərhələ –ETİ-nin texniki tapşırığının (TT) işlənməsi. ETİ-nin TT-ğı işin məqsədini, məzmununu və yerinə yetirilmə qaydasını təyin edən ilkin mütləq sənəddir. Bu mərhələdə elmi-texniki ədəbiyyat toplanır, normativ–texniki sənədləşmə, analoqlar və başqa materiallar istismar haqqında məlumatlar verilir; analitik xülasənin və tədqiqatın məqsədinin təşkili; məsələnin həlli istiqamətlərinin təşkili və onların müqaisəli qiymətləndirilməsi və ETİ-nin nəticələrinin tətbiqindən əldə olunan iqtisadi səmərə göstərilir.



ETİ-nin texniki tapşırığı aşağıdakı bölmələrdən ibarətdir: Birinci mərhələ- işin yerinə yetirilməsinin əsası, işin aparılması üçün ilkin verilənlər və məqsəd, ETİ-nin mərhələləri, ETİ-nin yerinə yetirilməsinə əsas tələblər; ETİ-nin nəticələrinin realizə üsulları, işin axırında təqdim olunacaq texniki sənədləşmənin siyahısı, ETİ-nin baxılma və qəbul qaydaları, ilkin texniki-iqtisadi əsaslandırılma və əlavələr.

İkinci mərhələ–tədqiqatın istiqamətinin seçilməsi. Buraya tədqiqatın istiqamətinin seçilməsi, əsaslandırılması və qoyulmuş məsələlərin həlli üsulları, gözlənilən göstəricilərin analoji məmulatların göstəriciləri ilə və ya normativ – texniki sənədləşmə ilə müqaisəsi, işin məzmununun xülasəsi, hesabatın tətbiqi və ona baxılması (lazım gəldikdə) daxildir.

Üçüncü mərhələ-nəzəri və eksperimental tədqiqatlar iki sərbəst mərhələyə bölünür: nəzəri və eksperimental. DST 15.1001-80 müvafiq olaraq mərhələlərin bölünməsi, əlavə edilməsi və ya çıxarılması, o cümlədən onların məzmununun dəqiqləşdirilməsi mümkündür.

-nəzəri tədqiqatlara işçi hipotezlərin işlənməsi, obyektin modelinin qurulması, ehtimalların əsaslandırılması, tədqiqatın optimal variantlarının seçilməsi, yeni sxemlərin hesablanması və işlənməsi, yeni materialların axtarılması, texnoloji



proseslərin və istehsalat təşkili sisteminin təkmilləşdirilməsi: tədqiqat olunmalı asılılıqların seçilməsi, tədqiq olunan faktorların keyfiyyət və kəmiyyət səviyyələrinin seçilməsi və hadisənin riyazi modelinin qurulması daxildir.

-eksperimental tədqiqatlara isə nəzəri tədqiqatların ayrı-ayrı müddəalarının təsdiqi məqsədilə və ya parametrlərinin konkret qiymətlərinin alınması üçün eksperiment-lərin aparılması; eksperimental tədqiqatların proqram və metodikasının işlənməsi, bü-tün iş üzrə plan qrafikinin tərtib edilməsi, modellərin və sınaq avadanlıqlarının hazır-lanması, eksperimentin aparılması və alınmış nəticələrin işlənməsi, eksperimentin nəticələrinin nəzəri tədqiqatlarla müqaisəsi, obyektin nəzəri modellərinin korrektə edilməsi və əlavə eksperimentlərin aparılması, tədqiqatın nəticələrinin tətbiqinin səmərəliliyinin və ara hesabatın tərtibi daxildir.



Dördüncü mərhələ-tədqiqatların nəticələrinin ümumiləşdirilməsi və qiymətləndirilməsi. Bu mərhələyə aşağıdakılar daxildir: işin əvvəlki nəticələrinin ümumiləşdirilməsi; məsələnin həllinin tamlığının qiymətləndirilməsi, əlavə tədqi-qatların aparılması, o cümlədən, patent, ayrı-ayrı müəssisələrdə ETİ-nin nəticələrinin tətbiqi; hesabatın tətbiqi, tətbiqdən gözlənilən iqtisadi səmərənin təyini, məlumatın işlənməsinə, texniki tapşırığa texniki tələbatın tərtibi; elmi şurada məlumatın işlən-məsinə aid TT-in hesabatının və texniki təlimatın müzakirəsi; işin bütövlükdə qəbulu.

Tətbiqi tədqiqatın mərhələləri və faiz nisbətləri. İşçi proqramlar tərtib edildikdə aşağıdakı faiz nisbətləri nəzərə alınır:

1.Analitik xülasə, texniki-iqtisadi əsaslandırma və tədqiqatın məqsədi, ETİ texniki tapşırığın işlənməsi və təsdiqi üçün 10-17%,

2.Nəzəri tədqiqatlar – 7-18%

3.Proqram və metodikanın işlənməsi–8-10%

4.Eksperimental nüsxənin və cihazların hazırlanmasına aid sənədlərin işlənməsi

və eksperimental tədqiqatlar -30-44%

5.Tədqiqatın nəticələrinin təcrübi-istehsalat yoxlanışı 4-10%

6.İşin iqtisadi səmərəsinin qiymətləndirilməsi-3-5%

7.Məmulata və ya materiala aid texniki layihə tapşırığı ilə birlikdə hesabatın hazırlanması 7-11%

8.Yuxarı təşkilatlara təqdim etmək üçün işin yekunlarının hazırlanması 7-9%



DST, sahə normalarının, idarəedici materialların və normativlərin tətbiqi üçün tədqiqat işinin mərhələləri, DST 15.1001-80 görə nəzərdə tutulmur. DST-nin tələblərini nəzərə alaraq aşağıdakıları məsləhət görmək olar:

Birinci mərhələ-hazırlıq. Bu mərhələyə aşağıdakı işlər daxildir: məlumatların yığılması, öyrənilməsi və analizi, o cümlədən, daxili və xarici mənbələrə əsasən patent məlumatları. Qabaqcıl təcrübənin və başqa materialların öyrənilməsi, xülasə sənədinin tərtibi.

İkinci mərhələ-texniki tapşırığın işlənməsi. Buraya aşağıdakılar daxildir: ETİ-nə texniki tapşırığın işlənməsi, icraçıların tərkibinin müəyyən edilməsi, tapşırığın icraçılarla razılaşdırılması, texniki tapşırığın təsdiq edilməsi, rəy sənədin layihəsinin təqdim olunacaq təşkilatların siyahısının tutulması, təqvim planının tətbiqi və mövzunun kalkulyasiyası, lazım gəldikdə şəbəkə qrafikinin tərtibi.

Üçüncü mərhələ – nəzəri hissənin işlənməsi : Buraya aşağıdakı işlər daxildir: Forma və sistemlərin optimal konstruksiyasının seçilməsi, həllərin nəzəri əsaslandırılması, lazım gəldikdə eksperimental nüsxənin hazırlanması, maketlərin hazırlanması, cədvəllərin, normativlərin və başqa sənədlərin işlənməsi.

Dördüncü mərhələ – eksperimental tədqiqat, yəni eksperimental işlər tsiklinin işlənməsi.

Beşinci mərhələ-birinci redaksiyanın yaradılmasına aşağıdakı işlər daxildir: DST-in birinci redaksiyasının layihəsinin tərtibi, normaları normativlərin və başqa idarəedici materialların işlənməsi: marağı olan təşkilatlara ilkin redaksiyanın göndərilməsi, marağı olan təşkilatların və müəssisələrin rəyinin anları və sistemləşdirilməsi.

Altıncı mərhələ – ikinci redaksiyanın təşkili. Buraya aşağıdakı işlər daxildir: marağı olan təşkilatların təklifləri nəzərə alınmaqla DST-in layihəsinin, normaların, normativlərin və başqa idarəedici materialların ikinci redaksiyasının təşkili, idarəedici sənədin layihəsinin yekun redaksiyasına əsasən ekspert müşavirənin və elmi-texniki şuranın keçirilməsi, elmi-texniki şuranın qeydləri əsasında sənədin korrektə edilməsi.

Yeddinci mərhələ-texniki hesabat: DST-in layihəsinin, normaların, normativlərin və başqa idarəedici materialların ikinci redaksiyasının təsdiqə verilməsi; işlənmənin tədqiqindən gözlənilən iqtisadi səmərənin əsaslandırılması.

