HƏZRƏT MEHDİNİN (ƏC.) AD VƏ XÜSUSİYYƏTLƏRİNDƏN
Əbu Həmzə deyir: İmam Sadiqin (ə) hüzuruna gedib, dedim:
–Əmr sahibi (İmam Mehdi) sizsinizmi?
İmam Sadiq (ə):
–Xeyr–deyə buyurdu.
–O, sizin oğlunuzdur?
İmam Sadiq (ə) yenə:
–Xeyr–deyə cavab verdi.
–O, sizin oğlunuzun oğludur?
İmam Sadiq (ə) bu dəfə də:
–Xeyr–deyə cavab verdi.
–O, kimdir?
İmam Sadiq (ə):
–O, zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq şəxsdir. O, imam olmayan dövrdə gələcək, necə ki, Allahın Rəsulu (s) peyğəmbər olmayan dövrdə gəldi.
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyur-muşdur:
“Mənim övladlarımdan olan Mehdi (əc.) qırx yaşlı bir şəxs simasındadır. Sifəti parlaq ulduz kimi parlayır və sağ yanağında qara xalı vardır".
Rəvayətlərə görə, həzrət Mehdi (əc.) çoxlu ad və lə-qəblərə malikdir. O cümlədən, Məhəmməd, Mehdi, Qaim, Müntəzər, Sahibül-əmr, Höccət, Xələfi-saleh, Seyyid, Bəqiyyətullah, Müntəqim, Əbul Qasim və s.
Bu adların hər biri onun bir xüsusiyyətinə işarədir.
→O, hidayət olunmuşdur (Məhdi). Çünki o, aşkar və gizli haqq-ədalətə hidayət olunmuşdur. Allah onu gizli tərəqqi, islahat planı və sirləri ilə agah edir.
→O, qiyamçıdır (Qaim). Çünki o, bəşər tarixində ən böyük bir qiyam qaldıracaq. Elə bir qiyam ki, başdan-başa haqq- ədalət və Allahpərəstlikdən ibarətdir.
→O, Müntəzərdir (intizarı çəkilən). Çünki bütün insanlar onun zühurunun intizarındadırlar ki, yer üzünü hər cür zülm və sitəmdən təmizləmək üçün inqilab etsin.
→O, əmr sahibidir (Sahibül-əmr). Çünki elə bir həqiqi imamdır ki, Nisa surəsinin 59-cu ayəsinə əsasən, «Vəliyyi-əmr» (sahibi-əmr) ünvanında ona itaət etmək vacibdir.
→O, höccətdir. Çünki bütün dünya əhalisinin ilahi höccətidir. Allah onun vasitəsilə höccəti bütün dünya əhalisinə tamamlayacaq, insanlara bəhanə yeri qoymaya-caqdır.
→O, Xələfi-saleh və ağadır. Ona görə ki, İslam pey-ğəmbərinin və imamların ideyasını davam etdirir. O, bu ideyanı layiqincə aşkar edir, kamil ağalıq, izzətlə hər yerdə aşkar olur, parlayır.
→O, Bəqiyyətullahdır (Allahın ehtiyatda saxladığı). Çünki o, Allah peyğəmbərinin və övliyaların sonuncu davamçısıdır. O, xalis İslam və Qur`anın dirçəlişi üçün əbədi azuqə və əsarət zəncirlərindən azadlıq sərmayə-sidir. O, Allahın fərmanına itaətkardır. O, bütün məkanlar-da Allah adını aşkar edərək, şeytanların bütün planlarını məhv edir.
→O, Müntəqimdir (intiqam alan). Çünki sitəmkarlardan İmam Hüseynin (ə) və məzlumların intiqamını alacaq. Diqqətinizi bu barədə bir hədisə cəlb edirəm. Əbu Həmzə Sumali deyir:
İmam Baqirə (ə) dedim:
–Məgər siz hamınız qiyam edən imamlar deyilsinizmi?
–Bəli, biz hamımız qiyam edənlərik–deyə buyurdu.
–Bəs nə üçün təkcə həzrət Mehdi (əc.) qiyam edən adlandırılmışdır?
–Babam İmam Hüseyn (ə) qətlə yetirilən vaxt mələklər ağlayıb, nalə etdilər. Allah onun nəslindən olan imamları mələklərə göstərdi. Mələklər gördülər ki, həmin imamlar-dan biri ayaq üstə dayanıb, namaz qılır. Allah-taala buyurdu:
“Hüseynin (ə) qatillərindən həmin ayaq üstə daya-nan şəxsin vasitəsilə intiqam alacağam".
Dostları ilə paylaş: |