Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə61/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Sufi dəftəri mürəkkəb və hərflərdən ibarət deyil

Yalnız qar kimi bəyaz bir qəlbdəndir, başqa şey deyil.
Alim əsəridir qələm izləri

Bəs sufi əsəri nədir? Ayaq izləri.
O bir ovçu kimi ovuna gizli yaxınlaşar

Ahunun izlərini görərək onun izinə düşər.
Bir müddət ahunun izi bir dəlildir ona

Sonralar isə ahunun müşkü bələdçidir ona.
Bir mənzil getmək müşk qoxusu ilə

Xeyrlidir getməkdən yüz mənzil izin arxası ilə.
Həqiqət budur ki, bütün bilik axtarışları bir ibadət formasıdır. Təbiəti el­mi şəkildə müşahidə edən şəxs sanki ibadət hərəkətindəki mistik ara­yıcı­dır. O, hal-hazırda ahunun ayaq izlərinin ardınca getsə və beləcə öz axtarış me­todlarını təvazökarcasına məhdudlaşdırsa da, onun bilik susuzluğu şüb­hə­siz ki, nəticədə onu elə bir məqama aparacaq ki, orada ahunun qoxusu onun ayaq izlərindən daha yaxşı bir bələdçidir. Yalnızca bu belə onun Tə­bi­ət üzərindəki gücünü artıracaq və ona fəlsəfənin axtarıb tapa bilmədiyi külli son­suzluq (total-infinite) baxışını (nöqteyi-nəzərini) verəcək. Gücdən məh­rum olan bir baxış əxlaqi yüksəliş gətirsə də uzunmüddətli bir mədəniyyətin (or­taya çıxış) səbəbi ola bilməz. Gücdən məhrum olan baxış da dağıdıcı və aman­sız olar. İnsanlığın ruhi inkişafı (expansion-genişlənmə) üçün bunların iki­si birləşdirilməlidir.

Bununla belə ibadətin həqiqi məqsədi ibadət hərəkəti birlikdə (camaat ha­lında) icra olunduğunda gerçəkləşər. Bütün həqiqi ibadətlərin ruhu ictimai xarakterlidir. Hətta tərki-dünya (guşənişin) bir insan belə tənha bir yerdə Tan­rı ilə yoldaş olmaq (fellowship of God) ümidi ilə insan cəmiyyətini tərk edir. Camaat (congregation) elə bir insan cəmiyyətidir ki, eyni istək tərə­fin­dən canlandırılmaqla yeganə bir məqsəddə birləşirlər və öz batinlərini vahid bir coşğunluğun (impulse) işləyişinə açarlar. Bu psixoloji bir həqiqət­dir ki, cə­miyyət öz fərdiliyinin tənhalığında onun üçün naməlum olan bir də­rə­cədə in­sanın normal qavrayış gücünü artırır, onun həyəcanını dərinləş­dir və ira­də­sini gücləndirir. Həqiqətən də, psixoloji bir fenomen kimi qəbul olun­du­ğun­da dua hələ də bir sirr olara qalır; çünki, psixologiya insanların cə­miyyət ha­lında həssaslığının artma səbəbilə əlaqəli qanunları hələ də kəşf etməyib. İs­lamla birlikdə ruhi aydınlanmanın birlikdə (camaat halındakı) ibadət yo­luy­la ictimailəşdirilməsi maraq doğuran xüsusi bir məqamdır. Gündəlik kol­lektiv ibadətdən (həcc əsnasında) Məkkədəki mərkəzi məscidin (Kəbənin) ətrafındakı illik mərasimə keçdiyimizdə islamın dua institutunun tədrici olaraq insan cəmiyyətinin sahəsini necə genişləndirdiyinin şahidi oluruq.

Buna görə, istər fərdi istərsə də kollektiv şəkildə olsun dua insanın kai­natın dəhşətli sakitliyi haqqında cavab əldə etmək üçün keçirdiyi daxili is­təyin bir ifadəsidir. Bu elə unikal kəşf prosesidir ki, axtarışda olan mən, mən­liyini inkar etdiyi anda özünü sübut edər və beləcə kainatın həyatında di­namik bir faktor kimi öz dəyərini və haqlılığını (justification) kəşf edər. Dua­dakı zehni davranışlar psixologiyasına uyğun olaraq islamdaki ibadət şək­li həm təsdiqi həm də inkarı təcəssüm etdirir. Lakin insanlığın təc­rü­bə­sin­dən ortaya çıxan həqiqət baxımından dua daxili bir fəaliyyət kimi öz ifa­də­sini müxtəlif formalarda tapır. Quran belə deyir:

Biz hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə bu işdə mübahisə etməsinlər. Sən onları öz Rəbbinə də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan Əgər səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir! İxtilafda olduğunuz mə­sə­lə­lər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!" (Quran, 22/67-69).

İbadət şəkli bir mübahisə məsələsi halına gəlməməlidir. Şübhəsiz ki, ibadətin ruhu baxımından üzünüzü hansı tərəfə çevirməyinizin əhəmiyyəti yoxdur. Quranın bu mövzudakı mövqeyi tamamilə açıqdır:

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. (Quran, 2/115)

Yaxşı əməl heç də üzünü günçıxan və günbatan tərəfə çevirməkdən iba­rət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, ki­­taba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əq­­rəbaya, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə və qulların azad olun­ma­sına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əh­di­nə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. On­lar doğru olanlardır. Allahdan çəkinənlər də onlardır! (Quran, 2/177)

Lakin biz (ibadət əsnasındakı) bədən vəziyyətinin zehni durumun mü­­əyyənləş­dir­liməsində həqiqi bir faktor olduğuna dair zəruri məqama mə­həl qoymaya bilmərik. İslami ibadətdə xüsusi bir istiqamətin seçilməsi ca­ma­­atdakı (congregation-cəm halında olma) hiss birliyinin möhkəmləndi­ril­mə­si mənasına gəlir və onun forması ibadət edənlər içərisində rütbə və irq üs­tünlüyü hissini məhv etməyə yönəlməsi baxımından ümumən sosial bəra­bər­lik hissini yaradır və bəsləyir. Cənubi Hin­distanın məğrur aristokratik Brah­manı toxunulmaz bir insanla (to­xu­nul­maz­lar kastasına mənsub bir in­san­la) hər gün çiyin-çiyinə durdurulsaydı fak­tiki olaraq son dərəcə qısa bir za­manda nə qədər böyük bir ruhi inqilab baş verərdi. Bütünlüklə bəşə­riy­yə­tin əsl vəhdəti bütün mənləri yaradan və sax­layan Mənin hər şeyi ehtiva edən birliyindən irəli gəlir.1 Qurana görə in­san­ların irqlərə, millətlərə və qə­bi­lələrə bölünməsi yalnızca tanıma məq­sə­di­lə­dir.2 Nəticə etibarı ilə İslamın bir­likdə (camaat halında) ibadət şəkli, idrak ba­xımından dəyərli olmaqla ya­na­şı insanla insan arasında duran maneələri dağıdaraq insanlığın bu əsas vəh­dətini bir həyat faktı kimi reallaşdırma cəhdini ifadə edir.



İngilis dilindən tərcümə edən


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin