Mehriban və bağIŞlayan allahin adi iLƏ


İntizarın mə`nası və şəraiti



Yüklə 1,04 Mb.
səhifə29/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

İntizarın mə`nası və şəraiti


İntizar gələcəyə ümid və hazırlıq mə`nasında işlən-dikdə çox mə`nalı olur. Misal üçün, bir şəxsin var-yoxu olan yeganə bir övladı xəstələnərkən, həmin şəxs övla-dının səhhətinin intizarıyla ömür sürür. Yə`ni, mövcud ha-lın aradan getməsini və onun sağlamlıqla əvəz olunması arzulayır. Beləliklə, intizar iki hissəyə bölünür:

1. Mövcud halın aradan qaldırılması;

2. Üstün bir halın onun yerini tutması.

Həzrət Mehdinin (əc.) inqilabının cahanşümul olmasına diqqət yetirsək, aydın olar ki, zühurun intizarında olmaq, kamil hazırlıq və belə bir əzəmətli hərəkat üçün zəmin yaratmaq tələb edir.

Əlbəttə, belə bir intizar gərək tərəqqi və inkişafın bütün sahələrini əhatə etmiş olsun. Misal üçün siyasi, iqtisadi, mədəni, əxlaqi və digər sahələrdə olan hazırlıq kimi. Daha aydın ibarəylə desək, intizar iki növdür:

Məs`uliyyətsiz intizar (yaxud dağıdıcı intizar);

Məs`uliyyətli intizar (yaxud qurucu intizar).

Müvəqqəti və səthi surətdə olan intizara məs`uliyyətsiz intizar deyilir.

Təhrikedici, məs`uliyyətli və ardıcıl inqilabi çalışqanlığa səbəb olan intizara püxtələşmiş intizar deyilir. Belə bir intizarın bir sıra şərtləri vardır ki, onları yalnız əməli şəkildə həyata keçirməklə əldə etmək olar.

Rəvayətlərdə də oxudunuz ki, intizarda olan şəxs Pey-ğəmbərlə birlikdə düşmənlə döyüşən və əsrin imamının xeyməsində şəhid olan şəxs kimidir. Belə mə`lum olur ki, intizar təkcə söz, dua, bayram, məclis və şe`r oxumaqla hasil olmur. Mühit aludəliklərdən təmizlənməli onu müxtəlif sahələrdə islah etmək üçün geniş hazırlıqlar görülməlidir. Misal üçün, məscidə tez getmək və namaz qılmaq üçün intizarla əyləşməyin çoxlu mükafatı vardır. Lakin təkcə dəstəmaza, bədən və paltarının paklığına və qibləyə tərəf namaz qılmağa qane olan, namazın başqa şərtlərinə, o cümlədən qəsbi yerdə qılmamaq, xümsü əda etmək və başqalarının haqqına riayət etmək kimi şərtlərə əməl etməyərək batil namaz qılan şəxsin bu cür intizarının nə dəyəri vardır?!

Bir sözlə, hər bir inqilab o vaxt nəticə verər ki, əvvəlcədən müxtəlif sahələrdə onun həyata keçməsi üçün geniş və dərin bir zəmin yaradılsın. Baş verən inqilabın müqəddiməsiz və şəraitsiz qələbəyə yetişməsi mümkün deyildir.

Dünya inqilablarının ən əhatəli və ən mühümü sayılan həzrət Mehdinin (əc.) zühuru da bu qanundan müstəsna deyildir. Əksinə, cahanşümul olduğu üçün onun şəraiti daha geniş səviyyədə olacaqdır. Buna görə də, İslam rəvayətlərində ən yaxşı əməl və Peyğəmbər (s) hüzu-runda qılınc çalmaq kimi qiymətləndirilmiş olan intizar, cəmiyyətdə reallaşmayan, tə`sirləri aşkar olmayan yalnız quru və zehni ümid deyil, əksinə, Peyğəmbər hüzurunda düşmənlə döyüşmək məfhumunu özündə əks etdirən, səhnədə mübarizcəsinə dayanmaq və müxtəlif sahələrdə əməli hazırlıq görməkdir. İmam Sadiq (ə) buyurmuşdur:

“Sizin hər biriniz gərək Mehdinin (əc.) qiyamına bir ədəd ox əldə etməklə olsa belə, hazırlıq görsün".

Yaxud “Nüdbə” duasının bir neçə cümləsinə diqqət edək:

“Haradadır övliyalara izzət bəxş edən şəxs? Haradadır düşmənləri xar, zəlil edən şəxs? Haradadır Qur`anı və onun hökmlərini yaşatmaq üçün arzu olunmuş şəxs? Elə bir kəs ki, yol kəsən quldurlar belə onun zühurunun arzusu ilə yaşayırlar. Haradadır din və onun davamçı-larının nişanələrini dirçəldən şəxs?”

Geniş hazırlıq və fədakar dostlar olmadığı halda, belə bir parlaq və mühüm qələbəni əldə etmək mümkün-dürmü?



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin