Мцндяриъат


Planlaşdırılan ETİ-nin fraqmentləri



Yüklə 1,07 Mb.
səhifə7/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   2   3   4   5   6   7   8   9   ...   12

4.4. Planlaşdırılan ETİ-nin fraqmentləri


Aşağıda misal olaraq planlaşdırılan işin fraqmentləri verilir.

Mövzu: Qarğıdalıyığan və silosyığan aqreqatın iş rejiminin əsaslandırılması.

Bölmələr:

1. Nəzəri tədqiqatlar.

2. Laboratoriya tədqiqatları.

3. Laboratoriya-sahə tədqiqatları.



Məqsəd: Rasional komplektləşmə və səmərəli iş rejimi tətbiq etməklə qarğıdalıyığan və silosyığan kombaynların istifadəsinin səmərəsinin artırılması.

İşin məzmunu: Qarğıdalıyığan və silosyığan aqreqatların komplektləşdirilməsinə və iş rejiminə dair tövsiyyələrin işlənməsi üçün nəzəri, eksperimental, laboratoriya və sahə tədqiqatları aparılmalıdır. Mühərrikin dirsəkli valının verilən yükdən asılı olaraq bucaq surətinin dəyişmə qanunları nəzəri tədqiqatlarla təyin edilir. Sahə şəraitində qarğıdalıyığan aqreqatların əsas dinamik xarakteristikaları eksperimental yolla təyin edilir.Nəzəri və eksperimental tədqiqatlar əsasında yığan aqreqatların komplektləşdirmə üsulları və səmərəli iş rejimləri seçilir.

alınacaq: Qarğıdalıyığan və silosyığan aqreqatların iş rejiminə və komplektləşdirilməsinə dair tövsiyələr.

Tətbiqin həcmi növü: Qarğıdalıyığan kombaynların konstruktiv təkmilləşdirilməsinə dair nəticələr zavoda təqdim edilir, aqreqatların komplekt-ləşdirilməsinə və iş rejiminə dair tövsiyələr isə 1500-2000 sayda tirajla nəşr etdirilir.

Tədqiqat obyekti: Qarğıdalıyığan kombayn KKX-3, «Xersones7» və silosyığan kombaynlar, KS-2,6 aqreqat və dartma qüvvəsi 3 olan təkərli traktor.

Tədqiqatların aparıldığı yer: fermer təsərrüfatı.

Mövzunun yerinə yetirilmə müddəti: 3 il.
Proqram:

1. Kombaynın dinamik göstəricilərinin gətirilmiş ətalət momentinin eksperimental tədqiqatları.

2. Laboratoriya şəraitində traktorların mühərriklərinin xarakteristikalarının tədqiqi.

3.Sahə şəraitində aqreqatların energetik göstəricilərinin tədqiqi.

4.Qarğıdalıyığan aqreqatların iş rejiminin və tərkibinin təyini, onların texniki- iqtisadi qiymətləndirilməsi.

Metodika: Tədqiqat obyektləri: üç KS-2,6 silosyığan kombaynı, DT-75, T-150 traktorları ilə aqreqatlaşan üç qarğdalıyığan kombayn «Xersones-7», «Xersones-6», və KKX-3.Dövr edən çəki ətalətinin qüvvəsini nəzərə almaqla kombaynın dinamik göstəriciləri laboratoriya şəraitində riyazi rəqqas üsulu ilə təyin edilir. Alınmış nəticələr riyazi statistika üsulu ilə yoxlanılır.

Ətalət momenti təyin edildikdə kütlə 0, 1 kq, rəqslər dövrü 2% dəqiqliklə ölçülür.

KS-2,6 kombaynı qarğıdalı silos üçün yığıldıqda, digər kombaynlar isə qarğıdalı dən üçün yığıldıqda istifadə edilir.

Qarğıdalıyığan aqreqatların sınağı 50 x15 sm sxemalı düz relyefli sahədə aparılır. Sahələr arasında aqreqatın hərəkəti və aparaturanın quraşdırılması üçün 8-10 m enində zolaqlar ayrılır. Sınaq aparıldıqda aşağıdakı göstəricilər yoxlanılır: gün ərzində üç dəfə standart metodikaya uyğun olaraq torpağın bərkliyi və rütubətliyi, qarğıdalı dəninin rütubətliyi, bitkilərin sıxlığı və ölçüləri (diametr, hündürlük və s.); bitkilərin əyilmə dərəcəsi standart metodikaya uyğun olaraq yoxlanılır.

Qarğıdalıyığan aqreqatların laboratoriya-sahə sınağı zamanı aşağıdakı göstəricilər beş dəfə təkrarlanmaqla ölçülür. Sahənin uzunluğu (ölçü lenti ilə 10 sm qədər dəqiqliklə), aqreqatın ölçü sahəsini keçdiyi vaxt-1,5 saat müddətində 20 saniyəyə qədər dəqiqliklə saniyə ölçənlə təyin edilir;

Dartı müqaviməti-tenzometrik qurğu ilə 2% qədər dəqiqliklə, güc ayrıcı valda müqavimət momenti-tenzometrlik rotasion dinamometlərlə 3% qədər dəqiqliklə; Dirsəkli valın fırlanma tezliyi-induksiyalı datçiklə 0,1% qədər dəqiqliklə;Güc ayrıcı valın fırlanma tezliyi induksiyalı datçiklə 0,05 1/s qədər dəqiqliklə;

Aqreqatın çəkisinə görə məhsuldarlığı-poçt tərəzisində 0,5 kq qədər dəqiqliklə çəkilir. Qüvvələrin və müqavimət momentlərinin dəyişmə qiymətləri və xarakteri tenzometrlik laboratoriyada quraşdırılmış ossilloqrafla təyin edilir.Osilloqrafın göstəriciləri ordinat üsulu ilə işlənir. Osilloqrafın kvantlama addımı 0,62-0,05 saniyə qəbul edilir. Alınmış variasiya sıraları elektron – hesablama maşınında dəqiqləşdirilir. Ordinatın qiymətləri korrelyasiya funksiyasının 100 nöqtəsində təyin edilir.Alınmış nəticələr əsasında müvafiq qrafiklər və cədvəllər tərtib edilir.

Yekunda qarğıdalıyığan və silosyığan aqreqatların dinamik və energetik göstəricilərinin dəyişmə qanunları təyin edilir, həmçinin onların rasional tərkibi və iş rejimləri də təyin edilir. Aqreqatın hərəkət surəti, müqavimət momenti, intiqal gücü mexanikanın məlum düsturları ilə müəyyən edilir.

ETİ-nin mövzuya uyğun işlərinin təqvim planı bəndindən başqa digər bəndlər çətinlik törətmir:

Qeydiyyat kartının tərtibi. ETİ-nin qeydiyyatı və onların hesabatları üçün mikrokopiyaların fondu fəaliyyət göstərir. Bunu nəzərə alaraq ETİ planlaşdırıldıqdan və təsdiq edildikdən sonra qeydiyyat kartı tərtib edilib, otuz gün müddətində informasiya mərkəzinə təqdim olunmalıdır.


V FƏSİL

ELMI-TƏDQIQAT IŞLƏRININ HESABATININ TƏRTIBI

5.1. Hesabat və elmi-texniki informasiyanın dövlət sistemi

Hesabatın tərtibi elmi tədqiqatın və yaradıcılıq prosesinin ayrılmaz hissəsidir. Fundamental, axtarış və tətbiqi elmi-tədqiqat işlərinin hesabatları DST-na uyğun tərtib edilir. ETİ-in hesabatı göstərilmiş iş haqqında yeganə elmi-texniki sənəddir. Bu sənəd informasiya kartı vasitəsilə Elmi İnnovasiyalar Mərkəzinin informasiya kanallarına daxil edilir. İnformasiya kartı mövzu üzrə iş başa çatdıqdan sonra tərtib edilir və mütləq sənəd sayılır.


5.2. ETİ-nin hesabatının tərtibinə dair əsas tələblər

ETİ-nin hesabatına ümumi halda aşağıdakılar daxildir: referat, giriş, analitik xülasə, işin istiqamətinin əsaslandırılması, nəzəri tədqiqatlar, eksperimental tədqiqatların proqram və metodikası, eksperimental tədqiqatların nəticələri, ümumi nəticələr və tövsiyələr.



Referat: hesabata tərkib hissə kimi daxil olmaqla informasiya kartında da olur. Hər iki növ referatda işin məzmunu və nəticələri öz əksini tapır. Bunlar arasında fərq ondadır ki, informasiya kartı üçün tərtib edilən peferatın həcmi kartın həcminə uyğun olmalıdır. Hesabatın referatı isə daha dolğun və həcmli ola bilər. İnformasiya kartının referatında vacib sözlər altından xətt çəkilməklə, hesabat referatında isə ayrıca yazılmaqla qeyd olunur.

Hesabatın referatı ümumi hesabatı əvəz etməlidir. Bu məqsədlə də referat tam və dolğun yazılmalıdır. Hesabatda işin əsas məsələləri, onların həlli yolları, alınmış nəticələr öz əksini tapmalıdır. Referatın əvvəlində hesabatın səhifələrinin sayı, cədvəllərin, qrafiklərin, çertyojların, şəkillərin və s. əlavələrin səhifələrinin sayı göstərilməlidir

Hesabatın məzmununu əhatə edən açar sözlərin siyahısı verilir. Açar sözlər – sənədin mətnində olan sözlərdən və ya söz birləşmələrindən təşkil olunmalıdır. Bu sözlər informasiya axtarışı nöqteyi-nəzərindən işin xüsusi mənasını aydınlaşdırmalıdır. Bu siyahida 5-dən 15-ə qədər açar sözlər (söz birləşmələri) olmalı, adlıq halda sətirlə çap olunmalı və vergüllə ayrılmalıdır.

Referatın tərtibi haqqında nümunə

REFERAT
Hesabat 1 (və ya bir neçə) kitab, 150 səh., 10 cədvvəl, 40 ədəbiyyat, 20 əlavədən ibarətdir.

TƏBİİ-İQLİM, İSTEHSALAT ŞƏRAİTİ, TEXNOLOJİ MAŞINLAR KOMPLEKSİ, MAŞINLAR SİSTEMİ, İQTİSADİ SƏMƏRƏ. TEXNOLOJİ XƏRİTƏ


Tədqiqat obyekti – Respublikanın bitkiçiliyi, istifadə edilən texnoloji maşınlar kompleksləridir.

Məqsəd – bitkiçiliyin prioritet istiqamətləri üzrə maşınlar sisteminin əsaslandırılması və texnoloji maşınlar komplekslərinin tərtib edilməsidir.

Prioritet bitkilər üzrə- taxıl, pambiq, qarğıdalı, tütün istehsalı üçün texnoloji xəritələr işlənib hazırlanmışdır. Təklif edilən texnologiyaların və maşınlar komplekslərinin iqtisadi səmərəliliyi təyin edilmişdir.

2006 …2010-cu illərə nəzərdə tutulan maşınlar sistemi, kənd təsərrüfatı texnikasının gətirilməsinin planlaşdırılması və onun seçimi zamanı istifadə edilməsi tövsiyə edilir.

Referatın optimal həcmi 1000-2000 çap işarəsi olmalıdır (0,6-1,2 maşın yazısı səhifə). Mətn aydın olmalı və yazı makinası 1,5 intervalla yazılmalıdır. Düsturlar, işarələr və düzəlişlər qara tuş və ya mürəkkəblə yazılmalıdır. Peferat hesabat tərtib edildikdən sonra yazılır və səhifə göstərilmədən girişdən əvvəldə yerləşdirilir.

Giriş. Burada qısa olaraq elmi və texniki problemin indiki vəziyyəti əks olunmalı, işin yeniliyi və aktuallığı açıqlanmalı, işin vacibliyi və məqsədi göstərilməlidir. İşin aparılmasından əldə olunan iqtisadi səmərənin göstərilməsi məqsədəuyğundur.

Bəzi hallarda «Giriş» əvəzinə «Müqəddimə» verilir. Giriş hesabatı başa çatdırdıqdan sonra yazılır. Birinci fəsildən əvvələ qoyulur və nömrələnir. Girişin optimal həcmi 4 səhifə olmalıdır.

Girişdə ədəbiyyat göstərilməməlidir, lakin istisna hal kimi ədəbiyyat mənbəyi sətiraltı mətndə qeyd oluna bilər. Analitik xülasə hesabatın birinci hissəsidir və qoyulmuş məsələnin tam, sistemli şəkildə və əsaslandırılmış analizini özündə əks etdirir. Xülasədə nəzəri və eksperimental tədqiqatların nəticələri; yeni ideya və problemlər, bu məsələlərin həlli yolları, iqtisadi və patent xarakterli materiallar təhlil olunur.

Analitik xülasədə tədqiqatların istiqamətlərinin inkişaf perspektivləri və onların həlli yolları açıqlanmalıdır. Analitik xülasə tədqiqat obyektinin seçilməsi, mövzunun istiqamətinin əsaslandırılması və tədqiqatın məsələlərinin tətbiqi ilə başa çatmalıdır.

İşin istiqamətinin əsaslandırılmasında məsələnin başqa mümkün həlli yolları göstərilir və seçilmiş həllin əsaslandırılması verilir. İşin məqsədəuyğunluğu texniki tapşırıqda və girişdə qeyd edilir.

Tədqiqatların məqsədi. Məqsəd cavabı tapılası suallardan ibarətdir. Bəzi hallarda məqsəd və məsələ üst-üstə düşür. Lakin tərtibləri ilə fərqlənirlər.

Tədqiqatın məsələsinə bütün işi əhatə edən suallar daxil edilir (nəzəri, statistik və ya eksperimental hissələr). Tədqiqatların məsələləri birinci bölmənin və ya «Analitik xülasənin» sonunda mövzu əsaslandırıldıqdan və işin istiqaməti təyin edildikdən sonra verilir.



Nəzəri tədqiqatlar ya məsələnin nəzəriyyəsi. Tətbiqi elmi-tədqiqat işində nəzəri tədqiqatlar elmi hesabatın ikinci hissəsini təşkil edir və birinci bölmə ilə birlikdə eksperimental tədqiqatın proqram və metodikası onun əsasında yazılır.

Mövzunun nəzəri tədqiqi hipotezin işlənməsindən başlanır: hadisənin inkişaf ehtimalı; asılı kəmiyyətlərin seçilməsi, tədqiqat faktorlarının kəmiyyət və keyfiyyət səviyyələrinin seçilməsi və s.

Hipoteza (fakt haqqında ehtimal) elmi nailiyyətlərə zid olmayan faktorların izah olunması üçün kifayət olan ehtimaldır. Hipotez təbii elmi biliklərin inkişaf düsturu, qanunların və elmi nəzəriyyənin əsası sayılır. Təcrübə və ya praktikada təsdiqini tapan hipotez elmi nəzəriyyəyə çevrilir.

Faktorlar arasında əlaqə adətən nəzəri tədqiqatlarla təyin edilir. Nəzəri analiz elmi-tədqiqat işinin bütün mərhələlərinin əsasını təşkil edir., görüləcək işlərin gedişini və yekun nəticəni əldə etməyə imkan verir. Nəzəri tədqiqatlara standart, plan və ya metodiki tətbiq daxil edilmir.

Bəzi hallarda elmi işçilər yalnız çoxsaylı təcrübələrin nəticələrinə əsaslanırlar. Lakin. alınan nəticə ümumi hal üçün çox vaxt aparır və yararlı olmur.

Metodika. Burada eksperimental tədqiqatların məqsədi və istiqaməti təyin edilməlidir. Eksperimental tədqiqatların metodikasının tərtibi ona görə vacibdir ki, nəzəriyyə tərəfindən qoyulmuş hər bir məsələnin həllində sınağın nəticəsinə, digər faktorlara təsir etməsin.

Tədqiqatların proqram və metodikası hesabatın üçüncü fəslidir. Bu fəslin əvvəlində eksperimental tədqiqatların məqsədi açıqlanmalıdır, sonra isə proqram verilir. Proqramda tədqiqat işlərinin yerinə yetirilmə ardıcıllığı göstərilir. Proqramdan sonra metodika verilir. Metodika hazırkı zaman üçün yazılır. Əgər metodika hər hansı bir standarta uyğun aparılarsa, bu zaman həmin metodikanın əsas müddəaları qeyd edilir.

Hər bir tədqiqatın əsasını elmi yaradıcılıq təşkil edir. Məsələnin tələblərə uyğun qoyuluşu, məsələnin təbiət qanunlarına uyğunluğu, elmin, texnikanın və istehsalatın müasir inkişaf mərhələsində məsələnin həlli mümkünlüyü, məsələnin həllinin ümumi sxeminin işlənməsi və eksperimentin seçilməsi, eksperimentin əsas nəticələrinin təhlili və qoyulmuş məsələ ilə dialektik asılılığı tədqiqatda aydınlaşdırılmalıdır.

Problemin həllində və metodikanın işlənməsində müxtəlif sahələrdə məşğul olan alimlərin kollektiv yaradıcılığı məqsədə uyğundur.

Təcrübə və müşahidələrın aparılması. Tədqiqatların bu hissəsinə proqram və metodikaya uyğun olaraq təcrübələrin yerinə yetirilməsi daxildir. Alınmış nəticələr müşahidə jurnalına qeyd olunur, hər təcrübədən sonra nəticələr işlənilir, sonra qrafik və ya cədvəl tərtib edilir.

Təcrübə və müşahidələr nəzəri müddəaları təsdiq etmək üçün və tədqiqat obyektində baş verən hadisələri üzə çıxarmaq məqsədilə aparılır.Yekun mərhələsi olaraq nəticələr icraçılar tərəfindən müzakirə edilir.

ETİ-də aşağıdakı xarakterdə səflər ola bilər: tədqiqat obyektinin uğursuz seçilməsi, işlənmənin səmərəsinin ilkin hesablanmasının aparılmaması, tədqiqatların məq-sədlərinin dəqiq tərtib edilməməsi, tədqiqatların nəticələrinin dəqiqləşdirilməməsi, tədqiqatların proqram və metodikasının pis işlənməsi, tədqiqat obyektinin sayının az olması, tədqiqatların lazımi şəraitdə aparılmaması, təcrübələrin aparılma müddətinin uzadılması nəticəsində aktuallığın itməsi, tədqiq olunan məsələnin nəzəri işlənməsinin aparılmaması və s.

Təcrübə yaxud eksperimental göstəricilərin nəticələrinin işlənməsi və təhlili

Tədqiqatların bu mərhələsinin məqsədi təcrübələrin nəticələrinin ardıcıl yığılması, bəzi xarakteristikaların hesablanması, eksperimental göstəricilərin işlənməsi, ümumi nəticələrin interpretasiyası, nəzəri işlənmələrdir.

Eksperimentlərin nəticələrinin işlənməsi və ümumiləşdirilməsi prosesinə riyazi təsviri bağlılığının funksional və cədvəl formasının tapılması, təcrübi funksiyaların İnterpolyasiyası və ekstrapolyasiyası, differensə və inteqrə edilməsi və s.daxildir.

Eksperimental tədqiqatların nəticələri laboratoriya, sahə laboratoriyası və təsərrüfat sınaqlarına əsasən açıqlana bilər. Bu halda tədqiqatların nəticələrini və təhlili fəsillərə bölmək lazımdır.

Tədqiqatçılar və alimlər: Tədqiqat özündə rəhbəri və məsul icraçıları birləşdirən qrup tərəfindən icra edilir. Deməli ETİ-nin bütün işçiləri tədqiqatçıdırlar, lakin heç də hamısı alim deyil. Tədqiqatçı faktiki materialı toplayır və bu da işin əsas hissəsini təşkil edir. Alim yalnız faktiki material axtarmaq, həm də yaradıcılıq elementləri ilə məşğul olur, suallar nəzəriyyəsini genişləndirir, ümumiləşdirir, hipotezləri irəli sürür və s.

Tədqiqatların nəticələrinin iqtisadi qiymətləndirilməsi

Eksperimental tədqiqatların nəticələri müəyyənləşdirildikdən sonra onların səmərəliliyinin texniki iqtisadi hesabatı ayrıca paraqraf və ya fəsil kimi verilir.

Texniki-iqtisadi hesabatlar energetik, maddi, əmək və yekun hesabat sərflərinin göstəricilərini əks etdirməlidir. Nəticələrin iqtisadi səmərəsi nəzəri nəticələrə və eksperimental yoxlanılmış nəticələrə əsaslanır. İqtisadi qiymətləndirmə aparmaq üçün iqtisadi təhlil metodlarını, istehsalat texnologiyasını, texnikanı və onun istismarı əsaslarını dərindən bilmək vacibdir.