Səkkizinci mərhələ – tətbiq: təsdiq edilmiş materialların nəşri, təsdiq edilmiş DST-in, normaların, normativlərin və başqa idarəedici sənədlərin tərtibi.

Təcrübə-konstruktor işlərinin mərhələləri. Burada DST 2.103-68-ə uyğun olaraq işlənmə mərhələləri tərtib edilir.

Birinci mərhələtexniki tapşırıq: Məlumatın, o cümlədən, patentlərin toplanması, öyrənilməsi, analizi; başqa təşkilatların təcrübəsinin öyrənilməsi, icraçıların və işin tərkibinin təyini; təqvim planının tərtibi. İşin nəticələrinin tətbiqinin ilkin iqtisadi səmərəsinin təyini; məmulata aid texniki tapşırığın razılaşdırılması və təsdiqi.

İkinci mərhələ – texniki təklif; Mövcud nüsxələrin analizi, konstruktiv xüsusiyyətlərinin və istismar göstəricilərinin qiymətləndirilməsi, texniki təklifin işlənməsi; texniki təklifin öyrənilməsi və təsdiqi.

Üçüncü mərhələ–eskiz layihəsi; Patent tədqiqatlarının aparılması, optimal variantın konstruktiv işlənməsi, məmulatların əsas hissələrinin çəkilməsi, obyektin ümumi görünüşünün dəqiqləşdirilməsi, kinematik sxemin, sikloqramın və ya ilkin prinsipial sxemin işlənməsi, lazım gəldikdə obyektin maketinin hazırlanması, obyektin konstruksiyasının və işinin təsviri, məhsuldarlığın və texniki iqtisadi göstəricilərin dəqiqləşdirilməsi, obyektin və prinsipin tərkib hissələrinin yoxlanılması məqsədilə ayrı-ayrı hissələrin maketlərinin, konstruktor sənədlərinin hazırlanması; layihəyə izahat məktubunun tərtibi, elmi-texniki şurada eskiz layihəsinə baxılması, şuranın rəyi əsasında layihənin korrektə edilməsi.

Dördüncü mərhələ–texniki layihə: Sxemlərin və texniki hesabatların detal-laşdırılması, ümumi görünüş çertyojlarının işlənməsi, standartlaşdırılmış və normallaşdırılmış hissələrin tətbiq olunma imkanlarının müəyyən edilməsi, hər bir detalın xüsusiyyətinin tərtibi, elmi-texniki şurada texniki layihəyə baxılması və onun təsdiqi, şuranın iradları əsasında sənədlərin korrektə edilməsi.

Beşinci mərhələdə–işçi sənədlərin işlənməsi. Bu mərhələ üç sərbəst mərhələyə bölünür.

- təcrübə nümunəsinin və ya partiyasının işçi sənədinin işlənməsi, təcrübə nüs-xəsinin hazırlanmasına və sınağına lazım olan konstruktor sənədlərinin işlənməsi, təcrübə nüsxəsinin hazırlanması və zavod sınaqları nəticələrinin konstruktor sənəd-lərinin korrektə edilməsi; təcrübə nüsxəsinin dövlət qəbulu və s. sınaqları, bu sınaqla-rın nəticələri əsasında konstruktor sənədlərinin korrektə edilməsi.

-qurğu seriyalarının işçi sənədlərinin işlənməsi, qurğu seriyasının hazırlanması və sınağı, aparıcı tərkib hissələrinin texnoloji prosesinin təchizi və hazırlanması, sınaq nəticələrinə əsasən konstruktor sənədlərinin korrektə edilməsi.

-serialı və kütləvi istehsalatın işçi sənədlərinin işlənməsi, kontrol seriyasının hazırlanması və sınağı, nəzarət seriyanın hazırlanması, nəticələrinin sənədlərinin kor-rektə edilməsi.

Qeyd:

1. Maketlərin hazırlanmasına lazımi sənədlər icraçı tərəfindən təyin edilir;



2. Maketin hazırlanması üçün konstruktor sənədləri məmulatın iş prinsipi və ya eskiz layihəsi mərhələsinin tərkib hissələrinin yoxlanması, işlənən məmulatın və ya onun tərkib hissələrinin konstruktiv həllinin yoxlanması, texniki layihə mərhələsində ayrı-ayrı hissələrin əvəz olunmasının məqsədəuyğunluğunun yoxlanması məqsədilə işlənilir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin