2.6. Müasir elmdə nəzəriyyənin və eksperimentin nisbətləri
Bu məsələ yuxarıda izah olunan elmi-tədqiqat işlərinin növlərindən asılıdır.
Tətbiqi institutların verdiyi iqtisadi məlumatlara əsasən vəsait axtarış işləri üzrə 10-15%, tətbiqi tədqiqatlarda 80-85%, nəzəri tədqiqatlarda isə 3-5% təşkil edir.
Tətbiqi ETİ mərhələlərinin əhatə vaxtı faizlərlə aşağıdakı kimi təşkil edir: hazırlıq mərhələsi 26-29%; nəzəri hissənin işlənməsi 25-27%; stendlərin, maketlərin layihələndirilməsi və hazırlanması 5 %; eksperimental işlər təcrübə nümunələrinin sınağı, tədqiqata korrektə etmək 35-36%; eksperimental tədqiqi 3%; hesabatın tərtibi (hər fəsil üçün ayrılıqda hesabat yazılır) 3-6%.
ETİ-nin mərhələlərinin dəyərinin ümumi dəyərə nisbəti faizlə aşağıdakı kimidir: hazırlıq mərhələsi 9-10%; mövzunun nəzəri hissəsinin işlənməsi 29-31%; maketlərin, stendlərin, sınaq və nəzarət vasitələrinin layihələndirilməsi və hazırlanması-17-21%; eksperimental işlər, sınaq nümunəsinin sınağı, tədqiqata korrektə etmək 34%, ayrı-ayrı müəssisələrdə eksperimental tətbiq4-5%; e.t.i. təqdimi haqqında hesabatın və aktların tərtibi-3-7% olur.
Əmək sərfinin nisbəti: hazırlıq mərhələsi-5-10%; nəzəri tədqiqat 30-40%; maketləşdirmə və eksperimental işlər 50-60%; elmi hesabatın tərtibi 5-10% təşkil edir.
«Tədqiqat-istehsal» tsiklinin yekun mərhələsini maşınların hazırlanması və tam həcmdə maketlərinin sınağı təşkil edir (cədvəl 2.1.) Bu mərhələ konstruktor bürosunda aparılır.
Maşınların sınaq nümunələrinin layihələndirilməsi, yaradılması və sınağı təcrübə-konstruktor işlərinin əsasını təşkil edir.Tətbiqi tədqiqatların, təcrübə-konstruktor və layihə-texnoloji işlərin nəticələri maddi məhsul şəklində realizə olunur.Elm istehsalat birliklərin təcrübəsinə əsasən işçilərin kateqoriyasına görə əmək şəraitinin nisbəti aşağıdakı cədvəldəki kimi bölünür.
Cədvəl 2.1
«Tədqiqat-istehsalat» tsiklində mərhələlər üzrə və işçilərin kateqoriyasına görə əmək sərfinin nisbəti, %-lə
s/s №
|
İşçilərin kataqoriyası
|
Elmi-tədqiqat işləri daxil edilmiş mərhələlər
|
İşçilərin
kateqoriyasına
görə orta
əmək sərfi
|
Eskiz proekti
|
Texniki
proyekt
|
İşçi layıhə
|
Nümunə
hazırlanması
|
Dövlət
sınaqları
|
1
|
Tədqiqatçılar
|
59
|
48
|
18
|
15
|
44
|
36,8
|
2
|
Konstruktorlar
|
18
|
26
|
53
|
19
|
22,5
|
27,7
|
3
|
Texnoloqlar
|
5
|
8
|
8
|
8
|
5
|
6,8
|
4
|
Maket emelatxanaların
Işçiləri
|
9
|
6
|
1
|
1,5
|
3,5
|
4,2
|
5
|
Mühəndis və istehsalat təminatı
şöbələrinin işçiləri
|
9
|
6
|
1
|
1,5
|
3,5
|
4,2
|
6
|
Təcrübə zavodunun işçiləri
|
-
|
-
|
8
|
52
|
18
|
15,6
|
|
Cəmi
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
III FƏSİL
ELMİ TƏDQİQAT İŞLƏRİNİN PROQNOZLAŞDIRILMASI VƏ APARILMA ŞƏRAİTİ
3.1 Elmi istiqamətlərin proqnozlaşdırılması
Elmi istiqamətlərin proqnozlaşdırılması iqtisadçıların verdikləri aşağıdakı göstəricilər əsasında aparılır. Ekstropolyasiya, ekspert qiymətlər, morfoloji bölünmə və modelləşdirmə.
Ekstropolyasiya üsulu keçmiş hadisələrin gələcək zamana keçirilməsidir. Bu müddət 3 dəfə artıq olmalıdır. Ekstropolyasiya üsulu zaman funksiyasında əksini tapmış dinamik sırada istifadə edilir. Rəqəm parametri olmadıqda ekstropolyasiya üsulu istifadə edilmir.
Ekspert qiymətləndirmə üsulu proqnozlaşdırma məsələsinə dair ekspertlərin cavablarına əsaslanır.
Morfoloji üsul problemlərin məqsədinə bölünməsinə əsaslanır və bunların hər birinə isə proqnozlaşdırma strategiyası nəzərdə tutulur. Bunun əsasında kvantlama matrisi alınır. Hər strategiya üçün riyazi gözləmə təyin edilir. Maksimal riyazi gözləmə optimal və ya palyar strategiya deməməkdir.
Modelləşmə üsulu hadisəni logik, məlumat və riyazi modellər, analogiyalara və s. bölmək məqsədilə aparılır. Bu proqnozlaşdırmanın ən dəqiq üsuludur.
Dostları ilə paylaş: |