Elmi tədqiqatların gözlənilən iqtisadi səmərəsini təyin etmək çox çətin, lakin son dərəcə vacibdir. Elmi ixtiralar və elmi işlərin nəticələri yeni texnikanın yaranmasına yalnız şərait yaradır. Cəmiyyətin əldə etdiyi mənfəət proqresin nəticəsidir, proqresin mənbəyi isə elmdir. Bu səbəbdən də elmi tədqiqatın dövlət üçün hansı səmərə verəcəyini bilmək olduqca vacibdir.



Tətbiq. Tədqiqatların nəticələrinin istehsalatda tətbiqi müxtəlif yollarla aparıla bilər. Nəzəri, texnoloji, istismar, iqtisadi, konstruktor və s.

Tətbiqin əsas yollarını aşağıdakı kimi xarakterizə etmək olar: tədqiqatların nəticələrinin istehsalat şəraitində seriyalı və ya geniş miqyasda tətbiqi, təklifin nazirlik, zavod, konstruktor bürosu tərəfindən sifarişçiyə verilməsi, təklifin jurnal məqaləsi, tövsiyyə, elmi əsər və monoqrafiya şəklində nəşri, müəlliflik şəhadətnaməsi və patent alınması.

Tədqiqatların nəticələri əsas prinsiplər sahəsində maksimum səmərəli məlumat verməlidir. Bu səbəbdən nəticələrin məzmunlu nəşri ən vacib üsul sayılır.

Konstruksiyaların tətbiqinə nüsxənin layihəsi və hazırlanması, lazımi düzəlişlər aparılması, təkrar sınaqlar və seriyalı istehsal üçün işlənmələr daxildir.

Tədqiqatların nəticələrinin konstruktor bürolarında və s. marağı olan təşkilatlarda tətbiqi alim üçün son mərhələ sayılır. Alim tətbiqin xırdalıqları ilə məşğul olduqda özünün ən vacib xüsusiyyətlərini, yeni ideyalar yaradıcısı xüsusiyyətlərini itirmiş olur.

Nəzəri və axtarış tədqiqatlarının əsas dəyəri – yeni ideya, konsepsiya, qanuna-uyğunluq və s. sayılır. Nəzəri işlərin əsas qiymətləndirmə kriteriyası nəşrlərin sayıdır. Tətbiqi tədqiqatların nəticələri konkret praktiki məqsəd daşıyır.

Mühəndis işləmələrinin müəyyən olunmuş tətbiqi onun ünvanı sayılır.

Hesabatın yekun hissəsi və ya ümumi nəticələr. DST.32-81 görə hesabatın tərkib hissəsini «Ümumi nəticələr» təşkil edir. Bütün nəticələr əsaslandırılmış və təsdiqini tapmış olmalıdır, hesabata əsasən yazılmalıdır. Hər bir nəticə işin məzmununu qısa və aydın əks etdirməlidir. Yekun nəticələrinin birində gələcək işin istiqaməti və onun aparılmasının məqsədəuyğun olduğu göstərilməlidir.

Ümumi nəticələr sərbəst şəkildə və aşağıdakı ardıcıllıqla verilməlidir: elmi, metodiki, hesabat, texniki və iqtisadi.

Nəticələr və təkliflər Elmi Şurada təsdiq edilməmişdən əvvəl elmi işlər üzrə müavinlə və ya kafedra müdiri ilə razılaşdırılmalıdır. Ümumi nəticələrdən sonra icraçıların imzası və tarix qeyd olunur. Titul vərəqindən sonra icraçıların vəzifəsi, elmi dərəcəsi müvafiq siyahı üzrə verilir (DST 7.32-81).

Ümumi nəticələrin tərtibində qarşıya çıxa bilən səflər:

1.Müəllif çox tez-tez «bizim tərəfimizdən işlənilən» və ya «nəzəri və eksperi-mental tədqiqatlar nəticəsində alınmışdır…»

2.Nəticənin həcmi böyük, lakin əhatəli deyil,

3.Bir neçə nəticəni birləşdirildikdə nəticənin məzmunu öz aydınlığını itirir,

4.Nəticələrdə düstur və ya ədəbiyyat göstərilir. Bu isə yol verilməzdir.

5.İşarələrin, sözlərin qısa formada yazılması qadağandır,

6.Bəzi hallarda elə nəticələr yazılır ki, onlar ETİ aparmadan da yazılır. Bu hala da yol vermək olmaz.



İstifadə olunan mənbələr: Ümumi nəticələrdən və təkliflərdən, icraçıların imzasından sonra axırıncı səhifədə istifadə olunan ədəbiyyat siyahısı göstərilir. DST-7.32-81 müvafiq olaraq ədəbiyyat siyahısı mətndə istifadə olunma qaydasına uyğun verilir.

Əlavələr. ETİ aparıldıqda istifadə olunan materiallar əlavələr şəklində tərtib edilir. Əlavələr hesabatın davamı olaraq ayrıca hissə kimi verilir. Hər bir əlavə yeni səhifədən yazılır, sağ yuxarı küncdə «Əlavə» sözü və onun sıra nömrəsi qeyd edilir. Əlavələrə patent tədqiqatları haqqında hesabat, nəşrlərin siyahısı, müəllif şəhadətnamələri, köməkçi materiallar, riyazi təsdiqlər, düsturlar və hesabatlar, cədvəllər, sınaqların protokolları və aktları, instruksiyalar, hesablayıcı maşınlarda həll olunmuş alqoritm və məsələlər, elmi şuranın qərarının sürəti və tədqiqatların nəticələrinin tətbiqi haqqında aktlar daxil edilməlidir.

Elmi hesabatların tərtibinə dair bəzi tələblər. Hesabat yüksək ədəbi səviyyədə yazılmalıdır. Eksperimental yolla əldə olunmuş nəticələr yığcam halda cədvəl, düstur, şəkil və s. formada verilir. Mətndəki bütün düsturlar nömrələnir. Məzmununa uyğun olaraq hesabat hissələrə, bölmələrə, paraqraflara və bəndlərə bölünür. Başlıqlar sətrin ortasında, sonunda nöqtə qoyulmadan yazılır.

Düsturlar, indekslər tuş vasitələrlə əl ilə yazılır.

Hesabatda verilən cədvəl və illüstrasiyalar nömrələnməli və onları izah edən kiçik başlıq və ya mətn yazılmalıdır. İllüstrasiyalı səhifələr də daxil olmaqla bütün səhifə-lər nömrələnməlidir. İllüstrasiyaların sayı çox olduqda onlar ayrıca kitabça şəklində dərc edilir və mətnə əlavə olunur.

Göstəricilərin dəqiqlik dərəcəsi ölçmə cihazının şkalasına uyğun olmalıdır. İşləmələrin nəticələri beynəlxalq vahidlər sisteminə müvafiq verilməlidir (Sİ).

Qrafiklər aydın, dəqiq qurulmalı və ölçülər yazılardan vergüllə ayrılmalıdır. Əyri-lərin izahı şəkilaltı yazıda qeyd edilir. Şəkillərdə isə həmin nöqtələr rəqəmlə işarə-lənir. 9 x 12 mm-dən kiçik və 18 x 24 mm-dən böyük olmayaraq şəkillər çəkilməli və illüstrasiya kimi istifadə edilməlidir.

Əlyazma səlist dildə, səhifənin bir üzünə, soldan-30 mm, sağdan-10 mm, yuxarıdan-15 mm, aşağıdan-20 mm. çərçivədə yazılmalıdır.

İlkin sənədlər (sınaqların protokolları, sınaqların aparılmasına dair aktlar, mikrometraj kartları və s.) sistemləşdirilməli, nömrələnməli və hesabatın əlyaz-masının sonuna əlavə edilməlidir. Çalışmaq lazımdır ki, hər səhifədə 30 sətir olsun.

Tərtib olunmuş hesabata elmi şurada baxılır və təsdiq edilir. Titul vərəqində elmi işlər üzrə müdir və müavin imza edirlər və işin maliyyələşməsinə cavabdeh olurlar.

Bütün elmi-tədqiqat işlər dövlət tərəfindən qeydiyyata alınmalıdır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin