Qeyd olunduğu kimi, ruhani və alimlər ibni Əbdül Vəhhabın əleyhinə çıxaraq onu öz yanlarından qovdular. Bununla iş bitmədi; onun batil iddialarına qarşı çoxlu kitablar yazdılar. Qeyd etmək lazımdır ki, onu öz yanlarından qovan alimlərin əksəriyyəti hənbəli məzhəbindən idilər və elə ibni Əbdül Vəhhabın özü də o məzhəbdə üzdəniraq islahatçılıq fikirlərini irəli sürmüşdü.
Aşağıda onun nəzəriyyələrini rədd edən bəzi alimlərin və onların kitablarının adlarını qeyd edirik:
1. Məhəmməd ibni Süleyman əl-Kürdi Əş-Şafi (onun ustadı);
2. Əbdüllah ibni Lətif əş-Şafi (onun ustadı, “Təcridü-seyfil-cəhad li müddəil-ictihad” kitabında);
3. Şeyx Əbdüllah əl-Hənbəli (“Əs-səvaiqü vər-rə”vəd” kitabında. Bu kitab iyirmi hissədə nəşr olunmuşdur);
4. Şeyx Məhəmməd ibni Əfaliqi əl-Hənbəli (“Təhəkkümül-müqəllidin bi-məniddəa təcdidəd-din” kitabında);
5. Məkkənin müftisi Seyyid Əhməd Zeyni Dehlan (“Fitnətül-vəhhabiyyə və “Əd-dürus-sünniyyə fi rəddil-vəhhabiyyə kitablarında);
6. Şeyx Cəmil Sidqi əz-Zəhavi (İraq alimi, “Əl-Fəcrüs-sadiqü Fir-rəddi əla münkərit-təvəssülü vəl-kəraməti vəl-xəvariqi” kitabında);
7. Şeyx Süleyman ibnü Əbdül Vəhhab, (Məhəmməd ibni Əbdül Vəhhabın öz qardaşı, “Əs-səvaiqül-ilahiyyə kitabında);
9. Şeyx Həsəniş-şəttiyyil-Hənbəliyyil-Dəməşqi (“Ən-nüqulüş-şəriətü fir-rəddi ələl-vəhhabiyyə kitabında);
10. Seyyid Ələviyyil-Həddad (“Misbahül-Ənami və cəlaüz-zəlami fi rəddi şibhil-bədiyyil-nəcdil-ləzi əzəlləl-əvamə kitabında);
Bunlar 4 məzhəb alimləri tərəfindən vəhhabiyyəti rədd etmək üçün yazılan kitablardan bir neçə nümunə idi. Amma “Ət-təvəssülü bin-Nəbiyyi və cəhlətül-vəhhabiyyin” kitabının müəllifinin yazdığına əsasən, bu kitabların sayı 40-dan artıqdır. Qeyd etmək lazımdır ki, bu kitablar şiə alimlərinin bu münhərif cərəyan əleyhinə yazdıqları kitablardan ayrıdır. Şiə alimlərindən Seyyid Möhsün Əmin Amilinin “Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibni Əbdül Vəhhab” kitabını qeyd etmək olar.