Məhsul çeşidi və məhsul nomenklaturası Məhsulların təsnifləşdirilməsi Məhsulun həyat dövranı



Yüklə 0,8 Mb.
səhifə15/15
tarix31.12.2021
ölçüsü0,8 Mb.
#113267
1   ...   7   8   9   10   11   12   13   14   15
Marketinq

Məhsulların qablaşdırılması.

Məhsulların qablaşdırılması bir sıra funksiyalar yerinə yetirir. Bura əsasən aşa­ğı­dakılar aiddir:


  • məhsulun və ya məhsullar qrupunun identifləşdirilməsi və digər məhsullar­dan fərqləndirilməsi;
  • məhsulların nəql edilməsi, yüklənmə-boşaldılması və anbarlaşdırılması za­manı onların xarici təsirlərdən, zədələnmədən, məhv olmadan qorunması və bunun sayəsində məhsulun istehlak xüsusiyyətlərinin saxlanmasının təmin edilməsi;
  • məhsulların nəql edilməsi, yüklənmə-boşaldılması və anbarlaşdırılması üçün yük vahidinin formalaşdırılması;
  • məhsulların marketinq kompleksinin realizasiyası. Məhsulun qabları isteh­lak­çının diqqətini məhsula cəlb etməyə, həmin məhsulu digər məhsullardan fərq­lən­dirməyə, məhsulun seçilməsi prosesini asanlaşdırmağa və s. imkan verir.

Məhsul qablarının seçilməsinə, əsasən, aşağıdakı amillər təsir edir:

- məhsulun satıldığı bazarların iqlim şəraiti;

- məhsulun saxlama texnologiyası;

- məhsulun tədavüldə olduğu müddət;

- məhsulun nəql edilməsində istifadə edilən nəqliyyat növü və ya növləri;

- qabın dəyəri;

- məhsulun qablaşdırılmasına dair qanunvericilik aktları;

- məhsulun satıldığı ölkənin qabın rənginə, dizaynına, materialına və s. münasibəti;

- satış və bölüşdürmə kanallarının xüsusiyyətləri;

- istehlakçıların təhsil səviyyəsi;

- qabların marketinq strategiyasına uyğunluğu;

- ətraf mühitin mühafizəsinin təmin edilməsi;



Son illərdə məhsulların hərəkətini, uçotunu və s. əməliyyatları avtomatlaş­dırmaq və MİS-in yaradılması işini asanlaşdırmaq məqsədilə məhsullara ştrixli kodlar verilir. Hal-hazırda ştrixli kodların üç sistemindən istifadə edilir:
  • BMT-nin məhsulların standart beynəlxalq təsnifləşdirilməsi sistemi;
  • Məhsulların Brüssel gömrük nomenklaturası sistemi;
  • Məhsulların təsvirinin və kodlaşdırılmasının harmonik sistemi. Bu sistemə görə məh-sulun kodu 13 rəqəmli ədədlə işarə olunur. Ölkəmiz artıq bu sistemə qoşulmuşdur.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin