1960-cı il sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.
1968-1978-ci illərdə Bənəniyar kənd orta məktəbində təhsil alıb və orta məktəbi qızıl medalla bitirib.
1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin «Türk filologiyası» şöbəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1988-ci ildən BDU-da çalışır.
Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1985-1988-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının əyani aspirantı olub.
1990-cı ildə «Qazi Bürhanəddinin lirikası» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1983-1985-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxbir.
1988-1993-cü illərdə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant.
1993-2003-cü illərdə Azərbaycan ədəbiyyatı kafedrasında müəllim.
2003-2008-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim.
2008-ci ildən Klassik Azərbaycan ədəbiyyatı kafedrasında dosent.
2002-2011-ci illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini.
2011-2016-cı illərdə BDU-nun Filologiya fakültəsinin dekanı.
2016-cı ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti.
2003, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı.
2006, Daşkənd, Özbəkistan. “Yeni İpək yolu” Beynəlxalq ədəbi simpoziumu.
2008, Bakı, Azərbaycan. Prof. M.Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2011, Bakı, Azərbaycan. Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2012, Bakı, Azərbaycan. Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. Prof. Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2014, Bakı, Azərbaycan. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Qars, Türkiyə. “Azərbaycanşünaslıq: Bu günü, keçmişi və gələcəyi” mövzusunda Beynəlxalq elmi simpozium.
2015, Bakı, Azərbaycan. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
2016, Bakı, Azərbaycan. akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2017, Bakı, Azərbaycan. BDU-da Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransı.
2018, Bakı, Azərbaycan. BDU-da Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransı.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
2011, Qazi Bürhanəddinin mənəvi dünyası (monoqrafiya). Bakı: Hədəf, 147 s.
Metodik göstəriş və proqramlar
2007, Azərbaycan ədəbiyyatı tarixi (orta əsərlər Azərbaycan ədəbiyyatı) (proqram)
2008, İ.Nəsiminin lirikası (metodik göstəriş)
2010, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı (metodik göstəriş)
2010, Azərbaycan təsəvvüf ədəbiyyatı (proqram)
Məqalələr
2000, M.Füzülinin «Leyli və Məcnun» poeması haqqında bir neçə söz // «Dil və ədəbiyyat» nəzəri-elmi metodik jurnal, № 4/29, s. 97-99
2001, Orta əsrlər anadilli poeziyada nəfs // «Dil və ədəbiyyat» nəzəri-elmi metodik jurnal, № 2 (20), s. 34-38
2001, Tuyuq janrının öyrənilməsi tarixindən // «Dil və ədəbiyyat» nəzəri-elmi metodik jurnal, № 2/31, s. 91-93
2003, Müasir poeziyamızda Heydər Əliyev obrazı / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransının materialları, Bakı, s. 37-41
2004, M.C.Həqiqinin məhəbbət lirikası / Gənc tədqiqatçıların Respublikasının elmi konfransının məqalə və tezisləri (VI kitab), Bakı, s. 96-98
2006, Anadilli poeziyamızda mənəvi saflıq (ingilis dilində) / “Yeni İpək yolu” Beynəlxalq ədəbi simpoziumunun materialları, Daşkənd, s. 85-87
2008, Mir Cəlalın «Yeddi gözəl» poeması haqqında / Prof. M.Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 108-110
2009, Mir Cəlal M.Füzulinin “Rindü-Zahid” əsərinin tədqiqatçısı kimi / “Əl-Ərəbi” Respublika elmi konfransının materialları, Bakı, s. 211-213
2010, Cəfər Xəndan Nizaminin tədqiqatçısı kimi / Cəfər Xəndan Hacıyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, Bakı, s. 49-54
2011, Abbas Zamanovun şəxsiyyəti / Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, s. 59-63
2012, H.Cavidin “Şeyx Sənan” əsəri ilə bağlı bəzi mülahizələr / Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 79-83
2012, Şah İsmayıl Xətainin yaradıcılığında qəhrəmanlıq / M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, XIV c., Bakı, s. 312-314
2013, Söz sənətində dövlətçilik qayğısı və vurğunluq / Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, Bakı, s. 9-14
2013, Bəkir Çobanzadənin yaradıcılığında vətənpərvərlik / Prof. Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 14-17
2013, “Leyli və Məcnun” əsərlərində Nofəl obrazı haqqında bəzi mülahizələr / F.Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 88-92
2013, Fədainin “Bəxtiyarnamə” poemasında Bəxtiyar obrazının səciyyəsi / M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 17-20.
2014, Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // «Filologiya məsələləri», № 2, s. 400-404
2014, Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasında əsas qəhrəmanın inkişaf dinamikası // «Filologiya məsələləri», № 3, s. 419-424
2014, Klassik Azərbaycan poeziyasında simvolik qəhrəmanlar // Gəncə Dövlət Universiteti “Elmi xəbərləri” (Fundamental, humanitar və təbiət elmləri seriyası), № 2, Gəncə, s. 168-172
2014, “Dastani-Əhməd Hərami” poemasında əsas qəhrəmanların xarakteristikası // “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, № 1 (89), Bakı, s. 233-235
2014, Yusif Məddahın “Vərqa və Gülşa” poemasında lirik qəhrəman Vərqanın təqdimi dinamikası // “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalı, № 2 (90), Bakı, s. 184-186.
2014, Qazi Bürhanəddin poeziyasında lirik şair-hökmdar obrazı (rus dilində) // Tomsk Dövlət Pedaqoji Universitetinin (Rusiya) Elmi Xəbərləri, № 9 (150), Тоmsk, s. 140-142
2015, Anadilli epik ədəbiyyatımızda aşiq-qadın obrazlarının əsas səciyyəvi cəhətləri / “Azərbaycanşünaslıq: Bu günü, keçmişi və gələcəyi” mövzusunda Beynəlxalq elmi simpoziumun materialları, Qars, s. 461-463
2016, Akademik Tofiq Hacıyev orta əsrlər Azərbaycan ədəbi dilinin tədqiqatçısı kimi / akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, Bakı, s. 16-19
2017, XIII-XVI əsrlər anadilli epik əsərlərdə aşiq-qadın qəhrəmanları: hüquqsuzluq və ya mentalitet / Bakı, Azərbaycan. BDU-da Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, s. 190-192
2018, Yusif Məddahın “Vərqa və Gülşah” poemasında Gülşah obrazının səciyyəvi xüsusiyyətləri / BDU-da Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, s. 47-49
Publisistik məqalələri
2010, Bizim fəxrimiz (Pənah Xəlilov haqqında)
2015, İncə qəlbli insan (Malik Qarayev haqqında)
2015, Vüqarlı insan, sadiq dost, nurlu ziyalı (Xəlil İsmayıl haqqında)
2016, Cəsarətli və qayğıkeş insan (Şulan Şirəliyev haqqında)
2017, Mürşüdümüz Yusif müəllim (Yusif Seyidov haqqında) / Ulduz ömürlü insan. Bakı: Elm və təhsil, s. 281-286.