FƏSİL 4 MƏHƏBBƏTİN BİRİNCİ DİLİ:
Bir vaxtlar Mark Tven deyirdi: «Bir xoş söz mənə iki ay bəs edir». Əgər bu ifadəni hərfi qəbul etsək, onun sevgi kasasını doldurmaq üçün il ərzində altı söz kifayətdir. Ola bilsin ki, sizin həyat yoldaşınıza daha çox söz lazım gələcək.
Öz sevgimizi bir-birimizi ruhlandıran sözlərlə ifadə edə bilərik. Müdrik Süleyman peyğəmbər yazırdı: «Ölüm və həyat dilin əlindədir». Əksər insanlar sözdə necə böyük qüdrət olduğunu ağıllarına belə gətirə bilmirlər. Süleyman həmçinin deyirdi: «Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər».
Tərif və minnətdarlıq həmişə sevginizi təcəssüm etdirməkdə sizə kömək edəcək. Bu sözləri sadə, səmimi şəkildə desəniz, daha yaxşı olar. Məsələn:
«Bu kostyum sənə necə də yaraşır».
«Bu paltarda sən necə də gözəlsən!»
«Necə də dadlı kartof bişirmisən. Sən yeməkləri gözəl hazırlayırsan».
«Afərin! Qabları yumusan!»
«Çox sağ ol ki, uşaqları bağçaya apardın».
«Zibili atdığın üçün çox sağ ol».
Əgər ər və arvad daima bir-birindən belə sözlər eşidərlərsə, evdəki ab-hava yaxşılığa doğru dəyişməzmi?
İndi bəhs edəcəyim hadisə bir neçə il əvvəl baş verib. Mən iş otağımda tək idim. Birdən bir qadın qapını döydü:
Mənim üçün bir neçə dəqiqə vaxt ayıra bilərsiniz?
Əlbəttə, buyurun.
O, otağa daxil olub stulda əyləşdi.
Doktor Çepmen, bilmirəm nə edim. Ərimi yataq otağını boyamağa məcbur edə bilmirəm. Doqquz aydır ki, onu dilə tuturam. Hər cür ondan xahiş etmişəm. Xeyri yoxdur.
Az qalmışdı ki, ona deyim: «Bağışlayın, siz ünvanı səhv salmısınız. Bura tikinti idarəsi deyil». Lakin vaxtında dilimi saxladım. O isə davam edirdi:
Məsələn, keçən həftənin şənbə günü hava gözəl idi. Heç bilirsiniz o, bütün günü nə etdi? Ancaq maşını yudu!
Bəs siz nə dediniz?
Mən bir neçə dəfə ona yaxınlaşıb dedim: «Bob, başa düşmürəm. Yataq otağını boyamağın əsl vaxtıdır, sən isə maşınla qurdalanırsan».
O, yenə boyamadı?
Yox. Bilmirəm nə edim.
Üzr istəyirəm, bəs siz təmiz maşını xoşlamırsınız?
Xoşlayıram. Amma yataq otağı...
Əriniz orada təmir işləri görmək istədiyinizi dəqiq bilir?
Əlbəttə, doqquz aydır təkrar edirəm.
Daha bir sual verə bilərəm? O, ümumiyyətlə, sizə kömək edir? Məsələn, zibili atmaq, maşının pəncərəsini təmizləmək, benzin doldurmaq, hesabları ödəmək, paltarı yerinə qoymaq kimi işlərdə.
Bəli. Bəzən kömək edir.
Onda sizə məsləhətim belədir. Birincisi, bundan sonra təmir haqqında bir söz də deməyin. Təkrar edirəm, yataq otağı barədə heç nə deməyin.
Məgər bu, kömək edəcək?
İstəyinizə nail olmaq üçün tərifdən istifadə etməyin.
Bu, sevgi deyil. Əksinə, həyat yoldaşınızda xoş əhval-ruhiyyə
Yaratmaq üçün onu tərifləyin. Belə bir qanun var: bizi
Tərifləyəndə minnətdar oluruq. Buna görə də tezliklə bütün
İstəkləri yerinə yetirməyə çalışırıq.
Fikir verin, siz dediniz ki, dəfələrlə ondan təmir barədə xahiş etmisiniz. Bu barədə daha demək lazım deyil. Onsuz da bilir. İkincisi, gələn dəfə həyat yoldaşınız sizin üçün nəsə edəndə, onu tərifləyin. Əgər o, zibili atırsa, belə deyin: «Əhsən sənə, Bob!». Daha belə deməyin: «Tez ol! Gedib orada yubanma». O, hesabları ödəyəndə, ona təşəkkür edin: «Ay, nə yaxşı unutmamısan! Sən mənə çox kömək edirsən. Hər kişi belə deyil». Tez-tez onu tərifləyin.
Sizcə, bu, təmiri tezləşdirəcək? Başa düşmürəm.
Mən cavab verdim:
Sizin məsləhətə ehtiyacınız var idi, mən də verdim.
O, məyus şəkildə getdi. Lakin üç həftə sonra yenidən yanıma gəldi: «Alındı!» O, əmin oldu ki, tərif vasitəsilə daha çox uğura nail olmaq olar, nəinki deyinməklə.
Mən sizi öz mənfəətinizi güdmək üçün həyat yoldaşınızı yalandan tərifləməyə çağırmıram. Bu, sevgi deyil. Ona xoş olsun deyə, tərifləyin. Belə bir qanun var: bizi tərifləyəndə, minnətdar oluruq. Buna görə də tezliklə bütün istəkləri yerinə yetirmək istəyirik.
Dostları ilə paylaş: |