Bu fəsildə Mədineyi-Münəvvərədə vəhhabilərlə apardığım mübahisə və münaqişələrə qısa şəkildə toxunulacaq ki, əziz oxucular onların dini mövqeləri ilə daha artıq tanış olsunlar. Çünki camaatın əksəriyyəti, xüsusilə də cavanlar vəhhabilərin əsassız etiqadları, alçaq fikirləri, zəif nöqtələri və batil nəzəriyyələri ilə tanış deyildirlər.
Hər şeydən əvvəl əziz oxucu bilməlidir ki, vəhhabilər imkan daxilində mübahisə və münaqişədən çəkinir, onlarla mübahisə etmək qərarına gələn hər bir kəsdən uzaqlaşırlar. Səbəbi də gün kimi ayındır: onların əsassız və puç xəyallar üzərində qurulmuş nəzəriyyələri hörümçək yuvası kimidir.
Buna görə də onlar, əvvəla mübahisədən qaçırlar. Çünki, öz əsassız fikirlərinin ifşa olunmasından qorxurlar. İkincisi, öz rə”y və əqidə üsullarını zorakılıqla icra edirlər. Bu da qeyri-məntiqi və səhv fikirləri olan hər hansı bir məktəbin təbiətidir. Sovet dövlətinə, kafir bəs partiyasına və işğalçı sionist hökumətinə baxın; bütün kommunist və diktator rejimlərinə baxın; onların hamısı zor gücünə irəli gedirlər. Əgər camaat onların fikir və əqidələrini qəbul etməsə və onların göstərişlərindən boyun qaçırsa, əzab-əziyyət, işgəncə və hətta edamla qarşılaşacaqdır. Buna görə də belə ölkələrdə zindanların sayı başqa ölkələrlə müqayisədə həddindən artıqdır, məhbusların sayı da başqa ölkələrin məhbuslarına nisbətən çoxdur və günbəgün artmaqdadır.
Həmin məsələni Səudiyyə Ərəbistanında nəzərdən keçirək. Vəhhabilər şallaq və zor gücünə hakimiyyət edirlər və onların ideologiyaları batil və puç əqidə üzərində qurulduğuna görə, mübahisədən boyun qaçırırlar. (Amma məcburiyyət qarşısında qaldıqları hal istisna olunur. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidində o vəhhabi kişi mənimlə mübahisə etməyə məcbur olmuşdu.)
İslam dini azad mübahisələrin, həqiqətin tapılması naminə olan mübahisələrin tərəfdarıdır. Bu barədə Quran buyurur:
Buna görə biz burada bir neçə bəhsə qısa şəkildə işarə edəcəyik. Bunlar elə bəhslərdir ki, vəhhabilər məcburiyyət qarşısında qalıb təslim olmuşlar və yükün altından qaça bilməmişlər. Bunları yazmaqda məqsədimiz budur ki, əziz oxucu vəhhabilərin qəbul etmədiyi və tənqid atəşinə tutduğu İslami məsələlərə nisbətən daha artıq agahlıq əldə etsin. Əlavə məlumat almaq istəyənlər Məhəmməd Əmin Amilinin “Kəşfül-irtiyab fi ətbai-Məhəmməd ibni Əbdül Vəhhab” kitabına müraciət edə bilərlər. Müəllif bu kitabın axırında vəhhabilərin fasid, çirkin və münhərif əməllərinin üstündən pərdəni götürmüş, kitabın axırında Ali-Səud qəsrlərinin içərisini göstərən fotoları çap etmişdir. Bu təsvirlər Ali-Səud sülaləsində fəsad, fəhşa və münkəratın necə geniş yayıldığını aşkar şəkildə bəyan edir.